Icma.az
close
up
RU
Trampın və Putinin müharibə strategiyası dünyanı hara aparır?

Trampın və Putinin müharibə strategiyası dünyanı hara aparır?

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“İsrail-Fələstin müharibəsi dünyanın şahidi olduğu ənənəvi müharibə və münaqişələrdən mahiyyət etibarı ilə fərqlidir. İsrail - Fələstin müharibəsi həm də ideoloji müharibədir. Yəhudilər müqəddəs kitabları Tövrata əsaslanaraq bu torpaqların onlara guya Tanrı tərəfindən vəd olunmuş ərazi olduğunu iddia edirlər və Qəzzanın onların haqqı olduğunu bildirirlər. Fələstinlilər isə öz ata - baba torpaqlarında beynəlxalq hüquqa əsaslanaraq öz dövlətlərini qurmaq arzusundadırlar”.

Bunu Moderator.az-a açıqlamasında politoloq Bakir Həsənbəyli deyib.

Onun sözlərinə görə, Trampın Qəzzada nəzarəti ələ keçirməsi və fələstinlilərin köçürülməsi iddiası isə bu dünyanın lider problemi yaşamasının əyani göstəricisidir:

“ABŞ prezidentinin seçkiöncəsi verdiyi "münaqişəsiz və müharibəsiz dünya" pribsipinidən nəinki imtinası, hətta özünün Qrenlandiya, Kanada iddiası, Meksika və Çinə iqtisadi müharibə elanı, İsrailə hətta Bayden hökumətinin qadağan etdiyi silahların verilməsi, əlavə 1 milyard dollarlıq silah satışı üçün Konqresə müraciəti, Ukrayna-Rusiya müharibəsi ilə bağlı "1 saatlıq müddət"in 6 aya və ya 100 günə qədər uzadılması məsələləri Trampın təbliğat və təşviqat dönəmindəki vədləri ilə bağlı konkret planını olmadığı qənaətini yaratdı. Konkret Qəzza ilə bağlı məsələlərə gəldikdə isə qəzzalıların Misir və İordaniyaya köçürülməsi təklifi də digər məsələlər  kimi konkret konsepsiyaya əsaslanmadığı üçün nə siyasi, nə iqtisadi, nə də hüquqi əsası yoxdur. Tramp Netanyahu ilə birlikdə keçirdiyi mətbuat konfransında səsləndirdiyi bu fikirdən cəmi 24 saat sonra Qəzzanın bərpasının ABŞ maliyyəsi ilə olmayacağını bildirdi. Əvvəla, Misir və İordaniya fələstinlilərin öz ölkələrində məskulaşması ilə bağlı Trampın təklifini dərhal rədd edən bəyanatlar verdilər. Hətta Tramp administrasiyası belə bu məsələdə vahid fikirdə deyillər. O, cümlədən Trampın iqtisadi imkanlarından yararlanmaq istədiyi Səudiyyə Ərəbistanı və Avropa Birliyi ölkələrinin liderləri də bu təklifi beynəlxalq aləmdə qəbul edilməyəcəyi haqqında fikirlərini bildirdilər. HƏMAS-ın isə bu məsələdə prinsipial mövqeyi var - Qəzza qəzzalılarındır. Düzdür bu daha geniş mövzudur. Çünki burada HƏMAS-ın siyasi-iqtisadi və ideoloji maraqları var. Əslində Trampın hərəkətləri bütün hakimiyyəti dönəmində avtoritarizmin çiçəklənməsinə xidmət edən Putin üçün əlverişli mühit yaradır”.

Politoloq əlavə edib ki, Trampın işğal planları Putinə son 3 ildən bəri törətdiyi müharibə cinayətlərinə haqq qazandırmaq imkanı verir:

“Sözsüz ki, bu dünya üçün təhlükəli tendensiyadır. Putinin müharibənin dayandırılmasına münasibəti isə birmənalı deyil. Əvvəla Putin daha çox dondurulmuş münaqişə vəziyyətinə üstünlük verir. Bu vəziyyət zaman-zaman təqyiq imkanları yaradır. Buna Qarabağın 30 ildən çox işğalı dönmində Rusiyanın regiondakı oyunlarını göstərmək olar. Lakin müharibənin davam etməsi də Rusiya üçün keçərli deyil. Çünki Rusiya 15 sanksiya paketinin iqtisadiyyatına vurduğu ziyan konteksdində müharibəyə hər gün 330 milyon dollar vəsait xərcləyir. İqtisadiyyatını hərbi sənaye kompleksi üzərində formalaşdıran Rusiya üçün ən optimal variant atəşkəsin elan olunması, münaqişənin qeyri-müəyyən vaxta qədər dondurulmasıdır. Rusiyanın təkliflərindən biri də işğal etdiyi ərazilərin onun nəzarətində qalmasıdır. Müharibənin dondurulması hərbi və iqtisadi cəhətdən hər iki tərəf üçün məqbul variant hesab olunsa da, lakin bu nə vaxtsa yeni müharibə üçün əsas olacaq. Çünki Rusiya işğal etdiyi ərazilərin ona aid olduğunu iddia edərək öz konstitusiyasına salıb, həmin ərazilər zatən əvvəldən Ukraynanın olduğu üçün onun da ana qanununda öz əksini tapıb. Hüquqi problemin bu formalı həlli yəqin ki, yaxın gələcəkdə mümkün olmayacaq. Nəticə etibarı ilə Rusiya-Ukrayna müharibəsi  qeyri-müəyyən müddətə dondurulsa, belə nəticə yenidən növbəti müharibəni tətikləyəcək”.

Mehin Mehmanqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Fevral 2025 20:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri