“Trampın qərarından öncə “Apple” Hindistandan ABŞ yə beş təyyarə cihaz göndərib” KİV
Icma.az, Yeniavaz saytına istinadən bildirir.
“Martın son üç günü ərzində “Apple” Hindistandan ABŞ-yə “iPhone” və digər avadanlıqları daşıyan beş yük təyyarəsi göndərib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Times of India” yüksək rütbəli Hindistan rəsmisinə istinadən yazıb.
Bildirilib ki, “Apple” bu yolla ABŞ prezidentinin tətbiq etdiyi və aprel ayında qüvvəyə minən yeni tariflərin təsirini azaltmağa çalışıb. Həmçinin, nəşrin məlumatına görə, korporasiya mart ayında Çindəki fabriklərdən məhsulların göndərilməsini sürətləndirib.
Ehtimal olunur ki, başqa ölkələrdən ABŞ-yə daşınan avadanlığın əlavə göndərilməsi “Apple” şirkətinə öz məhsullarının qiymətlərini artırmamağa imkan verəcək. Nəşr yazır ki, “Apple”ın ABŞ anbarlarındakı məhsulları bir neçə aya çatmalıdır.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp aprelin əvvəlində dünyanın demək olar ki, hər bir ölkəsinə yeni tariflər tətbiq edib.

Apple ABŞ a beş təyyarə iPhone göndərib
08 Aprel 2025 19:38
Apple ABŞ yə iPhone dolu beş təyyarə yollayıb
08 Aprel 2025 08:45
“Apple” tariflərdən yan keçmək üçün Hindistandan ABŞ a 600 ton “iPhone” göndərdi
10 Aprel 2025 20:44
Apple da Trampın qərarına BOYUN ƏYDİ
12 Fevral 2025 13:42
Trampın yeni xarici ticarət həmləsi “Apple”ı vurub
04 Aprel 2025 09:15

