Icma.az
close
up
RU
Trampın tərəddüdü Tehranı cəsarətləndirib “Bu, İrana baha başa gələ bilər”

Trampın tərəddüdü Tehranı cəsarətləndirib “Bu, İrana baha başa gələ bilər”

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, dünən İrana məxsus "Shahed-139" dronu ABŞ-ın "Abraham Lincoln" aviadaşıyıcısına yaxınlaşmağa cəhd edib. Aviadaşıyıcıdan qalxan F-35 təyyarəsi dronu vurub.

Bir qədər sonra SEPAH-a məxsus 2 ədəd sürət kateri ABŞ ticarət gəmisinə yaxınlaşıb. Onlar gəmini ələ keçirməyə çalışıblar, lakin yaxınlıqdakı ABŞ hərbi gəmisi hadisə yerinə yönəldikdən sonra iranlılar uzaqlaşıb.

Bundan əlavə, ABŞ mediasının məlumatına görə, İran hökuməti bu həftə İstanbulda ABŞ nümayəndə heyəti ilə planlaşdırılan görüşdən imtina edib. İran tərəfi görüşün Omanda, başqa ölkələrin iştirakı olmadan ikitərəfli formatda keçirilməsini və yalnız nüvə mövzusunun müzakirəsini istəyib.

Siyasi şərhçi Şahin Cəfərli bu hadisələri İranın öz mövqeyini sərtləşdirməsi hesab edir. O hesab edir ki, bu cəsarət qarşı tərəfin tərəddüdlərindən qaynaqlanır: "Trampın hərbi variantı seçməyə həvəsli olmadığını İran da görür. Tramp ehtiyatlanır ki, hücum əmri verərsə, İranın cavab addımları bölgədə böyük müharibəyə, vəziyyətin nəzarətdən çıxmasına səbəb ola bilər. O, uzanacaq bir savaş qəti istəmir".

Təhlilçi bildirir ki, İran rejimi isə bütün bunları düşmənin zəifliyi kimi qiymətləndirərək onu geri çəkilməyə vadar edə biləcəyini, bununla da Əsədin devrilməsi ilə başlayıb, 12 günlük müharibə ilə yekunlaşan dövrdə sarsılan nüfuzunu bərpa edəcəyini düşünür.

"Lakin bu perspektivin cazibəsinə qapılıb rasionallıqdan uzaqlaşmaq İrana baha başa gələ bilər", - o qeyd edib.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 Fevral 2026 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see309

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see297

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see273

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see269

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see248

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see247

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see244

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see233

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see226

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see225

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see222

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see214

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see214

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see203

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see177

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri