Icma.az
close
up
RU
Qəzza sammiti Trampın planının icrasına beynəlxalq dəstək məqsədi daşıyır Politoloq

Qəzza sammiti Trampın planının icrasına beynəlxalq dəstək məqsədi daşıyır Politoloq

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

"Qəzza sammitinin tamamilə sülhə nail olacağını demək hələ tezdir. Təbii ki, sülh ehtimalları mövcuddur və bu istiqamətdə səylər güclənir. Lakin hələ də gizli qalan, həll olunmamış məsələlər qalmaqdadır".

Bu fikirləri Redaktor.az-a politoloq Asif Nərimanlı Misirdə keçirilən Qəzza sammitindən sonra sülhün əldə edilməsi ehtimalından danışarkən bildirdi.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı 20 bənddən ibarət planının birinci mərhələsi artıq icra olunub:

"Bu mərhələdə əsas məqsəd girovların qarşılıqlı şəkildə azad edilməsi idi. Həm İsrail, həm də HƏMAS bu prosesdə maraqlı tərəfdir. Çünki girovlar məsələsi İsraildə, xüsusən də hakimiyyətə qarşı ciddi etirazlara səbəb olur. Netanyahu hökuməti girovların azad edilməsi ilə ictimai narazılığı azaltmağa çalışır. HƏMAS isə bu yolla İsraildə həbsdə olan yüzlərlə fələstinlinin azad edilməsinə nail olur. Bu baxımdan Trampın Qəzza planının birinci mərhələsi hər iki tərəf üçün məqbuldur və məhz buna görə onun icrası nisbətən asan həyata keçirildi. Lakin əsas həlledici mərhələ ikinci mərhələ hələ qarşıdadır və onun icrası ilə bağlı bir sıra şübhələr, problemlər mövcuddur.

İkinci mərhələdə HƏMAS-ın tərksilah edilməsi və Qəzzanın idarəçiliyindən uzaqlaşdırılması nəzərdə tutulur. Bu məsələ həm HƏMAS, həm də İsrail üçün ciddi problem yaradır. Çünki HƏMAS üçün silahı yerə qoymaq və Qəzzanın idarəçiliyindən çıxmaq faktiki olaraq siyasi təşkilatın mövcudluğunun sona çatması deməkdir. İsrail isə bu qədər uzunmüddətli müharibədən sonra Qəzzaya nəzarəti tamamilə əldən vermək istəmir. Digər tərəfdən, Qəzzanın beynəlxalq idarəçiliyə verilməsi planlaşdırılır. Lakin bu ideya nə HƏMAS, nə də İsrail tərəfindən tam qəbul edilir. İsraildə də bu məsələyə dair vahid mövqe yoxdur".

Siyasi şərhçi əlavə etdi ki, Qəzza sammitinin əsas məqsədi, əslində, Trampın planının ikinci mərhələsinin icrasına beynəlxalq dəstək formalaşdırmaqdır:

"ABŞ sammitə Avropa və ərəb ölkələri də daxil olmaqla müxtəlif regionlardan dövlətləri dəvət etməklə beynəlxalq ictimai rəyi öz planı ətrafında birləşdirməyə çalışır. Bu həm də HƏMAS və İsrailə təzyiq vasitəsi kimi qiymətləndirilə bilər. Əgər tərəflərdən biri və ya hər ikisi planın ikinci mərhələsinə qarşı çıxarsa, bu, beynəlxalq ictimaiyyətin etirazı ilə qarşılanacaq. Beləliklə, Tramp bu planın icrasını “beynəlxalq dəstək arxasında” həyata keçirmək niyyətindədir. Mövcud vəziyyət göstərir ki, həm HƏMAS-ın, həm də İsrailin planın ikinci mərhələsindən imtina etmək imkanları əvvəlki dövrlərlə müqayisədə xeyli azalıb. HƏMAS silahı yerə qoymaq istəməsə də, onun mövqelərinin güclənməsinə səbəb olan əsas dəstək bəzi ərəb ölkələrinin, o cümlədən Türkiyənin dəstəyi artıq zəifləyib. Bu ölkələrin Qəzza sammitində iştirakı, əslində, Trampın planına razılıq vermələri kimi qiymətləndirilə bilər ki, bu da HƏMAS-ın müqavimət imkanlarını zəiflədir. İsrail üçün də əvvəlki kimi sərt etiraz etmək və müqavimət göstərmək asan deyil. Çünki Qəzzaya qarşı müharibə beynəlxalq ictimaiyyətin kəskin reaksiyasına səbəb olub, nəticədə Avropa ölkələri Fələstini müstəqil dövlət kimi tanımağa başlayıblar. Bu da ABŞ-nin prosesi daha aktiv şəkildə nəzarətə götürməsinə gətirib çıxarıb".

Müsahibimiz vurğuladı ki, İsrailin Qəzzada tam məqsədlərinə nail olması yalnız ABŞ-nin dəstəyi ilə mümkündür. Onun sözlərinə görə, Tramp administrasiyası isə Qəzzada İsrailin tam nəzarətini deyil, müvəqqəti beynəlxalq idarəetmə modelini dəstəkləyir.

"Planın əsas müddəalarından biri də Qəzzada müvəqqəti beynəlxalq komitənin yaradılmasıdır. Bu komitə bölgənin bərpası və həyatın normallaşdırılması prosesinə nəzarət edəcək, daha sonra isə Qəzza silahlı mübarizədən imtina etmiş Fələstin administrasiyasına təhvil veriləcək. Bu isə İsrail üçün tam qəbul edilən variant deyil. Netanyahu səviyyəsində də bu plana etirazlar səslənir. Buna görə də Qəzza sammitinin tam sülhə gətirib çıxaracağı hələ ki, real görünmür. Lakin mövcud şərtlərə əsasən, hər iki tərəfin müqavimət göstərmək imkanları məhdudlaşdığından, Trampın Qəzza planının ikinci mərhələsinin icra olunma ehtimalı artıb. Bununla belə, bu, planın bütün bəndlərinin mütləq şəkildə həyata keçiriləcəyi anlamına gəlmir. Çünki proses hələ də müəyyən risklər və təxribat ehtimalları ilə müşahidə olunur. Hadisələrin gedişatı göstərəcək ki, bu plan tam icra ediləcəkmi, yoxsa yeni qarşıdurmalar yaranacaq. Hazırkı vəziyyətdə görünən budur ki, Tramp administrasiyası Qəzza planının həyata keçirilməsi üçün real imkanlar əldə edib, lakin həm HƏMAS-ın, həm də İsrailin müqavimət potensialı əvvəlki dövrlərlə müqayisədə xeyli zəifdir", - deyə Asif Nərimanlı fikirlərini tamamladı.

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:49
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Oktyabr 2025 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see290

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see268

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see232

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see223

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see190

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see187

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see187

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see168

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see145

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see142

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see139

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see138

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see137

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see137

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see136

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see133

Bloomberg : Hindistan Rusiya neftini almağın yolunu tapıb

26 Noyabr 2025 02:00see128

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see128

Napoli Qarabağ oyununun ən yaxşı futbolçusu müəyyənləşib

26 Noyabr 2025 02:27see125

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri