Prospektdə maşınların arasından qəfil çıxan qadın motosikletə çırpıldı ANBAAN VİDEO
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Paytaxtın Babək prospektində piyadanın vurulma anı kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə səhər saatlarında qeydə alınıb. Belə ki, yolu təyin olunmamış yerdən keçən piyada hərəkətdə olan motosikletə çırpılıb. Kadrdan da göründüyü kimi, maşınların arasından keçən qadın motosikletə diqqət yetirmədən hərəkətinə davam edib. Bu zaman qarşısına çıxan piyadanı anidən görən sürücü nəqliyyat vasitəsini saxlaya bilməyib və onu vurub.
Zərbənin təsirindən qadın yerə yıxılıb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Yaxınlıqda olan vətəndaşlar dərhal yaxınlaşaraq ona yardım göstəriblər.
Videoda hadisə yerindən cəmi bir neçə metr aralıda yerüstü piyada keçidinin olduğu aydın şəkildə görünür. Lakin bəzi piyadalar onların rahat və təhlükəsiz şəkildə yolu keçməsi üçün nəzərdə tutulan keçiddən istifadə etmir. Nəticədə həm özlərini, həm də sürücüləri təhlükə ilə üz-üzə qoyurlar.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 15 Oktyabr 2025 19:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















