Icma.az
close
up
RU
Trampın Ukrayna ilə bağlı əlavə təklifi də olacaq

Trampın Ukrayna ilə bağlı əlavə təklifi də olacaq

Icma.az, Reyting.az portalına istinadən məlumat verir.


Vaşinqtonun irəli sürdüyü Ukrayna böhranının nizamlanması planı Kiyevə təqdim olunmuş “son təklif” deyil.
Reyting.az
xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.
Jurnalistlərlə söhbət zamanı Trampdan bunun Ukraynaya yönəlmiş “son təklif” olub-olmadığı soruşulub. “Xeyr”, - deyə amerikalı lider cavab verib. “Biz sülhə nail olmaq istəyirik. Bu, çoxdan baş verməli idi. Biz buna hər nə yolla olur-olsun son qoymağa çalışırıq”, - o bildirib.
Trampdan həmçinin soruşublar ki, əgər Ukrayna prezidenti Vladimir Zelenski Vaşinqtonun təklif etdiyi planı qəbul etməsə, ABŞ hansı mövqe tutacaq. “O zaman o, əlindən gəldiyi qədər mübarizə aparmağa davam edə bilər”, - deyə ABŞ administrasiyasının rəhbəri qeyd edib.
Qərb KİV-lərinin məlumatına görə, plana əsasən, ABŞ və digər ölkələr Rusiyanın Krım, Donbas və Ukraynanın imtina etməli olacağı digər ərazilər üzərində suverenliyini tanımalıdır. Əvəzində Kiyev ABŞ və Avropadan təhlükəsizlik təminatları alacaq. Ukrayna qüvvələrinin çıxarılacağı bölgələrdə demilitarizasiya zonası yaradılması nəzərdə tutulur.
“Axios” portalının amerikalı rəsmiyə istinadən xəbər verdiyinə görə, Xerson və Zaporojye vilayətlərindəki təmas xətti dondurulacaq və Rusiya Ukraynaya bəzi rayonları qaytarmağa məcbur olacaq. Ukrayna ordusu xeyli kiçildiləcək və uzaqmənzilli silahlardan məhrum ediləcək. Ölkə ərazisində xarici qoşunların yerləşdirilməsinə qadağa qoyulacaq və rus dilinə dövlət dili statusu veriləcək. “Bloomberg” isə yazır ki, ABŞ-ın yeni planı Rusiyaya qarşı sanksiyaların ləğvini də nəzərdə tutur.
E. KAMAL
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://reyting.az
archiveBu xəbər 23 Noyabr 2025 00:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see264

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see176

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see174

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see170

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see168

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see167

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see166

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see166

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see166

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see165

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see164

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see164

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see163

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see162

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see162

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see161

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see161

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see159

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see157

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri