Icma.az
close
up
RU
Trampın Ukraynanı xilas planı ŞOK DETALLAR

Trampın Ukraynanı xilas planı ŞOK DETALLAR

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ-Rusiya arasındakı danışıqlar prosesi yaxın gələcəkdə Kiyevlə Moskvanın atəşkəs razılaşmasının əldə olunacağını istisna etmir. Belə bir bəyanatla, həm ABŞ prezidenti Donald Tramp, həm də Fransa prezidenti Emmanuel Makron çıxış edib. Buna baxmayaraq həm Qərb, həm də Rusiya tərəfi atəşkəs razılaşmasının əldə edilməsinə çox ehtiyatlı yanaşır. Çünki atəşkəsin əldə olunması tərəflərdən kompromislər tələb edir. 

Tərəflər, xüsusən də Moskva atəşkəsin əldə olunmasında hansı güzəştlərə gedəcək? Əldə ediləcək atəşkəs razılaşması nə qədər etibarlı və uzunömürlü olacaq? Münaqişənin tənzimlənməsi uğurlu sülh sazişinin imzalanması ilə yekunlaşa biləcəkmi? Ümumiyyətlə, bütün bu kimi açıq qalan suallar hazırda təkcə Avropa ölkələrini deyil, eyni zamanda danışıqlar missiyasını üzərinə götürüb həyata keçirən Ağ Evi də ciddi narahat edir. Bunu ABŞ dövlət katibi Marko Rubio da verdiyi bəyanatlarda birbaşa və dolayı yolla etiraf edir. 

Rubio ilk Ağ Ev-Moskva danışıqlarını nəbz yoxlaması kimi dəyərləndirib və Kremlin Ukrayna müharibəsinin bitməsində nə qədər maraqlı olduğunu və hansı güzəştlərə getməsini müəyyən edilməsi kimi dəyərləndirib. O, “Breitbart News”a müsahibəsində deyib ki, Rusiyanın müharibəni bitirməsi, atəşkəsin əldə olunmasında hansı güzəştlərə gedə bilməsi gələcək danışıqların əsas mövzusu olmalıdır.   Təbii ki, Ağ Ev atəşkəsin və etimada əsaslanan dayanıqlı sülhün əldə olunmasında Moskva ilə yanaşı, Kiyevin də güzəştlərə getməsi nəticəsində mümkün olacağı qənaətindədir. O baxımdan Ağ Ev davamlı olaraq Kiyevi ərazilərinin müəyyən qisminin itkisi ilə hesablaşmaq barədə mesajlar verir. 
Hazırda danışıqlar Ağ Evlə Moskva arasında keçirilsə də, Avropa və Kiyev də danışıqların bərbarəhüquqlu tərəfi qismində çıxış etməyə çalışır. 

Mövcud şəraitdə Avropa və Kiyevin danışıqlarda iştirakının təmin olunması daha çox Ağ Evdən asılıdır.  Ağ Evin isə Avropa və Kiyevi danışıqlar masasında iştirakını təmin etmək üçün şərtləri var.

Şərtlər isə aşağıdakılardır:

- Atəşkəs əldə olunduqdan sonra Ukraynanın yenidən bərpa olunaraq iqtisadiyyatının ayağa qaldırılmasında, müdəfiə və təhlükəsizliyinin təmin olunmasında əsas yükü Avropa üzərinə götürməlidir.
- Kiyev ərazi itikisində güzəştə getməklə yanaşı, Ağ Evin şərtlərinə uyğun şəkildə ABŞ ilə nadir qiymətli metalların və mineralların işlənməsinə dair müqaviləni imzalamalıdır. 
- Lazım gəldikdə Avropa Kiyevə təzyiq edərək güzəştlərə getməyə və şərtlərin qəbul olunmasına sövq etməlidir. 

Lakin Avropa və Kiyev də Ağ Evə təzyiqlər edərək öz şərtlərinin təmin olunması daxilində danışıqlarda iştirak etmək istəyir. 

Digər bir arqument ondan ibarətdir ki, Ağ Ev Avropa və Kiyevin bu təzyiqlərindən faydalanıb Moskvanı danışıqlarda güzəştlər əldə etmək istəyir. 

Baxmayaraq ki, Moskva da müəyyən güzəştlər daxilində atəşkəsin əldə olunmasında maraqlıdır. Çünki aktiv müharibə fazası hər günü Moskvaya çox baha başa gəlir. 
Aktiv hərbi əməliyyatlarının davam etməsi, Rusiyanın təkcə canlı qüvvə, hərbi texnika, silah-sursat baxımdan deyil, eyni zamanda iqtisadi çöküşü, yüz milyonlarla maliyyə itkisi deməkdir. Ukraynanın davamlı PUA hücumları Rusiya infrastrukturuna ciddi ziyan vurmaqla, ölkənin gündəlik həyatına çox pis mənfi təsir göstərir. Bu və digər amillərlərlə paralel olaraq beynəlxalq sərt sanksiyaları da Rusiyanı daha da ciddi böhrana sürükləyir. Qərbin daha genişmiqyaslı təsiredici ciddi sanksiyaları Rusiyanı müttəqfilərindən təcridə aparır. Proseslərin belə davam etməsi isə Moskvanın heç də xeyrinə deyil.  Kremldəkilər də hesab edir ki, belə vəziyyət uzun çəkə bilməz və bu Rusiyada gözlənilməz ciddi fəsadlara yol aça bilər. Moskva özünü üzdə danışıqlarda psixoloji cəhətdə qalib kimi göstərməyə çalışsa da, danışıqlara daha çox ehtiyac duyan tərəfdir. Ona görə də bu danışıqlara üzləşdiyi çıxılmaz labirintdən bir növ nicat kimi baxır. Sadəcə bunu büruzə vermir. 

Çünki Moskva danışıqlarda Ağ Evin strategiyasını tam başa düşmədiklərindən bunu tələ hesab edir. Kreml Ağ Evin avropalı müttəfiqləri və Kiyevlə ziddiyətli mövqe sərgiləməsini sonadək anlaya bilmir. 
Kreml hesab edir ki, Ağ Evin Kiyevə təzyiq edərək nadir qiymətli metalların işlənməsi ilə bağlı məlum 300-400 milyard dollarlıq müqaviləsinin arxasında bir tələ ssenarisi var. Ağ Evin belə bir müqavilənin tez bir zamanda imzlanması üçün Kiyevə ciddi təzyiqlər etməsi, Kremlin tələyə düşmə şübhələrini daha da artırır. Çox böyük ehtimalla Moskva Ağ Evin bu investisiya müqaviləsi adı altında Ukraynanın gələcək təhlükəsizliyini təmin etmək üçün hüquqi zəmin yaratmasını düşünür. Hesab edirlər ki, Vaşinqton bu taktika ilə Ukraynanı Rusiya təhdidindən müdafiə etmək istəyir. Ona görə də Ağ Evin Ukrayna məsələsində istər avropalı müttəfiqləri, istərsə də rəsmi Kiyevlə sərgilədiyi qeyri-standart mövqe Kremli çaşdırdığından proseslərə ehtiyatla yanaşır. 

Kremli narahat edən digər məqam isə ondan ibarətdir ki, atəşkəs razılaşmasından sonra Rusiyaya tətbiq edilən sanksiyaların aradan qalxmayacağı ilə bağlıdır. 

Növbəti bir məsələ isə atəşkəsdən sonra Ağ Evin Moskvanın Tehran və Pekin kimi əsas tərəfdaşlarına qarşı planlarını həyata keçirməklə Rusiyanı daha çıxılmaz vəziyyətə salmaq deməkdir. Yəni Çin və İranın başını öz məsələlərinə qatıb diqqəti Rusiyadan ayırmaqla Qərbin şərtlərini diqtə etmək üçün Moskvaya daha effektiv təzyiqini təmin etməkdir.

Bütün bu və digər məsələlər Kremli narahat edir və bunu da açıq şəkildə dilə gətirir.  

Ağ Ev bu yolla həm Ukrayna problemini həll etmək, həm də dünya hegomonluğunu təmin etmək istəyir. 

Tramp administrasiyası buna nə qədər nail olacaq, bunu zaman göstərəcək.

Mürtəza Bünyadlı
Ölkə.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://olke.az
archiveBu xəbər 25 Fevral 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see268

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see251

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see226

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see225

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see222

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see208

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see207

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see204

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see197

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see197

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see196

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see186

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see179

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see178

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see178

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see173

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see166

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see162

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri