Tranzit yüklər ən çox hansı istiqamətlərdə daşınır? Rəsmi açıqlama
Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu ilin yanvar-sentyabr aylarında nəqliyyat dəhlizlərində daşınan yüklərin həcmi 24 milyon 620,1 min ton, yük dövriyyəsi isə 9 milyard 905,5 milyon ton-km olub və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 0,3 faiz və 2,1 faiz artım müşahidə olunub.
Yeniavaz.com xəbər verir ki, Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi 12 milyon 765,3 min ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə 6 milyon 522,1 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə 7 milyon 22,9 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə 4 milyon 552,6 min ton, Cənub-Qərb nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi isə 279,3 min ton təşkil edib. Yüklərin 11 milyon 304,2 min tonu və ya 45,9 faizi dəmir yolu nəqliyyatı, 7 milyon 353,6 min tonu və ya 29,9 faizi avtomobil nəqliyyatı, 5 milyon 962,3 min tonu və ya 24,2 faizi dəniz nəqliyyatı ilə daşınıb.
Nəqliyyat dəhlizləri vasitəsilə daşınan yüklərin 57,9 faizini və ya 14 milyon 247,1 min tonunu tranzit yüklər təşkil edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 18 Noyabr 2024 12:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















