Icma.az
close
up
RU
Trampın “qoca qitə”yə bağlı SENSASİON planı: ABŞ Avropa Birliyini niyə parçalamağa çalışır

Trampın “qoca qitə”yə bağlı SENSASİON planı: ABŞ Avropa Birliyini niyə parçalamağa çalışır

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ üçün güclü və müstəqil Avropa Birliyi qətiyyən sərfəli deyil, ona görə də, Ağ Ev Avropa Birliyini qlobal proseslərin istiqamətləndirmə mərkəzindən kənarlaşdırmağa çalışır… Nəticədə Avropa Birliyi zəifləyir, ABŞ-ın “qoca qitə” üzərində təsiri isə daha da artır. bu qurumun yeni geopolitik düzəndə subyekt olaraq qalacağı, yoxsa böyük güclərin razılaşmalarında obyektə çevriləcəyi hələlik qeyri-müəyyəndir...

Son vaxtlar ABŞ-dan və Avropanın müxtəlif paytaxtlarından gələn ziddiyyətli açıqlamalar kollektiv Qərb düşərgəsində vahid strateji xəttin artıq pozulmaqda olduğunu göstərir. Polşanın xarici işlər naziri Radoslav Sikorskinin amerikalı milyarder İlon Maska sərt cavabı ciddi qarşıdurmanın mövcudluğunu göstərir. Ancaq Ağ Evin Polşaya rekord səviyyədə hərbi texnika güzəşti, Ukraynanın Avropa Birliyinə sürətləndirilmiş üzvlük ideyası və Macarıstan kimi bəzi “qoca qitə” ölkələrinin Brüsseli açıq mətnlə ittiham etməsi və s. bu kimi məqamlar münasibətlər sisteminin kifayət qədər qəliz olduğunu biruzə verir. Və bu, həm də ABŞ-ın Avropa Birliyinə münasibətdə yeni geopolitik arxitektura qurmağa çalışdığını sezdirir.

Onu da qeyd etmək lazımdır ki, Ağ Evin yeni geopolitik arxitekturasının mərkəzində isə güclü Avropa Birliyinə yer ayrılmamış kimi görünür. Çünki Ağ Evın əsas strateji hədəfləri sırasında ABŞ ilə birbaşa əlaqə quran milli dövlətlərdən ibarət “çoxqütblü Qərb” modeli dayanır. Belə ki, ABŞ-ın Polşaya 250 ədəd “Stryker” zirehli döyüş maşınını simvolik olaraq, cəmisi bir dollara vermək təşəbbüsü sıradan hərbi yardım deyil. Bu addım Ağ Evin Polşanı NATO-nun və bütövlükdə ABŞ-ın Avropa strategiyasında əsas “ön xətt dövləti” kimi seçdiyini təsdiqləyir.

 

Məsələ ondadır ki, Ağ Ev üçün Polşa eyni vaxtda bir neçə funksiyanı – gələcəkdə Rusiyaya qarşı hərbi çəkindirmə zonası, Almaniya-Fransa tandeminə alternativ regional lider, ABŞ-la Avropa Birliyi arasında balans rolunu oynayan strateji tərəfdaş öz üzərinə götürə bilər. Ancaq Polşa XİN rəhbəri Radoslav Sikorskinin İlon Maskın Avropa Birliyini dağıtmaq çağırışına sərt reaksiyası isə rəsmi Varşavanın bu nüfuzlu qurumun ABŞ tərəfindən zəiflədilməsini “qoca qitə” üçün real təhlükəsizlik riski kimi qəbul etdiyini göstərir. Və bununla belə, əsas paradoks ondan ibarətdir ki, Polşa Brüsseli siyasi cəhətdən müdafiə etsə də, öz təhlükəsizliyini Avropa Birliyi yox, məhz ABŞ üzərindən təmin etəməyə üstünlük verir.

Maraqlıdır ki, Tramp administrasiyasının hakimiyyətə gəlişindən sonra Ağ Evin davranışları ABŞ-Avropa Birliyi münasibətlərinin artıq müttəfiqlikdən rəqabət mərhələsinə keçdiyini göstərir. “The Washington Post”un vurğuladığı kimi, prezident Donald Tramp və onun siyasi çevrəsi Avropa Birliyinin güclənməsində deyil, zəiflədilməsində daha çox maraqlı olduğunu biruzə verir. Və bu yanaşma Ağ Ev sahibi Donald Trampın mərkəzləşmiş qurumlara yox, ikitərəfli razılaşmalara və asimmetrik asılılıqlara bağlı xarici siyasət fəlsəfəsinə tamamilə uyğundur.

Məsələ ondadır ki, hazırda Ağ Ev üçün Avropa Birliyi daha müstəqil geopolitik aktor olmaq potensialı daşıyan struktur hesab olunur. Üstəlik, Avropa Birliyi ABŞ-ın manevr imkanlarını məhdudlaşdıra bilən nüfuzlu beynəlxalq alyans və Rusiya ilə mümkün razılaşmalarda əlavə çətinlik yarada biləcək arzuolunmaz vasitəçi kimi də görünür. Və nəticədə ABŞ Brüsseli zəiflətmək mövzusundan açıq danışmasa da, hər halda, Avropa Birliyini küncə sıxışdıra biləcək regional əməkdaşlıq modellərini də tədricən ön plana çıxarmağa çalışır.

 

Son vaxtlar Ağ Evi Brüsselə qarşı qıcıqlandıran əsas məqam isə ilk növbədə Avropa Birliyinin Ukrayna savaşının dayandırılmasına yönəlik yeni “Tramp planı”nın müzakirə prosesinə israrla müdaxilə etməyə cəhd göstərməsidir. Çünki Brüssel “qoca qitə”nin gələcək hərbi müdafiə problemlərini nəzərə alaraq, NATO-suz təhlükəsizlik və Ukraynanın Avropa Birliyinə mümkün inteqrasiya modelini axtarmaqla, yeni “Tramp planı”nın müzakirə prosesini ciddi şəkildə qəlizləşdirib. Ona görə də, “Financial Times”ın məlumatına görə, indi Ukraynanın 2027-ci ildə Avropa Birliyinə üzvlüyü ABŞ və bu qurum tərəfindən “sülh planı”nın tərkib hissəsi kimi nəzərdən keçirilir. Və bu, Ağ Evi Ukrayna məsələsində həm ABŞ-ın, həm də Rusiyanın ortaq kompromis modelini axtarmaq məcburiyyətində buraxır.

Hələlik, ABŞ Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı məsələni mümkün qədər gündəmdən kənarda saxlamağa çalışır. Ancaq bunun əvəzində Rusiyanın səhnəarxası müqavimətinə baxmayaraq, rəsmi Kiyevə Avropa Birliyinə üzvlük ilə bağlı siyasi və iqtisadi təminatlar verilir. Ukraynanın təhlükəsizlik mexanizminin NATO-nun 5-ci maddəsinə bənzər, ancaq formal üzvlükdən kənar hüquqi çərçivə ilə təmin olunması ön plana keçirilir. Və “Reuters”ə danışan ABŞ rəsmisinin dedikləri də onu göstərir ki, Ağ Ev indi Rusiyanı institusional deyil, məhz razılaşdırılmış siyasi təminatlarla dayandırmağın yolunu tapmağa çalışır.

ABŞ-ın Avropa Birliyinə təzyiq siyasətinə bəzi Şərqi Avropa ölkələri sırasında Macarıstan da dəstək verir. Belə ki, Avropa Birliyi daxilində alternativ xəttin imkişafı ilə bağlı prosesdə Macarıstanın mövqeyi xüsusi yer tutur. Rəsmi Budapeşt Avropa Birliyinin Rusiya siyasətini, sanksiya mexanizmlərini, mərkəzləşdirilmiş qərarvermə modelini ardıcıl və sərt şəkildə tənqid edir. Eyni zamanda, Macarıstan ABŞ-ın praqmatik və ideologiyadan uzaq yanaşmasını açıq şəkildə dəstəkləyir. Bu, Ağ Evin maraqlarına uyğun olaraq, Avropa Birliyi daxilində balanslaşdırıcı və olduqca ciddi zəiflədici faktor yaradır. Və ABŞ Avropa Birliyini birbaşa dağıtmadan, onu daxildən parçalanmış vəziyyətdə saxlamaq imkanı qazanmış olur.

 

Təbii ki, ABŞ-ın Avropa Birliyi ilə münasibətlərinin ciddi şəkildə pozulması, bu quruma qarşı təzyiq siyasəti yürütməsi Kremli və Rusiyanın ən yaxın müttəfiqlərini tamamilə məmnun etməkdədir. Belə ki, Rusiyanın strateji müttəfiqi Belarusun prezidenti Aleksandr Lukaşenkonun Ağ Ev sahibi Donald Trampı açıq şəkildə tərifləməsi Rusiyanın patronajlığı altında olan məkandan verilən önəmli mesajdır. Bu açıqlama onu göstərir ki, Rusiya və onu dəstəkləyən dövlətlər hazırda ABŞ-la birbaşa anlaşmanı Avropa Birliyi ilə dil tapmaqdan daha real hesab edirlər. Yəni, Rusiyanın patronajlığı altındakı düşərgədə Tramp administrasiyası siyasi-ideoloji təzyiq yox, məhz razılaşma ritorikasına üstünlük verən tərəf kimi qəbul olunur. Bu yanaşma Rusiya ilə ABŞ arasında mümkün böyük razılaşmalar fonunda Avropa Birliyinin rolunun daha da zəifləmə ehtimalını artırır.

Belə anlaşılır ki, ABŞ üçün güclü və müstəqil Avropa Birliyi qətiyyən sərfəli deyil. Ona görə də, Ağ Ev Avropa Birliyini qlobal proseslərin istiqamətləndirmə mərkəzindən kənarlaşdırmağa çalışır. Bütün bunlar isə Avropa Birliyini zəiflətməklə yanaşı, ABŞ-ın “qoca qitə” üzərində təsirini daha da artırır. Və bu baxımdan, Avropa Birliyinin bu yeni geopolitik düzəndə subyekt olaraq qalacağı, yoxsa böyük güclərin razılaşmalarında obyektə çevriləcəyi hələlik qeyri-müəyyən suallar doğurur.(musavat.com)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://olke.az
archiveBu xəbər 19 Dekabr 2025 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see271

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see205

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see198

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see192

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see182

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see179

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see176

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see162

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see160

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see156

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see152

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see149

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see147

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see144

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see143

Türkiyənin Ticarət Nazirliyi: Hindistandan idxal rüsumlarının azaldılması planlaşdırılmır

01 Fevral 2026 04:41see139

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri