Icma.az
close
up
RU
Trampın tarifləri dünyaya nə vəd edir: ABŞ ın keçmişdə uduzduğu 4 ticarət savaşı...

Trampın tarifləri dünyaya nə vəd edir: ABŞ ın keçmişdə uduzduğu 4 ticarət savaşı...

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

ABŞ prezidenti Donald Trampın indi başlatdığı tarif savaşının analoqları tarixdə də var. Və hər dəfə bu siyasət uğursuzluğa gətirib çıxarıb. Amma nədənsə, yenə də zaman-zaman bu siyasətə əl atılır. ABŞ-ın başlatdığı tarif savaşlarının tarixinə və nəticələrinə baxaq:1. Smut-Holi (Smoot-Hawley) Tarif Qanunu (1930-cu il)

Trampın tariflərinə çox bənzəyirdi və məqsədi yerli istehsalçıları xarici rəqabətdən qorumaq idi. Məzmunu 20 000-dən çox idxal məhsuluna yüksək gömrük rüsumlarının tətbiqindən ibarət idi. Hədəfi Böyük Depressiya dövründə Amerika iqtisadiyyatını qorumaq idi. Və nəticələri ağır oldu. Digər ölkələr cavab olaraq öz tariflərini artırdılar və ticarət müharibəsi başladı. Qlobal ticarətin həcmi azaldı və bu vəziyyət ABŞ-da Böyük Depressiyanın dərinləşməsinə, yoxsulluq və səfalətin ağırlaşmasına səbəb oldu. ABŞ-ın beynəlxalq ticarət tərəfdaşı kimi imicinə uzun illər üçün zərər dəydi.

2. Reqan dövründə Yaponiyaya qarşı tariflər (1980-ci illər)

Prezident Ronald Reqan Yaponiya istehsalı olan mallara, xüsusən də avtomobil və elektronika məhsullarına qarşı tariflər və kvotalar tətbiq etdi. Çünki ABŞ istehsalçıları Yaponiya ilə rəqabət apararaq bilmirdilər. Nəticədə ABŞ-da bəzi sənaye sahələri müvəqqəti olaraq nəfəs ala bildi. Amma Yaponiya şirkətləri tariflərdən yan keçmək üçün ABŞ-da zavodlar tikməyə başladı. Məsələn, Toyota Kentukkidə öz zavodunu tikdi. Gərginlik qarşılıqlı güzəştlərlə azaldıldı və genişmiqyaslı ticarət müharibəsinə keçmədi.

3. Corc Buşun polad tarifləri  (2002-ci il)

Buşun tarifləri Trampın polad və alüminiuma tətbiq etdiyi tariflərə çox bənzəyirdi. Məqsəd Amerikalı polad istehsalçılarını qorumaq idi. Amma Ümumdünya Ticarət Təşkilatı bu tarifləri qanunsuz hesab etdi. Avropa Birliyi cavab tədbirləri ilə hədələdi. Beynəlxalq və daxili təzyiqlər səbəbindən Buş bu tarifləri az sonra ləğv etdi.

4. Trampın 1918-ci il tarifləri

2018-ci ildən başlayaraq Tramp polad, alüminium və Çindən idxal edilən yüz milyardlarla dollar dəyərində mallara tariflər tətbiq etdi. Məqsəd ticarət kəsirini azaltmaq və Çin hökumətini iqtisadi siyasətini dəyişməyə məcbur etmək idi. Amma yenə də tarix təkrarlandı. Çin də cavab olaraq tarifləri işə saldı. Amerika fermerləri böyük Çin bazarını itirdi və ağır ziyana məruz qaldı. ABŞ hökuməti məcburən fermerlərə subsidiyalarla dəstək oldu. Bəzi sahələr müvəqqəti fayda gördü. Amma qlobal ticarət zəiflədi, təchizat zəncirləri pozuldu.

5. Trampın son tarifləri

Nəhayət, bir neçə gün əvvəl Tramp tarixdə heç vaxt uğur gətirməmiş bir siyasətə yenidən əl atdı. Üstəlik, 1918-ci ildə elə özünün imzası ilə fəsadlar törətmiş bir tarif siyasətini yenə dirçəltdi. Amma bu dəfə daha böyük miqyasda. ABŞ-ın bütün öndə gələn iqtisadçı analitikləri bu siyasətin də uğursuz olacağını deyir, hətta yaxın dostu Elon Mask da bu mövzuda ona qarşı çıxdı, amma nə fayda... Cavab zərbələri də gəlməyə başlayıb – Çin artıq ABŞ mallarına 34 faizlik cavab tarifləri tətbiq edib.

P.S. Tarix göstərir ki, proteksionist tariflər ticarət savaşlarına, qiymət artımına və ixracın azalmasına səbəb olur. Qısamüddətli müsbət effektlər ola bilər, amma uzunmüddətli perspektivdə ümumi iqtisadiyyat mənfi nəticələr görür.

Emin, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 07 Aprel 2025 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri