Icma.az
close
up
RU
Piyada ölümlərinin artmasının əsl səbəbi

Piyada ölümlərinin artmasının əsl səbəbi

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

DYP insanları öz həyatını təhlükə altına atmamağa çağırır; ekspert: “Piyada keçidinə 100-150 metr qalmış xəbərdarlıqedici nişanlar...”
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib. Müraciətdə deyilir: “Yollarda müşahidə olunan ən təhlükəli hallardan biri piyadaların yol hərəkəti qaydalarına laqeyd yanaşmasıdır. Bəzən insanlar yaxınlıqda yeraltı və ya yerüstü piyada keçidi olduğu halda, sədləri aşaraq və ya yolun hərəkət hissəsinə çıxaraq öz həyatlarını təhlükəyə atırlar. Bir anlıq tələskənlik, diqqətsizlik və ya səhlənkarlıq bir çox hallarda faciəvi nəticə ilə bitir.
Aparılmış araşdırmalar göstərir ki, piyada vurulması ilə nəticələnən hadisələrin 90 faizdən çoxu məhz piyada keçidlərindən kənarda baş verir. Bu fakt bir daha göstərir ki, qaydalara əməl etmək, sadəcə, tövsiyə deyil, həyatın qorunması üçün zəruri şərtdir. Unutmaq olmaz ki, əgər piyadanın qayda pozuntusu törətməsi nəticəsində yol-nəqliyyat hadisəsi baş verərsə və bu hadisə insanın xəsarət almasına və ya ölümünə səbəb olarsa, bu artıq cinayət məsuliyyəti yaradır.
Beləliklə, DYP-nin də yaydığı müraciətdən məlum olur ki, piyada vurulması ilə nəticələnən hadisələrin 90 faizdən çoxu məhz piyada keçidlərindən kənarda baş verir. 
Bəs vətəndaşların piyada keçidlərindən az istifadə etməsinin səbəbi nədir - uzaqda olması, yoxsa keçidlərin sayı azdır?
Nəqliyyat eksperti Eldəniz Cəfərov mövzu ilə bağlı danışıb. Ekspert qeyd edib ki, bu gün piyada keçidlərinin bir qismi piyadalar üçün nəinki əlverişli, hətta təhlükəli yerlərdə təşkil olunub: “Məsələn, qəfil döngələrdə, eniş və yoxuşlarda eyni səviyyəli piyada keçidlərinin salındığını müşahidə edirik. Bundan başqa, bəzən piyada keçidinə 100-150 metr qalmış xəbərdarlıqedici nişanlar, yaxud sürətin azaldılmasını tələb edən göstəricilər yerləşdirilmir. Halbuki belə nişanlar zəruridir. Məsələn, piyada keçidinə 150 metr qalmış həm xəbərdarlıq nişanı, həm də sürətin minimuma endirilməsini bildirən göstərici olmalıdır. Əgər şəhər mühitində avtomobillər saatda 60 km sürətlə hərəkət edirsə, keçidə yaxın məsafədə bu sürətin 30 km-ə qədər azaldılmasını bildirən nişan mütləq qoyulmalıdır. Çünki sürücü piyada keçidinə qəfil çatarsa, nə qədər tormozlasa da, toqquşma ehtimalı yüksək olur və bu, çox zaman faciə ilə nəticələnir”.
Ekspert qeyd edib ki, piyadalar arasında da yolkeçmə mədəniyyəti ilə bağlı ciddi problemlər var: “Bəziləri yolu istədiyi yerdən keçir, bəziləri çarpaz istiqamətdə, digərləri isə velosiped və ya skuter üzərində hərəkət edərək yolu keçir. Bu, məsuliyyətsizlikdir. Çox təəssüf ki, bir çox sürücülər də qaydaları ya tam, ya da qismən bilirlər. Qismən ona görə ki, bəzi sürücülər, ümumiyyətlə, yol hərəkəti qaydalarının bir çoxundan xəbərsizdir, qanunları bilmir, sürmə bacarıqları zəifdir. Amma elə sürücülər də var ki, kurslarda təhsil alıb qaydaları öyrənir və ona əməl edir. Piyadalar isə bu bilikləri heç yerdə almır. Bəs onları kim öyrətməlidir? Orta məktəblərdə yol hərəkəti qaydalarını izah edən ayrıca bir fənn yoxdur. Bəzən müəyyən fənlərin çərçivəsində bu barədə qısaca danışılır, lakin bu kifayət deyil. Əgər orta məktəb proqramında "Yol hərəkəti təhlükəsizliyi" adlı konkret fənn olsa və həftədə heç olmasa bir saat bu mövzuda dərs keçirilsə, insanlar yolda davranış qaydalarını öyrənər, nəticədə bu qədər ağır xəsarətlər və faciələr baş verməzdi.
Əslində hər bir insan evindən çıxandan sonra onun hərəkəti “Yol hərəkəti haqqında” Qanunla tənzimlənir - bu, həm sürücülərə, həm də piyadalara aiddir. Bəzən piyadalar bunun fərqinə varmır, lakin qanun hər iki tərəfə bərabər şəkildə şamil olunur. Deməli, orta məktəblərdə bu mövzuya ciddi yanaşmaq və ayrıca fənn kimi tədris etmək vacibdir".
Eldəniz Cəfərov həmçinin vurğulayıb ki, piyadaların keçidlərdən istifadə etməməsinin müxtəlif səbəbləri var: “Bəziləri məsuliyyətsizlik və səhlənkarlıq ucbatından keçiddən keçmir, istədiyi yerdən yolu keçir, bəziləri isə gecə saatlarında, hətta 8 zolaqlı magistral yollarda belə keçməyə cəhd göstərir. Bu cür hallarda həm özlərini, həm də sürücüləri təhlükəyə atırlar. Digər tərəfdən, elə piyadalar da var ki, keçidi əlverişli hesab etmədikləri üçün istifadə etmirlər. Məsələn, yeraltı keçid ticarət məntəqəsinə çevrilib, ora daxil olmaq çətindir, yaxud texniki problemlər var. Yaşlı, xəstə və ya əlil insanlar üçün yeraltı keçidlərdən istifadə etmək, enmək və qalxmaq çox çətin olur. Eyni zamanda yerüstü keçidlər də ahıl insanlar üçün fiziki baxımdan əlverişli sayılmır”.
Ekspertin fikrincə, bu səbəbdən yerüstü keçidlər əsas yox, alternativ vasitə kimi nəzərdə tutulmalıdır: “Yollarda isə əsasən eyni səviyyəli, təhlükəsiz, işıqlanmış və düzgün nişanlanmış piyada keçidləri təşkil edilməlidir. Əlavə olaraq, alternativ variant kimi həm yeraltı, həm də yerüstü keçidlər də mövcud ola bilər. Beləcə, həm piyadaların, həm də sürücülərin təhlükəsizliyi təmin edilər”.(yenimusavat)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:270
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 24 Oktyabr 2025 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see556

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see480

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see437

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see303

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see299

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see295

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see288

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see283

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see276

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see266

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see252

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see244

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see235

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see223

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see220

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see197

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see189

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see184

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see181

Mətanət A işçilərin maaşının bir hissəsini depozit saxlayırmış

01 Noyabr 2026 11:14see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri