Trampın yeni planı Xarici liderlər andiçmə mərasiminə çağırıldı
Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp 2025-ci il yanvarın 20-də keçiriləcək inauqurasiya mərasiminə xarici liderləri dəvət edib.
Milli.Az CNN-ə istinadən xəbər verir ki, dəvət olunanlar arasında Salvador prezidenti Nayib Bukele, İtaliyanın baş naziri Giorgia Meloni və Argentina prezidenti Xavyer Mayli də yer alır. Çin lideri Si Cinpin də dəvət alsa da, mərasimdə iştirakdan imtina edib.
Ənənəyə əsasən, ABŞ prezidentlərinin andiçmə mərasimlərinə xarici liderlər dəvət olunmur. 1874-cü ildən bəri bu tədbirlərdə yalnız səfirlər və diplomatlar iştirak edir. Lakin Trampın adının açıqlanmasını istəməyən müşaviri bildirib ki, o, bu andiçməni qlobal miqyaslı hadisəyə çevirmək niyyətindədir.
CNN-in məlumatına görə, bəzi liderlər "qeyri-rəsmi kanallar" vasitəsilə və ya telefon danışığı zamanı mərasimə dəvət edilib.
Fidan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 14 Dekabr 2024 09:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















