Trampın tətbiq etdiyi gömrük rüsumlarının təsiri bu il dünya iqtisadiyyatında hiss olunmayacaq Peskov
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ hakimiyyətinin əksər ölkələrə qarşı sərt gömrük siyasətinin təsirinin bir neçə il sonra dünya iqtisadiyyatına mənfi təsir göstərəcəyini bildirib.
Redaktor.az xəbər verir ki, o, bu haqda RBK radiosuna verdiyi müsahibədə danışıb.
Peskov qeyd edib ki, Trampın tətbiq etdiyi gömrük rüsumlarının təsiri bu il dünya iqtisadiyyatına çox güman ki, hiss olunmayacaq. Çünki şirkətlər ABŞ-nin məhdudlaşdırıcı gömrük tədbirlərindən əvvəl, ilk yarım ildə, malların tədarükünü sürətlə artırmağa müvəffəq olublar.
Lakin mətbuat katibi xəbərdarlıq edib ki, gələcəkdə proteksionist tədbirlərin təsiri artacaq: “Onlar (ABŞ rüsumları) bir neçə il sonra dünya iqtisadiyyatına təsir göstərəcək. Təsir isə gecikmişdir”, - deyə Peskov bildirib.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 24 Sentyabr 2025 12:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















