Transqeyt”dən alınan avtobusların verildiyi yeni şirkətlərin adı bilindi
Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
Bu gün "Transqeyt” şirkəti rəsmi olaraq bağlanıldı.
BAKU.WS-in məlumatına görə, şirkətin nəzarətində olan bir neçə avtobus da artıq digər şirkətlərə verilib. Əldə olunan məlumata görə, 189 və 10 saylı avtobus "Çinar-Trans” MMC-yə, 6 saylı avtobus "İqafqaz” MMC, 11 saylı avtobus "Xaliq Faiqoğlu” MMC-yə verilib. 132 saylı avtobus isə hələlik departamentin qarajına daxil edilib.
"Transqeyt” şirkətinin tabeliyində olan digər marşrut xətləri isə tamamilə bağlanılıb. Bağlanan marşrutlar 1, 14, 20, 25, 40, 59, 69, 90, 95, 100 və s. idi. İlk öncə Nəqliyyat Departamentindən marşrutların bağlanmasına səbəb kimi orada işləyən avtobusların istismara yararsız olması göstərilirdi. Xatırladaq ki, bir vaxtlar Bakının 50 faizdən çox avtobus xətləri "Transqeyt” şirkətinin rəhbərliyi altında işlədilirdi. Hətta vaxt vardı həmin şirkət digər kiçik avtobus sahibkarlarına meydan oxuyur, onlara marşrutlarının hansı istiqamətdən keçib-keçməmələri barədə göstərişlər verirdi.
Qeyd edək ki, bir müddət əvvəl"Transqeyt" şirkəti niyə iflas olur? adlı məqalədə şirkətin iflas olması barədə yazmışdıq. http://az.baku.ws/hot_news/1163-transqeyt-irkti-niy-iflas-olur.html
Ziya Səccad BAKU.WS
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 28 Aprel 2025 03:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















