Icma.az
close
up
RU
Travmatologiya və Ortopediya İnstitutunda pul silmə əməliyyatı…. Araşdırma

Travmatologiya və Ortopediya İnstitutunda pul silmə əməliyyatı…. Araşdırma

Tribuna saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu yaxınlarda Nəsimi Rayon Məhkəməsində Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun təsərrüfat şöbəsinin keçmiş müdiri Şamil Şahbazovun həmin müəssisənin direktoru Rüstəm Talışinskiyə qarşı iddiası üzrə keçirilən prosesdə maraqlı faktlar üzə çıxıb.

 Əldə olunan məlumata görə, İnstitut 2022-ci ilin dekabrında Qaz-3110 “Volqa” markalı avtomobilin təmiri üçün tender elan edib. Tendərin nəticələrinə əsasən, növbəti ildə “Volqa” avtomobili əsaslı təmir edilib. Təmir İnstituta 9 min manata başa gəlib.

Maraqlısı isə odur ki, təmirinə 9 min manat xərclənən avtomobil 2025-ci ildə əmlak.gov portalında dəyərindən demək olar ki, 3 dəfə ucuz qiymətə – 3600 manata satışa çıxarılıb.

Xatırladaq ki, sözügedən məhkəmə prosesində Şamil Şahbazov tenderin formal xarakter daşıdığı, həmin maşına 1 manat da olsun, pul qoyulmadığını iddia edib. Onun sözlərinə görə, “Volqa”ya ayrılan yanacaq İnstitutda digər rəhbər vəzifəli şəxslərin maşınlarına vurulub. “Volqa”dan sadəcə benzin silmək üçün istifadə olunub.

O da qeyd olunur ki, həmin avtomobil məhz bütün bu əməliyyatların izini itirmək üçün satışa çıxarılıb.

Beləliklə, aydın olur ki, köhnə “Volqa”dan həm təmir, həm də yanacaq pullarının mənimsənilməsi üçün istifadə olunub.

Onu da qeyd edək ki, Şamil Şahbazovun İnstitutun direktoru Rüstəm Talışinskiyə qarşı iddiası qanunsuz olaraq işdən azad olması ilə bağlı idi. İnstitutla bağlı bir sıra qanunazidd faktlar təqdim edən Ş.Şahbazov hazırkı direktor R.Talışinski və keçmiş direktor, hazırda adı saxta sertifikasiya məsələləri ilə gündəmdə olan Səhiyyə nazirinin müavini İlqar Qasımovun korrupsiya ilə məşğul olduqlarını iddia edirdi. Prosesin sonunda Ş.Şahbazovun işdən qanunsuz azad olunduğu sübut edildi və məhkəmə onun işinə bərpa olunması barədə qərar çıxardı.

Bakupost.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:230
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 14 Yanvar 2025 19:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see547

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see309

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see299

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see298

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see292

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see273

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see269

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see269

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see255

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see252

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see240

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see240

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see238

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see235

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see233

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see233

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see230

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see221

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see221

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see221
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri