Icma.az
close
up
RU
Luvr soyğunu: Oğurlanan zinət əşyalarının aqibəti necə olacaq?

Luvr soyğunu: Oğurlanan zinət əşyalarının aqibəti necə olacaq?

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


Parisdəki Luvr Muzeyində baş verən son soyğunçuluq hadisəsi incəsənət dünyasında ciddi narahatlığa səbəb olub. Lakin belə hadisələr tarixdə əvvəllər də yaşanıb. Bu tip sensasion soyğunları adətən, kimlər törədir? Oğurlanan əsərlərin aqibəti necə olur?

Qeyd edək ki, oktyabrın 19-da Luvr Muzeyindən oğurlanan əşyalar arasında III Napoleon dövrünə aid qiymətli taclar, broşlar və boyunbağılar var. Kral ailəsinə məxsus zinət əşyalarının izinə hələ düşülməyib. Bu hadisə sənət dünyasında şok yaratmaqla yanaşı, tarixdəki oxşar böyük soyğunları da yenidən gündəmə gətirib.

Bakupost.az müxtəlif ölkələrdə muzey qarətləri ilə bağlı bəzi faktları təqdim edir:

Muzey qarətlərinin ortaq cəhəti - Zinət əşyalarının oğurluğu

2019-cu il noyabrın 25-də iki maskalı şəxs Drezdendəki Rezidens Sarayına daxil olub. Onlar “Yaşıl Qübbə” (Grünes Gewölbe) adlı zinət kolleksiyasının vitrinlərini baltayla sındıraraq 21 hissədən ibarət bir dəsti oğurlayıblar. Əsərlər təxminən 4,300 almaz və brilliant daşından ibarət idi. Onların ümumi dəyəri 116 milyon avrondan çox qiymətləndirilirdi.

Soyğunun arxasında Berlin yaşayan ərəblərin dayandığı məlum oldu. Bu ailə əvvəllər də böyük rezonans doğuran soyğunlarla gündəmə gəlmişdi. 2022-ci ildə bəzi əşyalar ələ keçirilsə də, zinət əşyalarının böyük hissəsi hələ də tapılmayıb.

İki il əvvəl isə martın 1-də gecə Berlin Bode Muzeyinə girən oğrular 100 kiloqramlıq “Big Maple Leaf” saf qızıl sikkəsini oğurlayıblar. Sikkənin o vaxtkı dəyəri 3,75 milyon avro idi. Hazırkı qiymətlərlə bu rəqəm təxminən 12 milyon avro təşkil edir. Oğuruq hadisənin üstü açılmayıb. Sikkənin çoxdan əridildiyi təxmin edilir.

Mütəxəssislər deyir ki, 18-ci əsrin xüsusi kəsim texnikaları ilə hazırlanmış tarixi zinət əşyaları yüksək maddi dəyərə sahibdir. Beynəlxalq cinayət şəbəkələri getdikcə belə qiymətli əşyalara yönəlir. Rəsmləri, qrafikləri və ya klassik sənət əsərlərini oğurlamaq asandır, lakin satmaq çox çətindir. Bu əsərlər qeydiyyatda olur və məşhurdur. Amma qızıl, qiymətli daşlar, sikkələrlə bağlı vəziyyət başqadır. Bunları satmaq rəsm əsərlərinə nisbətən daha asandır. Bu əşyalar əridilə və ya parçalana bilər. Bu, mədəni irs üçün faciə olsa da, cinayətkarlar üçün asan qazanc deməkdir. Buna görə də Avropada zinət və qızıl kimi əşyalar daha çox hədəf olur.

“Interpol”un hesablamalarına görə, hər il bir neçə milyard dollarlıq sənət əsəri oğurlanır. Bunların yalnız təxminən 10%-i yenidən tapılır.

Luvrdakı son soyğun hadisəsi bir daha göstərdi ki, sənət yalnız gözəl deyil, həm də kövrəkdir. Mədəni sərvətlər üçün “qara bazar” heç vaxt olmadığı qədər cazibədar və aktivdir.

Cavid, BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 24 Oktyabr 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri