Icma.az
close
up
RU
Trampın Tarif oyunu: 2 qoçun başı bir qazanda qaynaya biləcək? ŞƏRH

Trampın Tarif oyunu: 2 qoçun başı bir qazanda qaynaya biləcək? ŞƏRH

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ prezidenti Donald Tramp günlərdir dünya ölkələri ilə sanki "oyun oynayır". ABŞ lideri öncə dünya ölkələrinin çoxuna yüksək faizli tariflər tətbiq etdi. Daha sonra isə ani bir qərarla Azərbaycan da daxil olmaqla, 75-dən çox ölkənin mallarına rüsumların tətbiqini 90 gün ertələdi.

Lakin bu ölkələr arasında Çin yer almadı. Əksinə Çinə qarşı tətbiq edilən tarif günü-gündən artmaqda davam edir. 67 faizlə başlayan rüsum bu gün artıq 145 faiz oldu.

Görünən odur ki, ABŞ və Çin arasında yaşanan gərginlik bu tariflərlə özünün pikk həddinə çatıb. Maraqlıdır görəsən, Trampın bu addımları ABŞ və dünya ölkələri arasındakı münasibətlərə necə təsir edəcək? Turkustan.az olaraq sualımızı siyasi şərhçi Oqtay Qasımova ünvanladıq. Ekspert bildirdi ki, Amerikanın demək olar ki, dünyanın bütün ölkələrinə tətbiq etdiyi tariflər dünyada kifayət qədər ciddi problemlər yaradır və artıq birjalarda vəziyyət hansı hala düşüb bu məlumdur.

Amerikanın böyük şirkətləri milyardlarla dollar vəsaitlər itiriblər. Xüsusi ilə də Çinə qarşı bu iqtisadi, ticarət savaşının aparılması dünya iqtisadiyyatına da mənfi təsir edəcək. Tərəflər artıq bir-birinə qarşı olduqca yüksək tariflər tətbiq ediblər. Əslində görünən odur ki, Çin uzun müddətdən bəri bu prosesə hazırlaşırmış və Amerikanın atdığı addımlara adekvat cavablar verməkdədir. Dünyanın 2 böyük iqtİsadiyyatının və hərbi, siyasi gücünün bu qarşıdurması dünya üçün heç də yaxşı gələcək vəd etmir. Düşünürəm ki, dünya üçün ən məqbul olan budur ki, tərəflər bu məsələləri tarif və ticarət savaşları üzərindən deyil, siyasi dialoq yolu ilə həll etməlidirlər. Təbii ki, Tramp istəyir ki, Amerikanın iqtisadiyyatını gücləndirsin və xüsusi ilə də Çin ilə olan ticarətdəki balansı aradan qaldırsın. Çünki, Çin ilə Amerika arasında idxal, ixrac əməliyyatları Çinin xeyrinədir. Tramp bunu kompensasiya etmək istəyir, amma tariflərin yüksəldilməsi dünyada da qiymətlərə təsir edir. Xüsusi ilə də enerjili daşıyıcılarının qiymətlərində kəskin enmələr var. Bu da dünya iqtisadiyyatı üçün müəyyən risklər yaratmaqdadır. Hesab edirəm ki, bir müddət Amerika ilə Çin arasında bu cür ticarət savaşı davam edəcək. Biz bunun ilk nümunələrini Trampın birinci prezidentlik dönəmindədə görmüşdük . Amma indi görünən odur ki, Tramp bu proseslərə dərhal start verdi. Hər halda düşünmürəm ki, Amerikanın bütün dünyaya açdığı iqtisadi tarif savaşı sonunda düşünülən nəticəyə gətirib çıxarsın. Nəzərə alsaq ki, Amerikadan 70-ə yaxın ölkəyə tətbiq olunan tariflərin müddətinin müvəqqəti dayandırılması ilə bağlı artıq ilkin addımlar da atılıb. Yəni Amerika tərəfi həm də başa düşür ki, bu cür total tarif yüksəltmələr ümumi prosesin və Amerika iqtisadiyyatının da lehinə deyil. Çinə gəldikdə isə təbii ki, bu məsələlər Çin iqtisadiyyatına təsirsiz ötüşməyəcək, amma bütünlüklə bu Çinin alternativ bazarlara, xüsusi ilə də Avropa bazarlarına diqqətini artıracaq. Məhz Trampın fəaliyyəti nəticəsində hazırda Avropa ölkələri Amerikadan narazıdırlar və bu cür prosseslərin davamı Avropanı Çinlə yaxınlaşdıra bilər ki, bu da Amerika üçün arzu olunan deyil.

Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 10 Aprel 2025 23:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see372

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see341

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see333

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see304

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see300

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see279

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see261

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see249

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see241

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see231

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see222

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see209

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see204

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see202

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see201

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see191

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see190

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see189

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri