Trampın oğlanları PUA istehsalına “əl qoyur”
Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Trampın oğlanları – Erik və kiçik Donald Tramp həm hərbi, həm də kommersiya məqsədli avtonom pilotsuz uçuş aparatlarının (PUA) istehsalı ilə məşğul olan "Powerus" şirkətinə investisiya qoyublar.
"Ölkə.az" xəbər verir ki, bu barədə Britaniyanın məşhur "Financial Times" nəşri məlumat yayıb.
Qeyd olunub ki, sözügedən şirkət "Aureus Greenway Holdings" qolf klubları şəbəkəsi ilə birləşdiyini elan edib.
Bu holdinqin səhmdarları arasında prezident Trampın ailəsinə məxsus investisiya qurumu da yer alır. Əgər sövdələşmə baş tutarsa, yeni müəssisənin səhmləri NASDAQ birjasında satışa çıxarılacaq.
Şirkətin digər investoru isə kiçik Donald Trampın məsləhət şurasının üzvü olduğu "Unusual Machines" firmasıdır.
Qeyd edilib ki, "Powerus" şirkəti 2025-ci ildə xüsusi təyinatlı qüvvələrin veteranları tərəfindən təsis edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 11 Mart 2026 05:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















