Icma.az
close
up
RU
Trampla Putin arasında görüş Bakıda keçirilə bilər? (ŞƏRH)

Trampla Putin arasında görüş Bakıda keçirilə bilər? (ŞƏRH)

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Putin Trampla görüş üçün yəqin ki, Bakı və ya Astana şəhərlərindən birinin üstündə dayanacaq”. 

Qaynarinfo-ya açıqlamasında bunu Milli Məclisin deputatı Arzuxan Əlizadə Trampla Putin arasında ehtimal edilən görüşün Bakıda baş tutması ehtimalını şərh edərkən deyib: 

"Məlumdur ki, Trampla Putin arasında görüşün keçiriləcəyilə bağlı razılaşma əldə olunub. Sadəcə, görüşün keçiriləcəyi vaxt və yerlə bağlı məsələ açıq qalır. Analitiklər mətbuatda keçiriləcək yer kimi daha çox 3 şəhərin adını hallandırırlar. Onlar belə bir görüşün Bakı, İstanbul və ya Astana şəhərlərində keçiriləcəyini proqnozlaşdırır. Eyni zamanda,  məsələdə Avropa ölkələrindən birinin adı da hallanır. Ancaq hesab edirəm ki, belə bir görüşün İstanbul, Bakı və ya Astana şəhərlərindən birində keçirilməsi ehtimalı daha yüksəkdir. Putinlə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin qərarı var”. 


Deputat qeyd edir ki, Putin həmin qərardan sonra, xaricə, xüsusən də Avropa ölkələrinə səfər etməkdən çəkinir:

"Bu müddət ərzində o sadəcə Çinə, Şimali Koreya və postsovet məkanındakı bəzi ölkələrə səfər edib. Uzun müddətdir, İstanbulda Ərdoğanla Putin arasında görüşün keçirilməsi gündəmdədir. Görüşlə bağlı məsələlər razılaşdırılsa da, hələ də bu görüş reallaşa bilmir. Putin İstanbula getmədi və görüş baş tutmadı. Bu baxımdan Tramp-Putin görüşü üçün daha çox Bakı və Astananın üzərində dayanıla biləcəyini düşünürəm. Putin tərəfindən görüş üçün bu iki şəhər daha məqbul hesab edilə bilər. Ona görə də Putin yəqin ki, görüş üçün Bakı və ya Astananı təkid edəcək. Trampın isə belə bir problemi yoxdur”. 

Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə mümkün qədər tez görüşmək istəyir.

Donald Trampın gələcək milli təhlükəsizlik müşaviri Mayk Vals isə "ABC News” telekanalına ABŞ-ın seçilmiş prezidenti və Rusiya lideri arasında telefon danışığının yaxın gələcəkdə baş tuta biləcəyini deyib.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov isə Moskvada keçirdiyi brifinqdə bildirib ki, bir neçə ölkə Moskvaya Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Trampın mümkün görüşü üçün öz məkanlarını təklif edib. O bildirib ki, görüş üçün üç neytral paytaxtın adı hallanır. Ancaq onların adlarını çəkməyib. Analitiklər isə belə bir görüş üçün 4 şəhərin adını çəkir. Bunlar Vyana, Bakı, İstanbul və Astana şəhərləridir. 

Rüfət Sultan

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:225
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 16 Yanvar 2025 22:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see936

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see395

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see347

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see335

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see312

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see305

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see267

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see265

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see246

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see217

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see216

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see212

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see211

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see205

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see204

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see203

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see202

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see188

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see183

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri