Icma.az
close
up
RU
Trampın qlobal düşmənə qazdığı quyu ya ABŞ düşür: Çinin şəriksiz dünya liderinə çevrilmək şansı artır

Trampın qlobal düşmənə qazdığı quyu ya ABŞ düşür: Çinin şəriksiz dünya liderinə çevrilmək şansı artır

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Tramp adminstrasiyası Çinlə ticarət savaşına başlayarkən, xüsusi iqtisadi hədəflər qoymuş olsa da, əslində, yekun nəticəni tam dəqiqliyi ilə hesablamağa nail olmayıb... Ağ Evin rəsmi Pekini bu dağıdıcı savaşa qəfil yaxalamaq cəhdi artıq iflasa uğramağa başlayıb, çünki Çin ABŞ-la ticarət müharibəsinə uzun müddətdən bəri hazırlaşdığını təsdiqlədi...

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, dünya iqtisadiyyatı olduqca qeyri-müəyyən mərhələdən keçməyə məhkum buraxılıb. İndiyə qədər mövcud olmuş qlobal iqtisadi-ticari əməkdaşlıq sistemi artıq aktual deyil. Yeni əməkdaşlıq sistemi isə hələ yaradılmayıb. Böyük ehtimalla bu proses hələ uzun müddət iqtisadi-ticari xaos şəraitində davam edəcək. Və indiki situasiyanın yaranma səbəbləri sırasında Tramp adminstrasiyasının dünya ölkələrinə qarşı radikal iqtisadi qərarları xüsusi yer tutur.

Məsələ ondadır ki, Tramp adminstrasiyası ABŞ-ın ən yaxın tərəfdaşları da daxil olmaqla, bütün dünya dövlətlərinə qarşı gömrük rüsumları tətbiq edib. Ağ Evin bu radikal addımları ABŞ da daxil olmaqla, bütün ölkələrin iqtisadi-ticari maraqlarına sarsıdıcı zərbə vurmağa başlayıb. Hər halda, istisnasız olaraq, bütün ölkələrə maliyyə-iqtisadi zərbələr vurmaqdadır. Ümumi iqtisadi itkilərin trilyonlarla dollara bərabər olduğu iddia edilir. Və ona görə də, indi dünya iqtisadiyyatı üçün ən taleyüklü mərhələ hesab olunur.

Onu da qeyd etmək lazımdır ki, Tramp adminstrasiyasının hakimiyyətə gəldikdən sonra atdığı iqtisadi addımlar qlobal məkanda ABŞ-ın bütün dünyaya qarşı ticarət müharibəsinə başlaması kimi də dəyərləndirilir. Hətta iddia olunur ki, bundan sonra dünya ölkələri hərbi iqtisadiyyata keçid etməyə məcbur qalacaqlar. Halbuki, prezident Donald Tramp bu siyasətini yalnız ABŞ-ı yenidən dünyada şəriksiz hegemon dövlətə çevirmək niyyəti ilə izah etməyə çalışır. Və Ağ Ev sahibi atdığı radikal iqtisadi addımların ilk növbədə Çini hədəfə aldığını vurğulamaqla, üzləşdiyi qlobal təzyiqi nisbətən zəiflətməyə çalışır.

Ancaq bir çox Qərb iqtisadi ekspertləri hesab edirlər ki, bu prosesdən ən az təsirlənə biləcək ölkə kimi məhz Çini göstərmək olar. Onların fikrincə, hətta Çin mövcud situasiyadan faydalana və öz maraqları çərçivəsində genişmiqyaslı maliyyə-iqtisadi manevrlər də edə bilər. Üstəlik, rəsmi Pekinin Ağ Evə cavab reaksiyası olaraq, ABŞ-dan idxal olunan mallara rüsumları artırması artıq öz təsirini göstərməyə başlayıb. Və prezident Donald Tramp Çinin verdiyi cavab reaksiyasını yanlış addım kimi dəyərləndirib.

Maraqlıdır, Ağ Ev sahibi mövcud iqtisadi-ticari ziddiyyətləri nizamlamaq üçün Çinlə müzakirələrə hazır olduğunu da vurğulayıb. Ancaq prezident Donald Tramp yalnız ABŞ-ın ticarət kəsiri aradan qaldırılacağı təqdirdə, Çinlə bəzi məsələlər üzərində razılaşmaya getməyə hazır olduğunu bildirib:“ABŞ Çin ucbatından hər il yüz milyardlarla dollar itirir. Əgər, bu problem həll edilməsə, heç bir razılaşma mümkün olmayacaq. Mən razılaşmaya hazıram, amma onlar bu profisit problemini həll etməlidirlər. Çin hazırda böyük zərər görür, çünki hamı bilir ki, biz haqlıyıq”.

 

Onu da qeyd etmək lazımdır ki, ABŞ və Çin arasında ticarət savaşı hər iki tərəfə iqtisadi zərbələr vursa da, hansı tərəfə daha çox sərfəli olduğu hələlik ciddi suallar da doğurur. Çünki bu savaşda hər iki tərəfin həm üstün, həm də zəif tərəfləri mövcuddur. Məsələn, ABŞ dünya ölkələrinə, o cümlədən də, Çinə qarşı idxal rüsumları tətbiq etməklə, istehsalın ölkəyə qaytarılması məqsədi güdür. Yəni, ABŞ bəzi sənaye sahələrini yenidən ölkəyə geri qaytarmaqla, daxili istehsalı və məşğulluğu artırmaq imkanı əldə edə bilər.

Məsələ ondadır ki, Çin məhsullarına tətbiq edilən yüksək tariflər yerli alternativlərə tələbatı artıracaq. Nəticədə Çindən idxalın azaldılmasına paralel olaraq, rəsmi Pekinin külli miqdarda maliyyə itkilərinə məruz qoymağın, daxili istehsalın artırılması ilə həmin gəlirləri ABŞ-a doğru çevirmək mümkün ola bilər. Və eyni zamanda, ABŞ Çinlə ticarət kəsirini də azaltmaq istəyirdi və yeni tariflərlə buna böyük ölçüdə nail olmaq imkanı qazanmış oldu.

Ancaq onu da nəzərə almaq lazımdır ki, ABŞ-la ticarət savaşında Çinin də sahib olduğu üstünlüklər mövcuddur. Belə ki, son illərdə Çin ABŞ-dan ticari asılılığı azaltmaq üçün Avropa, Asiya və Afrika bazarlarına yönəltməyə çalışırdı. İndi Ağ Evin dünya ölkələrinə idxal rüsumları tətbiq etməsi rəsmi Pekin üçün yeni bazarlarda geniş ticari məkan açmağa başlayıb. Üstəlik, rəsmi Pekinin ABŞ-ın texnologiya sahəsində sanksiyalarına cavab olaraq, daxili texnologiya sektorunu inkişaf etdirməyə başlaması da Çinin aktivinə yazıla biləcək önəmli məqamdır. Və Çin iqtisadiyyatı daha çox uzunmüddətli strateji planlaşdırmaya əsaslandığından, bu ticarət müharibəsi rəsmi Pekinin ölkədə struktur islahatları aparmasına da ciddi təkan verdi.

 

Bütün bunlara baxmayaraq, ABŞ-Çin ticarət savaşının başladılması hər iki ölkəyə ciddi maliyyə-iqtisadi zərbələr vurmaqdadlr. Belə ki, hazırda həm ABŞ, həm də Çin istehlakçıları daha bahalı məhsullarla qarşılaşmağa başlayıb. Digər tərəfdən, hər iki ölkənin iqtisadiyyatı üçün həyati əhəmiyyət daşıyan qlobal təchizat zəncirləri artıq ciddi şəkildə pozulmaqdadır. Bu ölkələr arasında ikitərəfli ticarət prosesi zəiflədiyindən iqtisadi qeyri-müəyyənlik ön plana çıxmaqdadır.

Bütün bunlar onu göstərir ki, qısa müddətdə ABŞ bəzi ticarət kəsirlərini nisbətən azaltmağa nail oldu. Buna baxmayaraq, Çin daha çevik şəkildə yeni bazarlara yönəldiyi və daxili istehsala sərmayə yatırdığı üçün uzunmüddətli perspektivdə üstünlük əldə edə etmək şansına sahibdir. Ancaq ümumilikdə götürdükdə, ABŞ-Çin ticarət savaşı hər iki tərəfə ağır iqtisadi itkilər gətirməyə başlaması ilə diqqəti çəkir.

Belə anlaşılır ki, Tramp adminstrasiyası Çinlə ticarət savaşına başlayarkən, xüsusi iqtisadi hədəflər qoymuş olsa da, əslində, yekun nəticəni tam dəqiqliyi ilə hesablamağa nail olmayıb. Eyni zamanda, rəsmi Pekini bu dağıdıcı savaşa hazırlıqsız yaxalamaq cəhdi də iflasa uğrayıb. Çünki belə görünür ki, Çin ABŞ-la ticarət savaşına uzun müddətdən bəri hazırlaşıb. Ona görə də, rəsmi Pekinin "alternativ bazar" defisiti nəzərə çarpmır. Və əksinə, Ağ Ev öz son radikal addımları ilə ABŞ-dan ticarət asılılığı azalmaqda olan Çini ümumiyyətlə, nəzarət mexanizmlərindən də xilas olmuş daha güclü qlobal rəqibə çevirmək təhlükəsi ilə qarşılaşmağa başlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://olke.az
archiveBu xəbər 07 Aprel 2025 20:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri