Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Trampın yeni baxışı gözləntilər və sabit Azərbaycan modeli

Trampın yeni baxışı gözləntilər və sabit Azərbaycan modeli

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Keçmişin tənqidi nikbin gələcək gətirəcəkmi?

ABŞ Prezidenti Donald Tramp Yaxın Şərq turnesi çərçivəsində Səudiyyə Ərəbistanına səfəri zamanı bildirdikləri fikirləri ilə bir çox mətləblərdən söz açdı. Əslində, Birləşmiş Ştatların dövlət başçısının mövqeyində hansısa fövqəladəlik yoxdur. Onun dilə gətirdiklərini proqnozlaşdırmaq mümkün idi. Amma...

Başlıca məqam budur ki, Trampın timsalında ABŞ Yaxın Şərqdəki rolu və məqsədlərinə dair, bütövlükdə isə dünyaya baxışını əhatəli şəkildə diqqətə çatdırdı. Yəni, yenilik məhz bu baxışın ifadə olunmasındadır və mövcud məqam bir necə cəhətdən xarakterik sayıla bilər. Yazımızda məsələyə diqqət yetirəcək, eyni zamanda, üzərində dayandığımız mövzunun Azərbaycanla əlaqəli hissələrinə toxunacağıq.

Beləliklə, D.Tramp ABŞ-ın əvvəlki administrasiyalarını Yaxın Şərqdəki hərbi müdaxilələrə görə kəskin tənqid atəşinə tutub və “sabiqləri” dağıdıcılıqda ittiham edib. Aydındır ki, Birləşmiş Ştatların lideri ölkəsinin Əfqanıstana, İraqa və Suriyaya hərbi müdaxilələrini nəzərdə tutub. Hələ digər ölkələr də var. Onların hamısının adını çəkmirik. Çünki müdaxilələr eyni təbiətə malikdir. Məsələn, ABŞ 2003-cü ildə İraqda kimyəvi silah axtarırdı. Həmin vaxt dünya mediası bu barədə ajiotaj qaldırmış, İraq lideri Səddam Hüseynin despot obrazını canlandırmışdı. Elə fon yaradılmışdı ki, sanki, belə bir şəxsin mövcudluğu dünya üçün qlobal fəlakət vəd edir.

Nəticə etibarilə, ABŞ “beynəlmiləl missiya” yerinə yetirərək, guya, tiranı zərərsizləşdirdi (Səddam Hüseyni devirdi – red.), dünyanı onun əlindən aldı, məhvdən qurtardı. Bəs sonra nə baş verdi?

Məlum oldu ki, İraqda nəinki kimyəvi, heç bir kütləvi qırğın silahı olmayıb. Maraqlıdır ki, bunu da Birləşmiş Ştatların İraq intervensiyasının ilhamvericiləri olan media orqanları bəyan etdilər. Onlardan biri, hətta, yaydığı yanlış məlumata görə üzr də istədi. Dəhşətli mənzərədir, minlərlə dinc insan həyatını itirir, bir üzrlə hər şey yoluna qoyulur. Ancaq başqa dəhşətlər də var...

Bəli, İraq neft ölkəsidir, deməli, Birləşmiş Ştatların hərbi kampaniyasının məqsədi məlumdur, bu, öz yerində. Hazırda isə Trampın dəst-xətti Amerikanı ənənəvi kollektiv Qərb siyasəti kontekstindən uzaqlaşdırmağı rəhbər tutur. Tam aydındır ki, ikincinin təlqin etdiyi dəyərlərlə Ağ evin yeni sahibinin baxış bucağı arasında ciddi ziddiyyətlər var. Qərb aləmi uzun illərdir digər xalqlara insan haqları, söz azadlığı kimi demokratik dəyərləri gətirdiyini iddia edir. Bu kimi təqdimatların nəyə hesablandığını yaxşı bilirik.

Onu da bilirik ki, belə saxta yanaşmaların başlıca katalizatoru rolunda çıxış edən məhz ABŞ olub. Avropa, prinsip etibarilə, Vaşinqtonun direktivlərinin lobbiçiliyini aparıb və sabiq SSRİ-nin dağılması, “soyuq müharibə”nin bitməsindən sonra müşahidə edilən başlıca tendensiya budur. Hələ kollektiv Qərbin Birləşmiş Ştatların hakim rol oynadığı NATO seqmenti kimi güc aparatı da iş başında olub. “Yumşaq güc” alətləri də öz yerində.

“Yumşaq güc”dən söz düşmüşkən, D.Tramp Səudiyyədəki çıxışında neokonservatorları, liberal yönümlü QHT-ləri, ayrı-ayrı Qərb fondlarını kəskin şəkildə pisləyib və onları trilyonlarla dolları havaya sovurmaqda günahlandırıb. Axı həmin QHT-lər və fondlar idilər ki, Kabildə, Bağdadda və digər yerlərdə, guya, sabitlik yaradır, insanları xoşbəxt gələcəyə inandırırdılar. Nə etdikləri yaxşı məlumdur.

Əslində, məqsəd, obrazlı desək, beyinləri yumaq, ənənəvi dəyərləri sıradan çıxarmaqla insanları manqurtlaşdırmaq, kosmopolit dünya üçün heç bir milli hissləri olmayan biganə, siyasi manipulyasiyalara açıq şüursuz kütlə formalaşdırmaq idi. Əlbəttə, bu gedişata uymayanlar, öz yolunu tutanlar oldu. Qürurla deyə bilərik ki, Azərbaycan da onların sırasındadır və bu barədə söz açacağıq.

...D.Tramp hələ 2024-cü ildə, yəni ikinci dəfə Prezident seçilməzdən əvvəl ABŞ-ın xarici yardımı yalnız kredit şəklində və ya müəyyən şərtlərlə verməli olduğunu açıqlamışdı. O, “biz artıq heç bir ölkəyə qarşılıqsız pul verməməliyik” deyərək, bu yardımların Birləşmiş Ştatlara geri qaytarılmasının vacibliyini bildirmiş və ya müəyyən faydalar gətirməsini tələb etmişdi. 2025-ci ildə isə o, dövlət başçısı səlahiyyətlərinin icrasına başlayar-başlamaz “Executive Order 14169” (Birləşmiş Ştatların Xarici Yardımının Yenidən Qiymətləndirilməsi və Düzəldilməsi) adlı sərəncam imzalayaraq, ABŞ-ın xarici yardım proqramlarını 90 gün müddətinə dayandırdı. D.Tramp həmin proqramların bir çoxunu “bizə nifrət edən ölkələrə milyardlarla dollar vermək” kimi qiymətləndirərək, yardımlara son qoydu. O, ABŞ Beynəlxalq İnkişaf Agentliyi – USAID-i ləğv etdi, addımının hökumət israfçılığının qarşısını almaq və səmərəliliyi artırmaq məqsədi daşıdığını açıqladı.

Əlqərəz, D.Trampın hazırda da bildirdiyi budur ki, ABŞ əvvəlki siyasətindən daha istifadə etməyəcək, çünki səmərəsizdir. Ağ evin sahibi onu da deyib ki, Səudiyyə Ərəbistanının və Birləşmiş Ərəb Əmirliklərinin indiki uğurları bölgə xalqlarının sırf özlərinin nailiyyətidir və müsbət durumu heç bir halda Qərbin, o cümlədən ABŞ-ın xidməti kimi dəyərləndirmək olmaz.

Onu da bildirək ki, Tramp administrasiyası 2025-ci ildə ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və GAVI kimi qlobal sağlamlıq təşkilatlarına maliyyə dəstəyini də dayandırıb. Bu addımlar inkişaf etməkdə olan ölkələrdə peyvənd proqramlarının və digər sağlamlıq təşəbbüslərinin zəifləməsinə səbəb olub. Mütəxəssislər vəziyyətin qlobal səhiyyə sisteminə mənfi təsir göstərə biləcəyini və Birləşmiş Ştatların beynəlxalq nüfuzunu zəiflədəcəyini vurğulayırlar ki, mövcud məqamın Trampı bir o qədər düşündürdüyünü söyləmək mümkün deyil. Çünki onun başqa prioritetləri var.

Trampın Ər-Riyadda bildirdiklərindən gəlinən daha bir nəticə budur ki, ABŞ qarşıdakı müddətdə regional liderlərlə əməkdaşlığa, terrorizmlə mübarizəyə, habelə, qarşılıqlı iqtisadi maraq yaradacaq layihələrə köklənəcək. Bir sözlə, Vaşinqton Birləşmiş Ştatların əvvəlki administrasiyasının zamanında olduğu kimi, neoimperialist ovqatdan geri duracaq. Hesab edirik ki, bu məqam son dərəcə vacibdir. Çünki adını çəkdiyimiz USAID və digər qurumlar məhz imperialist maraqların təminatına girişmişdilər. Bu barədə bir çox məqamları vurğulamaq mümkündür. Onlardan yalnız birinin üzərində dayanaq. Həm də ona görə ki, ABŞ-da məsələni indinin özündə də gündəmə gətirənlər var. Söhbət Gürcüstanın Hesabatlılıq, Davamlılıq və Müstəqilliyini Qurmaq üçün Seçimlərini Səfərbər Etmək və Genişləndirmək Aktı (“Mobilizing and Enhancing Georgia’s Options for Building Accountability, Resilience, and Independence Act”) kimi adlandırılan “Megobari aktı”ndan gedir. O akt ki, ABŞ Konqresinin Nümayəndələr Palatasında ilk dəfə 2024-cü ilin mayında konqresmen Co Uilyams tərəfindən təqdim olunmuş, lakin qəbul edilməmişdi. Bu ilin yanvarında isə yenə həmin Uilyams həmkarları Stiven Koen, Riçard Hanson və Mark Vizi ilə birlikdə sənədi gündəmə gətirmişdi. Akt Konqresin müvafiq komitələrində müzakirəyə çıxarılmış, Senatın Xarici Əlaqələr Komitəsi qanun layihəsini martın 27-də nəzərdən keçirmişdi. Bu günlərdə isə Nümayəndələr Palatası layihəni yenidən müzakirəyə çıxarıb.

Gürcüstan hökumətinin etirazına səbəb olmuş sözügedən qanun layihəsinin 2025-ci ilin martında ABŞ Konqresinin saytında yer alan mətnində bildirilir ki, sənəd Gürcüstan Prezidentindən ölkənin təhlükəsizliyini və ya sabitliyini pozan müəyyən xarici şəxslərə, o cümlədən hökumət rəsmilərinə qarşı sanksiyaların tətbiqini tələb edir. Bir qədər ətraflı yanaşsaq, layihə, həmçinin Prezidentdən Gürcüstanın təhlükəsizliyini və sabitliyini pozmağa yönəlmiş hərəkətlərdə və ya siyasətdə iştirak edən istənilən xarici şəxsə qarşı viza məhdudiyyətinin (vizanın bloklanması) tətbiqini və dövlət başçısına həmin şəxsin əmlakını müsadirə səlahiyyəti verilməsini rəsmiləşdirməyə çağırır. Sənədə görə, sanksiya tətbiq olunan vəzifəli şəxslərin ailə üzvləri də (əgər onların hərəkətindən faydalanıblarsa) məhdudiyyətlərə məruz qalırlar. Ümumən, bu layihənin məramı və məqsədi Gürcüstanda Prezident üsul idarəsini möhkəmləndirməklə hakimiyyət ikitirəliyi yaratmağa, həmçinin ölkəni qlobal rəqabətə daxil etməyə hesablanıb ki, bunun və “Megobari aktı”nda nəzərədə tutulan digər məqamların yalnız bir adı var – daxili işlərə qarışmaq.

D.Tramp isə Səudiyyə Ərəbistanındakı çıxışında ölkəsinin indiyədək digər dövlətlərin daxili işlərinə müdaxiləsini tənqid etdi. Yeri gəlmişkən, ondan əvvəlki Bayden–Blinken administrasiyasının Azərbaycana münasibəti də tənqidə layiqdir. Ümumən, xarici donor təşkilatları, o cümlədən ABŞ-a məxsus USAID, Açıq Cəmiyyət İnstitutu – Soros Fondu, Avropa İttifaqının maliyyələşdirdiyi qurumlar və digər QHT-lər ölkəmizdə uzun illər fəaliyyət göstəriblər. Onlar vətəndaş cəmiyyətinin inkişafı, media azadlığı və jurnalistikaya dəstək, seçki islahatları və demokratik institutların təşviqi, təhsil və qadın hüquqları kimi layihələr gerçəkləşdiriblər. Ən əsası isə həmin sahələri dirçəltmək adı altında xalqımıza yad dəyərləri təlqin etməyə cəhd göstəriblər. Bu yönümlü layihələr, habelə, daxili siyasi proseslərə təsir göstərmək, müxalifət qüvvələrini maliyyələşdirmək, toplumda parçalanma yaratmaq, milli təhlükəsizlik üçün risk formalaşdırmaq məramına söykənib. Əlbəttə, sözügedən təsisatların başlıca hədəflərinin ölkəmizdə “rəngli inqilab” ssenarisi gerçəkləşdirmək olduğunu da yaxşı bilirik. Azərbaycan dövlətinin xalq-iqtidar vəhdəti sayəsində məhz belə mənfi təmayülləri yendiyini söyləyə bilərik. Buna görə qürurluyuq.

Sonda onu da bildirək ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi, xarici təsirlərə qarşı da düşünülmüş siyasi xətt gerçəkləşdirilib. Bu baxımdan qeyri-şəffaf maliyyə axınlarına qarşı ciddi nəzarət tədbirlərini vurğulamaq yerinə düşər. Əminliklə deyə bilərik ki, Azərbaycan dövlətinin daxili işlərimizə müdaxilələrə, suverenliyimizin əsaslarının zəiflədilməsinə qarşı mübarizə modelinin uğuru regionda da yüksək qiymətləndirilir. Qonşu və dost Gürcüstanın bu modelə üstünlük verməsi fikrimizin sübutudur.

Ən sonda bir məqamın da üzərində dayanaq. ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanında açıqladığı fikirlər Birləşmiş Ştatların yeni dünya quruculuğundakı mövqeyinin pozitiv çalarlarını vurğulayır və nikbinlik üçün əsas verir. Ancaq gedişat Trampın dediyi kimi olacaq? Yaxud onun dilə gətirdiklərinin hamısı reallığa çevriləcəkmi? Ən başlıcası, hazırkı mürəkkəb geosiyasi mühitdə Vaşinqtonun prioritetləri beynəlxalq miqyasda dinclik və əmin-amanlığın təmin olunması baxımından pozitiv mənzərə formalaşdıracaqmı? Hesab edirik ki, bütün bu kimi suallara cavab olmasa da, qarşıda hər şeyi göstərəcək əlahəzrət zaman var.

XQ-nin analitik qrupu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:264
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 May 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see725

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see552

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see498

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see358

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see288

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see268

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see245

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see240

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see238

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see237

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see224

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see224

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see220

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see198

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see198

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see194

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see186

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see185

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see175

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri