Icma.az
close
up
RU
Travmaları da onlarla birgə böyüyür... Sığınacaqlar nə qədər TƏHLÜKƏSİZDİR?

Travmaları da onlarla birgə böyüyür... Sığınacaqlar nə qədər TƏHLÜKƏSİZDİR?

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Azərbaycanda bir neçə qadın və uşaq sığınacağı fəaliyyət göstərir. Kimsəsizlər, məişət zorakılığının qurbanı olanlar, müxtəlif səbəblərdən evlərindən ayrı düşənlər bu müəssisələrə sığınırlar. Bəzilərinin ailədəki travmaları unudub həyata davam etməsi çətin olur və vaxt alır.
Onlardan biri də ötən həftə sığınacaqların birində həyatına son verən 16 yaşlı Nurcan Cəfərova olub.
Belə ki, "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirilən 2009-cu il təvəllüdlü Şəmkir rayon sakini Nurcan Elşad qızı Cəfərova qohumlarının evindən qaçıb.
 

Anasını itirən Nurcanın atası Rusiya Federasiyasında yaşayıb. Uşağın xalası Turanə Həsənova müxtəlif səbəblərdən ona qayğı göstərmək istəmədiyini bildirib, həmçinin, Nurcan da xalanın ailəsinə geri qayıtmaq istəmədiyini qeyd edib. Atası ölkəyə qayıtdıqdan sonra uşaqdan rəsmi qaydada imtina edib.


Bütün bu baş verənlər isə uşağın özünün həyatından imtinası ilə nəticələnib. Amma Nurcan Cəfərovanın ailəsi isə qızın intihar etmədiyini iddia edərək qarşı tərəfi ittiham edib.
Bu hadisə ailənin, qohumların, cəmiyyətin uşaqlarla bağlı məsuliyyətli olmalarını bir daha gündəmə gətirib.
Bədbəxt hadisədən, baş verənlərdən heç kim sığortalanmasa da, sığınacaqlarda həssas uşaqlarla necə davranmalı lazım olduğu da müzakirə edilən məsələlərdəndir.
Mövzuya münasibət bildirən psixoloq Nabat Mirzəyeva Bizim.Media-ya deyib ki, körpələr evində böyüyən, sığınacaqlarda olan uşaqlara daha böyük sevgi, daha böyük diqqətlə yanaşılmalıdır:
 

“Çünki onlar ordakı müəllimlərə, işçilərə sığınaraq, onları bir ailə görərək böyüməyə başlayırlar. Həmin uşaqların digər uşaqlara nisbətən daha çox anlayış və sevgiyə ehtiyacı var.  Onlar çətin uşaq deyillər, sadəcə, problemlər içərisində böyüyən uşaqlardılar.Onlar sevgisiz deyillər, sadəcə sevgi və diqqətsiz qoyulan, lakin sevgiyə layiq uşaqlardılar.


Sadəcə onlar yaşadıqlarından dolayı ruhsal boşluqda olurlar. Biz bilmirik ki, onlar hansı daxili boşluqla mübarizə aparırlar, hansı hiss və duyğuları yaşayırlar”.
Psixoloqun sözlərinə görə, sığınacaqlardakı uşaqların əksəriyyətinin ağır travmaları olur:
“O uşaqlara mütləq şəkildə sevgi və diqqətlə dolu qaydalarla proqramlaşdırılmış həyat tərzi tətbiq etmək lazımdır. Onlara özləri ilə vaxt keçirmək, hobbilərinə yönləndirməyi aşılamaq lazımdır. Onların həyatı boşluqda qalmamalıdır. Bir növ beyinlərində baş verən mübarizə ilə baş-başa qalmamalıdırlar.
 

Onlar özləri ilə baş-başa qaldıqları zaman yaranan suallar və çaxnaşmalar onların daxili dünyalarındakı təklik duyğusunu, emosional boşluğu, depressiyanı, stressi daha da alovlandırır. Bu alovlanma, özü ilə qalma özlərini aşırı dərəcədə tək hissetmə duyğusunu tətikləyə bilir.


Həmin uşaqlar proqrama uyğun həyata davam etməlidirlər. Bundan əlavə, uşaq və yeniyetmələrlə psixoloji görüş təşkil olunmalıdır. Bu, uzunmüddətli seans olmalıdır.
Onlar özlərini daha dəyərli hiss edənə qədər bu görüşlər aparılmalıdır.
Onların hər biri ilə fərdi olaraq görüşlər təşkil edilməlidir. Uşaqların onlarla ünsiyyət quracağı bir mühit yaradılmalıdır ki, uşaqların ürəyi sıxılanda, narahat olduqda qaça biləcəkləri bir limanları olsun”.
Günay Şahmar, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:256
embedMənbə:https://bizim.media
archiveBu xəbər 26 Noyabr 2025 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see783

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see526

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see315

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see294

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see286

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see269

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see259

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see248

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see247

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see245

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see242

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see235

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see231

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see228

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see225

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see203

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see201

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see190

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see184

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri