Icma.az
close
up
RU
Trampın Sülh Planı çaxnaşma yaratdı: Ukraynanın etirazı, Avropanın narahatlığı artır ŞƏRH

Trampın Sülh Planı çaxnaşma yaratdı: Ukraynanın etirazı, Avropanın narahatlığı artır ŞƏRH

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə yeni sülh planı beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Sənədin ilkin mətnində yer alan müddəalar həm Vaşinqtonun, həm də Moskvanın maraqlarını ön plana çıxardığı üçün ciddi mübahisələr doğurub.

Avropa ölkələri sənəddə Ukraynanın mövqeyini zəiflədən məqamların çoxluğunu əsas gətirərək plana kəskin etiraz bildiriblər və bir sıra dəyişikliklərin edilməsini zəruri sayırlar. Cenevrədə ABŞ və Ukrayna nümayəndələrinin son görüşü isə tərəflərin hələ uzun müddət müzakirələr aparmalı olacağını göstərir.

Maraqlıdır görəsən ABŞ və Rusiyanın maraqlarını önə çıxaran bu plan Ukraynanın mövqelərini zəiflədə bilərmi? Ümumiyyətlə tərəflər bu planın bəndləri ilə razılaşacaqmı? Turkustan.az olaraq bu sualları politoloq Oqtay Qasımova ünvanladıq.

Oqtay Qasımov

Hazırkı variantda Trampın Ukrayna ilə bağlı sülh planı ilk növbədə ABŞ-ın, eləcə də Rusiyanın maraqlarına xidmət edir və faktiki olaraq Ukraynanın maraqları hesabına bu iki ölkənin mövqeləri təmin olunur. Sənədin mətninə diqqət yetirdikdə açıq görünür ki, burada Rusiyanın uzun müddətdir Ukraynaya qarşı irəli sürdüyü iddialar nəzərə alınıb və sanki məhz bu tələblər əsasında sənəd formalaşdırılıb. Eyni zamanda, sənədin tərkibində ABŞ-ın maraqlarını açıq şəkildə ifadə edən bir sıra məqamlar yer alır. Məsələn, təhlükəsizlik qarantiyasının verilməsi prosesində ABŞ-a xüsusi rol verilir.

Bununla yanaşı, həm Ukrayna, həm də Rusiyada müəyyən təbii resursların istismarı ilə bağlı ABŞ-a imkanlar yaradılır və artıq bu istiqamətdə müəyyən işlərin görüldüyü bildirilir. Ukraynada bərpa işləri üçün yaradılacaq fond da əsasən bu məqsədə – ABŞ-ın bu prosesdə iştirak edərək qazanc əldə etməsinə – xidmət edir. Rusiyanın aktivləri hesabına həyata keçiriləcək layihələrdə də ABŞ-ın maraqları qorunur. Yəni qısaca desək, Trampın təklif etdiyi planın hazırkı forması Ukrayna üçün məqbul variant sayıla bilməz. Məhz buna görə də beynəlxalq səviyyədə ciddi etirazlar səsləndirildi.

Avropa ölkələri açıq şəkildə plana qarşı çıxaraq sənədin dəyişdirilməsinin vacibliyini vurğuladılar. Hətta Avropa dövlətləri alternativ bir təklif paketi hazırlayıb təqdim etdilər – Trampın təkliflərinin bir hissəsi saxlanılsa da, Ukraynanın mənafeyinə tam zidd olan maddələr sənəddən çıxarıldı. Hazırda müzakirələr davam edir.

Dünən Cenevrədə ABŞ və Ukrayna nümayəndələrinin görüşü keçirilib və ilkin açıqlamalara görə, proses konstruktiv mühitdə baş tutub. Bu, zaman tələb edən məsələdir və tərəflərin hələ uzun müddət müzakirələr aparmasına ehtiyac var. Lakin bütün hallarda qeyd etmək lazımdır ki, sənədin indiki şəkli daha çox ABŞ və Rusiyanın maraqlarına uyğundur.

Buna görə də hazırda əsas fəaliyyətlər məhz sənədin dəyişdirilməsi, müəyyən maddələrin yumşaldılması və Ukraynanın maraqlarının daha balanslı şəkildə nəzərə alınmasına yönəlib.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 24 Noyabr 2025 20:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see738

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see224

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri