Icma.az
close
up
RU
“Qoca qitə”yə dərs: “Avropa NATO su tədricən yaranacaq”

“Qoca qitə”yə dərs: “Avropa NATO su tədricən yaranacaq”

Ayna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Aleksey İjak: . “Avropa təhlükəsizlik məsələlərini çox uzun müddət həll etməməsindən və ABŞ-a həddən artıq güvənməsindən dərs almalıdır”

Münhen Təhlükəsizlik Konfransı çoxları üçün “soyuq duş” oldu. Üç günlük çıxışlar, xüsusən də ABŞ-ın yeni Prezidenti Donald Trampın komandasından olan ABŞ nümayəndələrinin çıxışları Ukraynada sülhün bərqərar olması istiqamətində daha aydın addımlar ata biləcəyinə dair ümidləri doğrultmadı. Bununla yanaşı, məlum oldu ki, ABŞ və Avropa İttifaqı (Aİ) Avropanın təhlükəsizliyi məsələsinə o qədər fərqli baxırlar ki, Avropa artıq Amerikanın “təhlükəsizlik çətiri”nə arxalanmamalıdır. Münhen tədbirindən sonra Tramp adminstrasiyası tərəfindən verilən bəyanatlar, atılan addımlar da Vaşinqtonun siyasətində ciddi dəyişikliklər olduğunu deməyə əsas verir.

Ukrayna Milli Strateji Araşdırmalar İnstitutunun şöbə müdiri Aleksey İjak UNİAN-a müsahibəsində Avropanın ABŞ-sız öz təhlükəsizliyini necə təmin edəcəyi, NATO-nun taleyi, Rusiya ilə münasibətlər məsələsi ətrafında sualları cavablandırıb. İjak həmçinin Avropa ordusunun yaradılması perspektivləri, Rusiyadan Aİ-yə təhlükənin səviyyəsi, NATO daxilində və Alyansdan kənar münasibətlər barədə danışıb. AYNA.AZ müsahibəni istinadla təqdim edir:

- Cənab Aleksey, Münhen Təhlükəsizlik Konfransında Vaşinqton nümayəndələrinin verdiyi sərt bəyanatlar avropalıları sarsıtdı. Trampın siyasi kursu və ABŞ-ın yeni prioritetləri əvvəllər Avropaya bəlli deyildimi?

- Avropalılar çox uzun müddətdir ki, “yatıblar”. Amma indi vəziyyətin onlara qarşı olduğunu anlayırlar. Axı onlar zaman-zaman ayılıb öz təhlükəsizlikləri ilə məşğul olmağa çalışanda – 2000-ci illərdə İraq hadisələrində olduğu kimi – ABŞ Avropanı çox sərt şəkildə “öz yerinə” oturtdu. Deyirdilər ki, heç nə etməyə ehtiyac yoxdur, ABŞ təhlükəsizliyin qayğısına qalacaq, siz sadəcə maliyyə ödəyin. İndi isə məlum oldu ki, bu təhlükəsizliyi müstəqil şəkildə təmin etmək lazımdır. Amerikalı tərəfdaşlar tərəfindən atılan addımlar, siyasətdə dönüş həqiqətən də, avropalılar üçün bir qədər sürpriz oldu.

- Ukrayna Prezidenti Rusiyanın bu il Avropanın bəzi regionlarına müdaxiləsi ehtimalı barədə xəbərdarlıq edib. Bu risklər nə dərəcədə realdır və avropalılar özlərini necə qoruyacaqlar?

- Mənə elə gəlir ki, məsələyə indi Avropanın yeni Avropa NATO-su yaratması üçün nə qədər vaxt lazım olduğu kontekstində baxmalıyıq. Hər şeyi necə təşkil etmək olar ki, tez işləsin və resurslar lazım olan yerdə cəmləşsin. Ümumilikdə avropalılar müdafiə xərclərini ÜDM-in 2%-nə qədər artırmalı olacaqlar. Artıq bir neçə ölkə xərcləri ÜDM-in 4-5%-nə çatdırıb. Lakin Avropa təhlükəsizlik sisteminin qurulması vaxt tələb edir. Hələlik belə görünür ki, Aİ hətta bürokratik sənədlər olmadan qoşunların sürətlə köçürülməsinə yönəlmiş “hərbi Şengen” adlandırılan layihəni tam şəkildə işə salmaqda çətinlik çəkir. Onların bu istiqamətdə heç bir iş görmədiklərini söyləmək olmaz. Məncə, indi əsas problem təşkilati xarakter daşıyır. Avropa həm Aİ, həm də NATO daxilində “hərbi Şengen” üzərində kifayət qədər ciddi işləyir və müəyyən irəliləyiş var.

Burada başa düşmək lazımdır ki, Avropa qüvvələrinin inteqrasiyası üçün “hərbi Şengen” lazımdır. ABŞ Avropa bürokratik maneələrindən daha az təsirlənir, çünki müxtəlif ölkələrdə yerləşən Amerika qüvvələrinin statusu ikitərəfli razılaşmalarla tənzimlənir. Eyni zamanda, digər məsələlərdə ABŞ-dan asılılıq yüksək olaraq qalır.

- Biz hansısa regional ittifaqların yaranmasını gözləməliyikmi?

- Avropa NATO-su tədricən yaranacaq. Kadr yerləri dəyişdiriləcək, hazırda Amerika texnologiyasına arxalanan müəyyən qüvvələr Avropaya keçəcək...

Yeri gəlmişkən, NATO-nun növbəti sammiti çox maraqlı olmalıdır. Keçən il gözlənilən olmadı. Düşünürəm ki, ABŞ indi lider mövqeyində deyil, dünyada qlobal vəzifələri olmayan, ayrı-ayrı regionlarda, məsələn, Sakit okeanda öz maraqları olan regional ölkə kimi çıxış edəcək. Bir müddət sonra, iyunda keçiriləcək sammitdən əvvəl görəcəklər ki, bəlkə də onlara çox yaxşı qulaq asılmır, istədikləri yerinə yetirilmir. Onlar isə NATO sammitinə fərqli əhval-ruhiyyə ilə gələcəklər. Üstəlik, onlar hətta dünyanın digər bölgələrindəki problemləri həll etmək üçün Avropa resurslarından da istəyə bilərlər.

- Deməli, İlon Maskın NATO-nun “əsaslı yenidən qurulması” zərurəti ilə bağlı səs-küylü bəyanatları özünü doğrultmayacaq?

- Mask və onun açıqlamalarından danışarkən, gəlin əvvəlcə görək ki, Aİ F-35 alışlarını kəsərsə və öz aviasiyasını maliyyələşdirərsə, ABŞ buna necə reaksiya verəcək?

Ümumiyyətlə, mən ABŞ-ın Aİ-ni müdafiə etməkdən tamamilə imtinasına inanmıram. Bu, Tramp və Maskın dediyi kimi olmayacaq. Bir tərəfdən avropalılar ABŞ-ın istədiyi kimi hərbi büdcələrini artıracaqlar. Digər tərəfdən, bu büdcələr “ABŞ-ı qorumaq” ümidi olmadan Avropa təhlükəsizlik sisteminin inkişafına yönəldiləcək. Avropa təhlükəsizlik məsələlərini çox uzun müddət həll etməməsindən və ABŞ-a həddən artıq güvənməsindən dərs almalıdır.

- Bəs ABŞ-ın eyni zamanda, Rusiya ilə münasibətləri düzəltməsi proseslərə necə təsir edəcək?

- Biz başa düşməliyik ki, Tramp yenidən Rusiya Federasiyasına pəncərə açıb. O göstərdi ki, Rusiya Çinlə qarşıdurmada ABŞ-ın tərəfində dayansa, ruslara kimisə - bəlkə də Ukraynanı “udmaq” ümidi vermək olar. Amma düşünürəm ki, bu, tez keçəcək. ABŞ sadəcə olaraq nə etdiyini anlamır. Onlar bunu bir az başa düşəndə Rusiya ilə bağlı qiymətləndirmələrin çoxunun səhv olduğunu görəcəklər.

- Rusiya ABŞ-dan dəstəksiz qalma riski ilə üzləşən avropalılar üçün nə dərəcədə təhlükəlidir?

- Rusiya iqtisadi və texnoloji cəhətdən zəif olsa da, risklər var. Bəli, onun kifayət qədər köhnə silahları var və hələ də irimiqyaslı hibrid əməliyyatlar aparmaq üçün kifayət qədər pulu var. Lakin onun əsas üstünlüyü ondan ibarətdir ki, Aİ-dən fərqli olaraq, böyük insan itkiləri Rusiya Federasiyası üçün problem deyil.

Bütövlükdə, Rusiya öz əhalisini məhv etmək üçün unikal bir istək nümayiş etdirir. Yeri gəlmişkən, zaman-zaman bunu uğurla həyata keçirir - müharibədə olmasa, repressiya yolu ilə. İndi Ukrayna cəbhəsində ruslar hər kilometr irəliləməyə görə yüzlərlə insan itirirlər.

Ukrayna tammiqyaslı işğalın ilk aylarında Rusiyanın hücumuna necə tab gətirililə biləcəyini göstərdi. Bizim köməyimizlə avropalılar Rusiya təhlükəsinə qarşı lazım olan bütün cavabları verə bilərlər. Rusiya Federasiyasından hər hansı bir hücumu dəf etmək üçün - həm hibrid, həm də hərbi - çox şey tələb olunmur - siyasi iradə və yüksək keyfiyyətli təşkilat. Bunu avropalılara öyrədə bilərik.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://ayna.az
archiveBu xəbər 26 Fevral 2025 20:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see696

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see537

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see486

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see355

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see338

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see289

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see275

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see269

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see256

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see233

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see229

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see228

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see228

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see215

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see215

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see209

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see192

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see188

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see186

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri