Icma.az
close
up
RU
Transfer bazarında durğunluq: Vəziyyət bu həddə necə çatdı?

Transfer bazarında durğunluq: Vəziyyət bu həddə necə çatdı?

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Klublar artıq birdəfəlik transferlər əvəzində icarə variantlarına üstünlük verirlər. Eyni zamanda, azad agentlərə yönəlmələr artıb. Yaşlı oyunçular üçün isə ümumiyyətlə böyük məbləğlər ödənmir.

Transfer dövrləri azarkeşlərin futbolda ən çox sevdiyi zaman kəsimidir. Üstəlik, son on ildə məbləğlər o qədər artıb ki, bu rəqabəti izləmək getdikcə daha maraqlı olur. Lakin son zamanlar İngiltərə klubları, ərəb milyarderlər və Səudiyyə Ərəbistanı klublarının "həddi aşması” UEFA, xüsusilə Premyer Liqa rəhbərliyinin maliyyə tənzimləmələrini sərtləşdirməsi ilə nəticələnib. Mütəxəssislər hesab edirlər ki, bu, yaxın gələcəkdə klubların transfer fəaliyyətində daha təmkinli davranmasına səbəb olacaq. Artıq indidən təsirlər hiss olunur. Bu qış transfer pəncərəsi zamanı böyük transferlər çox azdır. Gələcəkdə bunun davam edəcəyi gözlənilir.

Əsrin əvvəllərində futbol sənayesinə böyük maliyyə axını ilə transfer qiymətləri də artdı. Təməlini "Real Madrid”in qoyduğu irihəcmli oyunçu alışlarını daha sonra "Çelsi”, "Mançester Siti”, PSJ, Çin klubları və son olaraq Səudiyyə Ərəbistanı təmsilçiləri davam etdirdi. Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin (CIES) araşdırmasına görə, 2015-ci ildə transferlərə 5.88 milyard avro xərclənibsə, 2024-cü ildə bu rəqəm az qala iki dəfə çox - 10,98 milyard avro olub. Rekord 2023-cü ildə qeydə alınıb - 12,24 milyard avro.

Azarkeş və mütəxəssislərin bir çoxu rəqəmlərin şişirdildiyi qənaətindədir. Transfer bazarında şişirdilmiş rəqəmlər dedikdə isə ağla ilk olaraq Premyer Liqa gəlir. İngiltərə bazarı tam başqa bir dünyadır. Orada yarım mövsüm ortabab performans sərgiləyən hər hansı oyunçu üçün 50 milyon avronun ödənilməsi çoxdan adiləşib. İngiltərə klubları son on ildə transferlərə 23 milyard avro xərcləyiblər. Premyer Liqanın ən yaxın izləyicisi İtaliya A Seriyasında bu rəqəm on milyard avrodur. Bu, ingilislərin bazarda necə bir hegemonluq qurduğunun əyani göstəricisidir.

Yalnız pulu çox olanın qalib gəldiyi futbolda haqsız rəqabətin qarşısını almaq üçün UEFA maliyyə feyr-pleyi qaydalarının tətbiqinə başladı. Lakin bu qaydalar komandalara görə dəyişdiyi üçün ədalətin bərpası mümkün olmadı. Son illərdə milyardlar xərcləyən böyük klublar bu qaydalara ilişməsələr də, nisbətən kiçik komandalar cəzalarla üzləşdilər.

UEFA-nın tədbirlərinin işə yaramaması liqaların özlərinin tənzimləmələr həyata keçirməsini labüdləşdirib. İngiltərə Premyer Liqası rəhbərliyi xərclərin həddən artıq qalxması səbəbindən maliyyə feyr-pleyi qaydalarına oxşayan nizamlamalarla vəziyyəti yoluna qoymağa çalışır. Bu, UEFA-nın qaydalarından daha sərtdir, sərhədləri daha dar və konkretdir. Qaydalara görə, klublar hər il gəlir və zərərlərini açıqlamaq məcburiyyətindədirlər. Ümumilikdə üç il ərzində maliyyə itkiləri maksimim 105 milyon funt-sterlinq ola bilər.

Ən əsası, bu qaydalar yalnız kağız üzərində qalmır, tətbiqinə diqqət edilir. Məsələn, "Everton” zərərinin limitdən çox olması səbəbindən keçən mövsüm altı xalının silinməsi ilə üzləşmişdi. "Nottinqem Forest” transfer fəaliyyətindəki uyğunsuzluqlara görə dörd xalından olmuşdu. İndi də "Mançester Siti” və "Çelsi”  ittihamlarla üz-üzədir. Hər iki klubun son illərdə çox böyük məbləğlər xərcləməsi diqqətləri onlara yönəldib. Görünür, bu qaydalar transfer bazarında böyük dəyişikliklərə səbəb olacaq.

Son on ildə transferlərə ən çox pul xərcləyən on klubun altısı İngiltərə təmsilçiləridir. Lakin indi ingilis klubları əvvəlki qədər pul xərcləyə bilməyəcəklər. Bu isə ümumilikdə transfer bazarına təsir göstərəcək. Qaydaların sərt tətbiq olunmağa başlandığı 2023/24 mövsümündən etibarən xərclərdə azalma müşahidə olunur. Bu mövsüm iki milyarda yaxın maliyyə xərclənib. Üstəlik transfer əməliyyatlarının sayında da eniş var. Qış transfer pəncərəsi ümumiyyətlə sakit keçir. Xviça Kvaratsxeliyanın "Napoli”dən PSJ-yə, Omar Marmuşun "Ayntraxt”dan "Mançester Siti”yə keçidləri istisna olmaqla böyük ödənişli keçidlər, demək olar ki yoxdur. Bu gedişlə əvvəlki fantastik transfer əməliyyatlarına qayıdışın olmayacağı gözlənilir. Yəni, hələ uzun illər Neymarın 222 milyon avroya "Barselona”dan PSJ-yə transfer rekordu qırılmayacaq.

İngiltərə ilə yanaşı, digər liqalar da qaydaları sərtləşdirirlər. Məsələn, İspaniya La Liqasında tətbiq olunan tənzimləmələr "Barselona”nın Messinin gedişinə göz yumması ilə nəticələnmişdi. Katalonlar hələ də oyunçu qeydiyyatı prosesində problemlərlə üzləşirlər. Fransada son illərdə bir çox klub çətinlik yaşayır. "Bordo” müflis olub, "Lion” aşağı liqaya düşmək təhlükəsi ilə üz-üzədir. Xərclərin artdığı yeganə liqa İtaliya A Seriyasıdır. Lakin orada da iki il əvvəl transfer əməliyyatlarındakı uyğunsuzluqlar səbəbindən "Yuventus” cəzalara məruz qalmışdı.

Klublar artıq birdəfəlik transferlər əvəzində icarə variantlarına üstünlük verirlər. Eyni zamanda, azad agentlərə yönəlmələr artıb. Hətta "Real Madrid” Mbbappe üçün PSJ-yə ödəniş etmək əvəzinə onu azad agent kimi cəlb etmək üçün səbirlə gözləməyi üstün tutmuşdu. Klublar artıq daha gənc oyunçulara və akademiya yetirmələrinə yönəlirlər. Yaşlı oyunçular üçün isə ümumiyyətlə böyük məbləğlər ödənməməsinə diqqət yetirilir. Çünki onlardan qazanc əldə etmək ehtimalı aşağıdır. İndi nəinki strategiyanı gənc istedadları üzə çıxarmaq üzərində quranlar, hətta böyük klublar da irihəcmli transferlərdənsə gənc oyunçuları tapıb daha aşağı məvaciblə cəlb etməyə yönəlirlər. Transfer strategiyaları dəyişməkdədir, xərclərdə böyük eniş müşahidə olunur və bu, yaxın gələcəkdə ümumən futbolu dəyişəcək.

Mənbə: "Kaspi" qəzeti

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 02 Fevral 2025 09:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see318

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see317

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see305

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see254

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see250

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see248

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see243

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see241

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see239

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see229

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see206

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see206

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see204

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see204

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see203

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see200

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see200

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see198

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri