Icma.az
close
up
RU
Travmatologiya institutunda "endoprotez bazarı" Dəhşətli faktlar

Travmatologiya institutunda "endoprotez bazarı" Dəhşətli faktlar

Medicina portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Dünən Nəsimi Rayon Məhkəməsində Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun təsərrüfat şöbəsinin keçmiş müdiri Şamil Şahbazovun həmin müəssisənin direktoru Rüstəm Talışinskiyə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.

Bakupost.az xəbər verir ki, Ş.Şahbazov məhkəmə iddiasında işdən qanunsuz çıxarıldığını, buna görə də ona maddi və mənəvi ziyan dəydiyini bildirib. O, məhkəməyə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu ilə bağlı bir sıra qanunazidd faktlar təqdim edib və onların nəzərə alınaraq, işin prokurorluğa göndərilməsini xahiş edib.

Hakim Əfsanə Heydərovanın sədrliyi ilə keçirilən məhkəmə prosesində Ş.Şahbazovun vəkili Asim Abbasov bir sıra ciddi ittihamlar irəli sürüb. O, hazırkı direktor R.Talışinski və keçmiş direktor, hazırda adı saxta sertifikasiya məsələləri ilə gündəm olan səhiyyə nazirinin müavini İlqar Qasımovun korrupsiya ilə məşğul olduqlarını iddia edib.

Vəkil Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda sistematik şəkildə yeyintilərin olduğunu bildirib:

"İlqar Qasımov nazir müavini ola-ola hələ də Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunu nəzarətdə saxlayır. Onun xidməti avtomobili hər həftə həmin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həyətində olur. Bu, təsadüfi deyil. Orada müəyyən haqq-hesablar gedir. Səhiyyə nazirinin müavini İlqar Qasımov hətta endoprotez əməliyyatlarında şəxsən iştirak edir. Halbuki, nazir müavini qanuna görə, iş vaxtı Nazirlikdə olaraq aidiyyatı vəzifəsini icra etməli idi. Söhbət 6-7 rəqəmli məbləğlərdən gedir. İlqar Qasımov Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna rəhbərlik etdiyi vaxtlarda qoyduğu qayda-qanunlar qanuna zidd olduğu üçün İlqar Qasımovdan sonra orada direktor vəzifəsində çalışan heç kim 1 ildən artıq işləyə bilmir. Talışinskidən əvvəlki direktor öz ərizəsiylə işdən ayrılıb. Çünki ona diktə edilən qanunsuzluqlarla razılaşmırdı. Bundan sonra səhiyyə nazirinin müavini İlqar Qasımova yaxın adamlar oraya yerləşdirilib ki, öz çirkin əməllərini icra edə bilsin. Şamil Şahbazov isə yeyintilərə və qanunsuz tenderlərə razılıq verməyib".

A.Abbasov xəstəxana üçün avadanlıq və ləvazimatların alınması zamanı qanunsuzluqlara yol verildiyini də iddia edib:

"Müəssisəyə endoprotezlər qanuna uyğun olaraq tender keçirilərək alınmalıdır. Amma bu alışlar tender keçirilmədən baş tutub və bunun müqabilində hər ay təxminən 50-60 xəstəyə protez əməliyyatı edərək bunun müqabilində 150-200 min manat İcbari Tibbi Sığortadan, üstəlik 1000-2000 manat aralığında da vətəndaşlardan pul alınır.

2024-cü ilin ilk 10 ayı tender baş tutmadan bu əməliyyatlar hər ay olunub. Lakin bizdə olan məlumatlara görə, 10-cu aydan satınalma prosedurları ciddi şəkildə pozularaq öncədən sövdələşdirilmiş şirkətlə təxminən 400 min AZN bahasına 1.200.000 manata müqavilə bağlanmışdır.

İddiaçının vəkili əlavə edib ki, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda 25-30 min AZN rəsmi əmək haqqı alan, ancaq heç bir elmi dərəcəsi və ya xaricdə təhsili olmayan həkim var.

Necə olur ki, illərin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda bu qədər alim və peşəkar həkim-mütəxəssislər olduğu halda endoprotez əməliyyatını İlqar Qasımovun köməkçisi olmuş hazırkı baş həkim Nizami Məmmədov və köməkçisi icra etməlidir? Burdan da görünür ki, İlqar Qasımov direktor olduğu gündən bu günə kimi endoprotez əməliyyatını o, və köməkçisi Nizami Məmmədov icra edir. Bunun müqabilində hər ay 25-30 min rəsmi, 70-80 min qeyri-rəsmi məbləğ əldə olunur və bu, onlar arasında bölünür. Bunların əməllərinə mane olan hər kəs ya ərizə ilə, ya da şərlənərək işdən uzaqlaşdırılır.

Xəstəxanada adları gedən, amma heç vaxt işə gəlməyən şəxslər var. Maaş kartları isə başqa şəxslərdədir. Bundan başqa, liftdə ciddi problemlər var, lakin tədbir görülmür. Onlar ancaq büdcədən pul silməklə məşğuldur".

Daha sonra məhkəmədə cavabdeh tərəfin vəkili Elgiz Məmmədova söz verilib. O, Ş.Şahbazovun işdən çıxarılması haqda danışıb və onun öz vəzifə səlahiyyətlərini aşdığını, rəhbərlik tərəfindən işçilərə qarşı davranışlarının bəyənilmədiyini bildirib.

Cavabdeh tərəfin vəkili Ş.Şahbazovun xəstəxananın xidməti maşınından şəxsi məqsədlər üçün istifadə etdiyini, xəstəxanaya qoyulan kofe aparatından gələn gəliri mənimsədiyini iddia ediblər.

Bu ittihamlara cavab verən Ş.Şahbazov bildirib ki, xidməti maşından yalnız iş üçün direktorun göstərişi ilə istifadə edib və qarşı tərəfin iddialarının əsaslandırması üçün heç bir sübut yoxdur:

“Kofe aparatı isə mən orada işləməzdən əvvəl qoyulmuşdu və xidmətin yüksək səviyyədə təşkilinə xidmət edir, qazancı isə xəstəxanaya çatırdı".

Məhkəmə prosesi bu gün davam etdiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 13 Dekabr 2024 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see241

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see229

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see198

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see183

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see163

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see163

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see154

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see151

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see150

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri