Rusiya azərbaycanlı iş adamının restoranını susuz qoydu
Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiyada məhkəmə icraçılarının tələbi ilə Petrovski sahili yaxınlığında yerləşən və qalmaqallarla gündəmə gələn “Yardı Superbar” restoranının su təchizatı dayandırılıb.
Lent.az xəbər verir ki, sözügedən restoran yerli Azərbaycan diasporunun keçmiş rəhbəri, iş adamı Yusif Xəlilova məxsusdur. Daha əvvəl məhkəmə obyektin qanunsuz tikili olması barədə qərar çıxarıb.
Qərara əsasən, Xəlilov restoranı öz hesabına sökməlidir. Lakin iş adamı heç bir tədbir görməyəcəyi təqdirdə, meriya tikilini özü sökməyə hazır olduğunu bildirib.
“Yardı Superbar” restoran kompleksinə sahəsi 1256,6 kvadratmetr olan qeyri-yaşayış binası, 334,4 kvadratmetrlik qaraj və yardımçı tikili daxildir.
Restoranın yerləşdiyi və hərraca çıxarılan torpaq sahələrindən birinin ərazisi 631 kvadratmetrdir. Qeyd olunur ki, bu sahə fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulub. Digər torpaq sahəsinin ərazisi isə 2193 kvadratmetrdir və ictimai iaşə obyektlərinin yerləşdirilməsi üçün ayrılıb. Meriya hər iki sahəni açıq hərrac vasitəsilə satışa çıxarır.
Eyni zamanda, Voronej rəhbərliyi Xəlilova məxsus digər obyektin – “Fort” restoranının da qanunsuz tikili kimi tanınmasına çalışır.
Bu restoranla bağlı mübahisə onilliklərdir davam edir. Hələ 2007-ci ildə Leninski Rayon Məhkəməsi özbaşına tikilmiş obyekt üzərində mülkiyyət hüququnun tanınması ilə bağlı meriyaya qarşı qaldırılan iddianı təmin edib.
Əvvəlcə həmin ərazidə ayrıca yerləşən qeyri-yaşayış binası – ticarət pavilyonu olub. Lakin sonradan tikili genişləndirilərək “Fort” restoranına çevrilib.
İndi isə Xəlilovun bu obyekt üzərində mülkiyyət hüququnu necə əldə etməsinə hüquqi qiymət veriləcək. Prokurorluq öz mövqeyini açıqlayacaq və restoran binasının özbaşına tikili ola biləcəyinə dair sübutlar təqdim edəcək.
Baxış sayı:127
Bu xəbər 23 Oktyabr 2026 15:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















