Trampın tarixi liderlərlə müqayisə edildiyi kitab gündəm oldu
Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ prezidenti Donald Tramp sosial media hesabında yazıçı Deyv Kinqin qələmə aldığı və onun ikinci prezidentlik dövründən bəhs edən "Rejim Dəyişikliyi" kitabından bir hissə paylaşıb.
Turkustan.az xəbər verir ki, kitabda Tramp dünya tarixində mühüm rol oynamış Attila, Çingiz Xan, Napoleon Bonapart, İosif Stalin, Mao Zedong və Adolf Hitler kimi liderlərlə müqayisə edilir.
Müəllif Deyv Kinq yazır ki, tarixdə güclü liderlər adətən həyata keçirdikləri fəthlər və idarə etdikləri xalqlar üzərində yaratdıqları təsirlə tanınıblar. Onun fikrincə, Tramp isə müasir dövrdə malik olduğu siyasi təsir, iqtisadi imkanlar və texnoloji güc baxımından həmin tarixi fiqurlardan fərqlənir.
Kinq kitabda Tramp barədə "Bu, onu planetdə indiyə qədər yaşamış ən güclü insan edir" ifadəsini işlədib.
Trampın sözügedən hissəni paylaşması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 19 İyun 2026 13:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















