Icma.az
close
up
RU
Trampın nümayəndəsi Ukraynanın bölünməsi planını açıqlayıb?

Trampın nümayəndəsi Ukraynanın bölünməsi planını açıqlayıb?

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloq Britaniyanın “The Times” qəzetinin müsahibəsində bildirib ki,  "Ukraynanı müharibədən sonrakı Berlin nümunəsi ilə Avropa ölkələri ilə Rusiya arasında nəzarət zonalarına bölmək olar". 

"Unikal" xəbər verir ki, sözügedən müsahibə dünya arenasında ajiotaja səbəb olub.

Çox keçməyib ki, Amerika rəsmisi "The Times"in onun səsləndirdiyi fikirlərin təhrif etdiyini bildirib. 

"Times məqaləsi dediklərimi təhrif edir. Mən atəşkəsdən sonra sabitliyi təmin edəcək, Ukraynanın suverenliyini dəstəkləyəcək qüvvələr haqqında danışdım.Mən Ukraynanı bölmək niyyətində deyildim", - o, ifadə edib.  

Kelloq mümkün sülh nizamlanmasının bir hissəsi kimi Ukraynanın bölünməsini təklif etmədiyini deyib. Onun sözlərinə görə, səslənən fikirlər yalnız atəşkəs rejiminin dəstəklənməsinin texniki aspektlərinə aiddir və Ukrayna ərazisinin yenidən bölüşdürülməsi ilə bağlı hər hansı qərarı nəzərdə tutmur.

"The Times"ın məlumatına görə , Kelloq əvvəllər Ukraynanı müharibədən sonrakı Berlindəki işğal sektorlarına bənzər məsuliyyət zonalarına bölmək fikrini irəli sürmüşdü. Qəzet iddia edib ki, o, Britaniya və Fransa qüvvələrinin Ukraynanın qərbində “təkrarsığorta qüvvəsi” kimi yerləşdirilməsini təklif edib və ABŞ bu missiyada iştirak etmir. Ölkənin qərb və şərq hissələri arasında Ukrayna qüvvələrinin iştirakı ilə bufer zonanın yaradılması nəzərdə tutulurdu.

Kelloq daha sonra vurğulayıb ki, onun təklifləri ərazi bölücü xətlərin yaradılmasına deyil, əldə edilmiş və sülhün qorunmasına yönəlmiş razılaşmalar əsasında fəaliyyət göstərən beynəlxalq sabitləşdirmə qüvvələrinin mümkün yerləşdirilməsi ilə bağlıdır.

Trampın xüsusi nümayəndəsi izah edib ki, onun ideyası məhdud beynəlxalq kontingentlərin yerləşdirilməsi imkanı ilə atəşkəsi dəstəkləmək üçün müvəqqəti mexanizm yaratmaqdır.

Gülayə Mecid


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:228
embedMənbə:https://unikal.az
archiveBu xəbər 12 Aprel 2025 09:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see491

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see443

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see342

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see292

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see283

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see279

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see274

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see267

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see250

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see241

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see235

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see224

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see212

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri