Icma.az
close
up
RU
Transxəzər Dəhlizi üzrə Regional İşçi Qrupu yaradılacaq

Transxəzər Dəhlizi üzrə Regional İşçi Qrupu yaradılacaq

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə Regional İşçi Qrupu yaradılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Trend-ə Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətində (GIZ) olan mənbə bildirib.

"GIZ davamlı inkişaf və beynəlxalq təhsil sahəsində beynəlxalq əməkdaşlıq üzrə xidmət təşkilatıdır. GIZ-in əsas sifarişçisi Almaniyanın Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyidir (BMZ).

Hazırda GIZ Mərkəzi Asiya ölkələrində və "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində ticarət və nəqliyyat prosedurlarının sadələşdirilməsi üzrə iki uzunmüddətli layihə həyata keçirir:

EasTnT (Eastern Partnership for Trade and Transport) – "Şərq Tərəfdaşlığı" ölkələri ilə Aİ arasında dayanıqlı və rəqəmsal ticarət marşrutlarının və logistika konsepsiyalarının gücləndirilməsi.

TFCA (Trade Facilitation Central Asia) – Mərkəzi Asiyada ticarətin asanlaşdırılması", – deyə mənbə bildirib.

GIZ-in qeyd etdiyinə görə, bu layihələrin məqsədi ticarət, nəqliyyat və logistika sahələrində rəqəmsal və dayanıqlı təcrübələrin inkişaf etdirilməsi, onların Aİ standartlarına uyğunlaşdırılması və regional əməkdaşlığın gücləndirilməsidir.

"EasTnT və TFCA təşəbbüsləri sayəsində GIZ gömrük idarəçiliyi, dəmir yolu daşımaları, liman idarəçiliyi və dəniz əməliyyatları sahəsində Aİ-nin qabaqcıl rəqəmsal həllərinin tətbiqinə dəstək verir. Bu da Transxəzər marşrutu (Orta Dəhliz) üzrə yüklərin tranzit müddətinin qısaldılmasına imkan yaradır.

Nəqliyyat, ticarət və logistika sahələrinin rəqəmsallaşdırılması geniş anlayışdır və Mərkəzi Asiya və "Şərq Tərəfdaşlığı" ölkələrində fərqli inkişaf səviyyələrinə və prioritetlərə malikdir. Lakin logistikanın uğurlu rəqəmsallaşdırılması əsasən Transxəzər Dəhlizi ölkələri arasında siyasi və əməliyyat əməkdaşlığından asılıdır.

Məsələn, Aİ-nin Vahid Tranzit Konvensiyası (CTC) çərçivəsində Aİ iqtisadi zonasının ticarət və nəqliyyat prosedurlarını sadələşdirmək üçün bir sıra rəqəmsal platformalar hazırlanıb və uğurla tətbiq edilib. Bu həllər nəqliyyat məlumatlarının mübadiləsini yaxşılaşdırıb, yüklərin emalını sürətləndirib və Aİ ölkələri arasında tranziti asanlaşdırıb. Onların arasında aşağıdakıları qeyd etmək olar:

New Computerized Transit System (NCTS) – Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi,

Authorized Economic Operator (AEO) – Səlahiyyətli İqtisadi Operator Proqramı,

EU Trade Control and Expert System (TCAES) – Aİ-nin Ticarətə Nəzarət və Ekspert Sistemi,

EU Import Control System 2 (ICS2) – Aİ-nin İdxal Nəzarət Sistemi 2", – deyə mənbə bildirib.

GIZ Transxəzər Dəhlizi ölkələrinin nəqliyyat agentliklərinə bu rəqəmsal alətlərin tətbiqi sahəsində dəstək verir, qabaqcıl təcrübə təqdim edir, mütəxəssislərin ixtisasını artırır və regional dialoqu təşviq edir.

"Qeyd etmək lazımdır ki, Gürcüstan NCTS-i tətbiq edən ilk Transxəzər Dəhlizi ölkəsi olub. 2025-ci ilin aprel ayından etibarən yükdaşımalar bu platforma vasitəsilə həyata keçiriləcək. "Şərq Tərəfdaşlığı" ölkələrindən Ukrayna və Moldova da artıq NCTS sistemini tətbiq ediblər ki, bu da onların Aİ ilə ticarət və nəqliyyat əlaqələrini yaxşılaşdırıb.

Hazırda GIZ-in EasTnT və TFCA layihələri çərçivəsində Transxəzər Dəhlizi üzrə Regional İşçi Qrupunun (RWG:TCC) yaradılması üzərində iş aparılır. Bu işçi qrupunun məqsədi regional əməkdaşlığın gücləndirilməsi, rəqəmsallaşmanın təşviqi və Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (TITR) üzrə normativ və prosedur maneələrin aradan qaldırılmasıdır.

RWG:TCC nəqliyyat və logistika assosiasiyaları, şirkətlər və əsas maraqlı tərəflər arasında kommunikasiya və koordinasiyanın gücləndirilməsinə yönəlib. Qrupun əsas məqsədi – TITR marşrutu üzrə nəqliyyat və ticarət sahələrində səylərin uzlaşdırılması, qabaqcıl təcrübələrin mübadiləsi və innovativ həllərin tətbiqi üçün vahid dialoq platformasının yaradılmasıdır.

Bundan əlavə, RWG:TCC davamlı və effektiv nəqliyyat sistemlərinin inkişafına dəstək verəcək, bu sahədə sektor maraqlarının qanunvericilik proseslərinə inteqrasiyasını təmin edəcək", – deyə GIZ-də bildirilib.

Qeyd edək ki, Orta Dəhliz regionun bir neçə ölkəsindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət yoludur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativ yoldur.

Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçir. Daha sonra Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyəni keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq hissələrini, o cümlədən, Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçən quru marşrutu təmin edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 26 Mart 2025 09:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see802

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see551

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see331

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see305

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see290

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see278

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see276

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see269

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see258

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see257

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see246

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see241

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see216

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see216

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see204

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see200

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see199

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see187

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see185

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri