Icma.az
close
up
RU
Trampın sadiq müttəfiqi üçün geri dönüş nöqtəsi..?

Trampın sadiq müttəfiqi üçün geri dönüş nöqtəsi..?

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qrin bir neçə əsas məsələdə partiya xəttini açıq şəkildə pozdu...

...Bu yaxınlarda Nümayəndələr Palatasından istefa verən keçmiş MAGA tərəfdarı və Respublikaçı Konqres üzvü Mardjori Teylor Qrin, Donald Trampın Amerika xalqını təmsil etdiyinə inanmaqda “çox sadəlövh” olduğunu etiraf edib.

SİA-nın məlumatına görə, “The New York Times” qəzetinə verdiyi uzun müsahibədə o, illərdir qızğın tərəfdarı olduğu prezidentlə ayrılmasının bir sıra fikir ayrılıqlarından, o cümlədən Tramp administrasiyasının Qəzza siyasətini kəskin şəkildə pisləməsindən qaynaqlandığını və bunu soyqırımda iştirak adlandırdığını deyib.

Qeyd edilməlidir ki, Qrin bir neçə əsas məsələdə partiya xəttini açıq şəkildə pozub..?

Bunlardan ən əsası, İsrailin Qəzzadakı hərəkətlərinə sərt qiymət verməsidir.

O, bunu ilk dəfə olaraq açıq şəkildə “soyqırım” adlandırdı və bu da partiyanın İsrailpərəst qanadı və administrasiya ilə açıq ideoloji münaqişəyə səbəb oldu.

Bundan əlavə, o, kriptovalyuta və süni intellekt siyasətlərini milyarderlərin maraqlarına xidmət etdiyini tənqid etdi.

Seçicilərinə zərər verən immiqrasiya siyasətlərinə və tariflərə qarşı çıxdı.

...Və bu siyasi fikir ayrılıqları dərin mənəvi böhrana çevrildi.

...Beləliklə, kulminasiya nöqtəsi 2025-ci ilin sentyabrında gəldi: mühafizəkar fəal Çarli Kirkin dəfn mərasimində Tramp xristian bağışlama prinsipinə zidd olaraq “düşmənlərindən nifrət etdiyini və onlara yaxşılıq arzulamadığını” bildirdi.

...Qrin daha sonra bir müxbirə SMS-də yazaraq etiraf etdi ki, bu an onu Trampın təşviq etdiyi “zəhərli siyasi mədəniyyət”dəki rolunu yenidən nəzərdən keçirməyə məcbur etdi.

Qrinin sözlərinə görə, son damla milyarder Ceffri Epşteyn işi ilə bağlı münaqişə olub.

Qrin bütün sənədlərin tam məxfiliyinin açılmasını tələb etdi və onların “Vaşinqtonda çürümüş hər şeyi təcəssüm etdirdiyinə” inandı.

Zərərçəkmişlərlə görüşdükdən və onları elitanın gizli əməkdaşlıqda ittiham etdikdən sonra birbaşa Trampla qarşılaşdı.

“O, mənə dedi ki, əgər iş açılsa, “dostları əziyyət çəkəcəklər””, - deyə o bildirib.

Bundan sonra münaqişə açıq qarşıdurmaya çevrilib: Tramp onu “xain” adlandırıb və Qrin uşaqları və evi ilə bağlı təhdidlər almağa başlayıb. Noyabr ayında o, vaxtından əvvəl istefa verdiyini elan edib.

Səyahətini yekunlaşdıran Qrin Demokratları xəyanətdə günahlandırmaqda səhv etdiyini bildirib və özünü siyasi pariya kimi etiraf edib.

...Baxışlarım dəyişməyib, amma yetkinləşmişəm, daha çox özünüdərk etmişəm və Amerika siyasətinin mürəkkəb reallığını anlamağa başlamışam, - deyə o, yekunlaşdırıb. Lakin Ağ Ev bu düşüncələrə sərt reaksiya veib: onun getməsi “kiçik bir qərar” adlandırılıb və Trampın özü “Amerika tarixindəki ən böyük siyasi hərəkatın mübahisəsiz lideri” adlandırıldı.

Əli Babayev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://sia.az
archiveBu xəbər 04 Yanvar 2026 00:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri