Trampın yaxın tərəfdarını kim qətlə yetirdi? Qara köynək, şapka və gün eynəyində sirli şəxs...
Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ-da Prezident Donald Trampın yaxın tərəfdarı, tanınmış mühafizəkar aktivist Çarli Kirk sui-qəsd nəticəsində öldürülüb. Hadisə sentyabrın 10-da Yuta ştatının Orem şəhərində, Utah Valley Universitetinin kampusunda baş verib. 31 yaşlı Kirk boynundan güllə yarası alaraq dünyasını dəyişib.
Federal Təhqiqat Bürosu “maraqlı şəxs” kimi qara köynək, şapka və gün eynəyi taxmış kişinin fotolarını yayıb. Onun birbaşa qatil olub-olmadığı hələlik təsdiqlənmir. İstintaqa görə, hadisədə istifadə edilən tüfəng tapılıb, şübhəlinin isə yaşlı bir şəxs olduğu bildirilir.
Çarli Kirk ABŞ-da geniş tanınan “The Charlie Kirk Show” podkast və radio proqramının aparıcısı, həmçinin Respublikaçılar Partiyasının gənclər arasında dəstəyini artıran əsas fiqurlardan idi. Tramp onu “yaxın müttəfiq” adlandıraraq qətli “dəhşətli cinayət” kimi qiymətləndirib. O, Kirkə ölümündən sonra Prezidentin “Azadlıq medalı”nın veriləcəyini açıqlayıb.
Rəsmilərin məlumatına görə, silahlı şəxs tədbirdən əvvəl kampusa daxil olub, damdan atəş açıb və daha sonra qaçaraq izini itirib. Tədbirdə təxminən 3 min nəfər iştirak edirdi. Hücumçunun axtarışları davam edir.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 12 Sentyabr 2025 11:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















