Icma.az
close
up
RU
Trampın tarifləri Azərbaycan üçün yeni fürsətlər yaradacaq AÇIQLAMA

Trampın tarifləri Azərbaycan üçün yeni fürsətlər yaradacaq AÇIQLAMA

Icma.az bildirir, Sfera.az portalına istinadən.

ABŞ Prezidenti Donald Trampın hakimiyyəti dövründə beynəlxalq ticarət münasibətlərində ciddi dəyişikliklər baş verib. Tramp administrasiyası bir sıra ölkələrə, xüsusilə də Çinə qarşı idxal məhsullarına yüksək gömrük rüsumları tətbiq etməklə “tarif müharibəsi” adlandırılan iqtisadi qarşıdurmanı artırıb.

ABŞ-nin yeni tarif siyasəti və bunun ardınca baş verən ticarət müharibələri Azərbaycan üçün hansı risklər yaradır və bu proseslərdən Azərbaycanın zərəri nə ola bilər?

Sfera.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli Azərbaycanın sadə iqtisadi modelinin olduğunu deyib. Onun sözlərinə görə, hazırda bizə təsir edən əsas amillərdən biri enerji daşıyıcılarının qiymətinin azalmasıdır:


“Neftin qiymətinin enməsi Azərbaycan iqtisadiyyatı üçün yeni çətinliklər yaradacaq. Düzdür, hazırda vəziyyət o qədər də təhlükəli deyil. Azərbaycan neftinin qiymətinə orta göstərici ilə yanaşmaq lazımdır. Məsələn, əgər dünən neftin qiyməti 65 dollara düşübsə, bu hələ ciddi təhlükənin yaranması demək deyil. Çünki ilin əvvəlindən bəri orta qiymət 75 dollardan yüksək olub. Buna görə də, hələlik iqtisadiyyatımız komfortlu zonadadır. Lakin orta və uzunmüddətli dövrdə vəziyyət dəyişə bilər. Neftin qiymətində uzunmüddətli enmə ehtimalı var. Xüsusilə də OPEC+ ölkələrinin hasilatın artırılması qərarı və ABŞ Prezidenti Donald Trampın tarif siyasəti bu prosesə təsir göstərib. Əgər neftin qiyməti uzun müddət 70 dollardan aşağı səviyyədə qalarsa, bu, Azərbaycan iqtisadiyyatı üçün ciddi risklər yaradacaq. Hökumət bu məsələni ciddiyə almalıdır”.

İqtisadçı hazırda yaranacaq problemləri sadəcə müşahidə etmək əvəzinə, vaxtında tədbir görməyin lazım olduğunu bildirib:

“Ölkədə sağlam iqtisadi mühit yaradılmalıdır. Bu gün hətta Orta Asiya ölkələrinə Azərbaycandan daha çox xarici investor cəlb olunur. Halbuki Azərbaycanın geniş imkanları var. Logistika, coğrafi mövqe, əhali üstünlüyü və s. Amma bu imkanlara baxmayaraq, xarici investorlar ölkəyə maraq göstərmir. Əgər investisiya gəlmirsə və istehsal sahələri yaradılmırsa, neftdən asılılıq davam edəcək və problemlər dərinləşəcək. İqtisadiyyatımızın təhlükəsizlik yastığı kimi Neft Fondu mövcuddur. Lakin dövlət xərcləri də artır. Torpaqlarımızın işğaldan azad edilməsi və suverenliyin bərpası böyük uğurdur. Ancaq Qarabağın yenidən qurulması üçün indiyədək 24 milyard manat xərclənib. Gələcəkdə isə əlavə 60–70 milyard manat tələb olunacaq. Əgər gəlirlər azalırsa, bu xərcləri necə kompensasiya edəcəyik? Təəssüf ki, hökumətin bu barədə ciddi düşündüyünü görmürəm. Sanki hələ də qlobal iqtisadi dəyişikliklərin müvəqqəti xarakter daşıdığını düşünürlər”.

Bununla yanaşı, N.Cəfərli hesab edir ki, hazırkı mərhələdə Azərbaycanın inkişafı üçün müəyyən fürsətlər də mövcuddur:

“Çünki böhranlar eyni zamanda yeni imkanlar da yaradır. Məsələn, ABŞ-nin Azərbaycana tətbiq etdiyi tariflər ən aşağı səviyyədədir. Bu, onu göstərir ki, istehsal artırılarsa, Amerika bazarına daha çox məhsul çıxarmaq mümkündür. Bu isə Azərbaycan üçün ciddi üstünlük ola bilər. Hökumət bu üstünlüklərdən istifadə etmək üçün ağıllı, səmərəli iqtisadi sistem qurmalıdır. Mövcud primitiv iqtisadi model isə ölkənin davamlı inkişafını təmin edə bilməz”.

Fidan Hacızadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://sfera.az
archiveBu xəbər 08 Aprel 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see255

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see203

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see181

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see179

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see174

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see168

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see166

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see158

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see154

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see152

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see147

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see147

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see147

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see146

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see144

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri