Trampın məxfilikdən çıxardığı sənədlər seçki saxtakarlığı iddialarını təsdiqləməyib
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
ABŞ Prezidenti Donald Trampın məxfiliyini ləğv etdiyi sənədlər ölkənin seçki sistemində geniş yayılmış zəifliklər və Çinin 2020-ci il prezident seçkilərinə müdaxiləsi ilə bağlı iddiaları təsdiqləməyib.
Redaktor.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Məlumata görə, Ağ Evin rəsmi saytında dərc olunan sənədlərdə səsvermənin nəticələrinə təsir göstərəcək miqyasda səs sayma sistemlərinin manipulyasiya edilməsinin çətin olduğu bildirilib.
Qeyd olunub ki, ABŞ kəşfiyyat qurumları uzun illərdir Çinin ictimaiyyətə açıq seçici məlumatlarını topladığını bilsələr də, keçmiş kəşfiyyat rəsmilərinin sözlərinə görə, bu fəaliyyət səslərin sayılmasına müdaxilə etmək üçün deyil, ictimai rəyi təhlil etmək və təsir kampaniyaları aparmaq məqsədi daşıyıb.
Xatırladaq ki, Donald Tramp daha əvvəl xalqa müraciəti zamanı ABŞ seçki sistemində ciddi zəiflikləri üzə çıxardığını iddia etdiyi kəşfiyyat sənədlərinin məxfiliyinin ləğv edildiyini açıqlamış, xarici müdaxilənin ölkəyə böyük ziyan vurduğunu bildirmişdi.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 17 İyul 2026 09:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















