Icma.az
close
up
RU
Trendyol 2023cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim edib

Trendyol 2023cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim edib

Icma.az, Sitat.info portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük e-ticarət platformalarından biri "Trendyol" özünün COP29 pavilyonunda dayanıqlılıq üzrə planlarını və məqsədlərini bölüşüb.

Eyni zamanda Türkiyənin Dayanıqlı Gələcək Platformasının pavilyonuna baş sponsorluq edən şirkət COP29 çərçivəsində dayanıqlılıq sahəsində fəaliyyət göstərən türk və azərbaycanlı elm adamlarını bir araya gətirərək dayanıqlılıq və iqlim müzakirələrinə dəstək olub.

BMT-nin İqlim Dəyişmələri üzrə 29-cu Tərəflər Konfransının 29-cu sessiyasında iştirak etməkdə "Trendyol"un əsas məqsədi buradakı aparıcı ekspertlər, təşkilatlar və şirkətlərlə təcrübə və fikir mübadiləsi aparmaq, həmçinin, dayanıqlılıq və sosial təsir sahəsində layihələrini təqdim etməkdir. Əldə olunan təcrübə iqlim dayanıqlılığı və dayanaqlı biznes təcrübəsini artırmaq üçün gələcək strategiyaların formalaşmasında mühüm rol oynayacaq.

Türkiyənin dayanıqlılıq üzrə yol xəritəsi və fəaliyyət planına malik ilk e-ticarət şirkətinin prioritet hədəflərindən biri ətraf mühitə, təbiətə və cəmiyyətə töhfə verməkdir. Şirkət "Birlikdə Transformasiya" şüarı altında həyata keçirdiyi layihələrini COP29 çərçivəsində ictimaiyyətə təqdim edir, ekoloji təşəbbüslərini vurğulamaqla sosial məsuliyyətli qurum kimi planlarını nümayiş etdirir.

"Trendyol"un Dayanıqlılıq Hesabatı: 2025-ci ilə qədər qablaşdırma materiallarının 100%-i sertifikatlaşdırılacaq

"Trendyol" COP29 tədbiri çərçivəsində 2023-cü il üçün Dayanıqlılıq Hesabatını təqdim edib. Şirkət ətraf mühit və sosial təsir layihələri üzrə hədəflərindəki irəliləyişləri bölüşüb. "Trendyol"un dayanıqlılıq hesabatı dünya, insan və idarəetmə kateqoriyalarında 9 fərqli mövzunu əhatə edir. Hesabat şirkətin ətraf mühitə həssas yanaşmasını və cəmiyyətə uzunmüddətli töhfələr verən həllər təqdim etmə vədini nümayiş etdirir. "Trendyol" bu hesabatla öz məqsədlərinə doğru irəlilədiyini və dayanıqlılıq hədəfi istiqamətində əhəmiyyətli uğurlar əldə etdiyini vurğulayıb.

2022-ci ildən Türkiyənin dayanıqlılıq üzrə yol xəritəsinə malik olan ilk e-ticarət şirkəti "Trendyol" Dayanıqlı Təsir Planı çərçivəsində "Scope 1" və 2 emissiyalarını ümumilikdə 16% azaldıb. Bütün logistika şəbəkəsində qablaşdırma və tullantıların idarəedilməsini optimallaşdıraraq, tullantıların 96.7%-ni təkrar emal edib və birdəfəlik plastik istehlakını 57% azaldıb. Həmçinin şirkət dayanıqlı qablaşdırma strategiyası ilə karqo qablaşdırmalarının 70%-ni təkrar emal edilmiş materiallardan istehsal edib. Şirkət 2025-ci ilə qədər bütün logistik mərkəzlərində sıfır tullantı sertifikatı almağı hədəfləyir. Bu hədəfdən sonra isə platforma pərakəndə qablaşdırma materiallarının 100%-ni sertifikatlaşdırılmış mənbələrdən təmin edəcək.

"Trendyol" əməliyyatlarında və dəyər zəncirində karbon emisiyyalarını azaltmaqla 2040-cı ilə qədər karbon neytral olmağı və 2050-ci ilə qədər bütün dəyər zəncirində bu hədəfə çatmağı hədəfləyir.

Erdem İnan: "Dayanıqlılığı bütün əməliyyatlarımızın mərkəzinə qoyuruq"

"Şirkətimizin qlobal miqyasda genişlənməsi prosesində biz dayanıqlılığı bütün əməliyyatlarımızın mərkəzinə qoyuruq. Gələcək nəsillərə daha yaşana bilən dünya qoya bilmək üçün dayanıqlılıqla bağlı qlobal mübarizəyə töhfə vermək məsuliyyətimizin fərqindəyik. Bu il COP29-da 2023-cü il üzrə Dayanıqlılıq Hesabatımızı qlobal ictimaiyyətə elan etməklə fəaliyyət göstərdiyimiz hər bir bazarda dayanıqlı müsbət təsir yaratmaq üçün gördüyümüz işləri təqdim etdik. Biz həmçinin e-ticarət sektoru və dünya miqyasında e-ticarət ekosistemi üçün mühüm mərhələ olduğuna inandığımız "Birgə Transformasiya Akademiyası"nı elan etdik," - deyə "Trendyol" Qrupunun baş icraçı direktoru Erdem İnan bildirib.

"Trendyol"un dayanıqlılıq layihələri COP29-da müzakirə edilib

COP29-da Yaşıl Zonada yeganə türk şirkəti olan "Trendyol", eyni zamanda Türkiyədən öz pavilyonu ilə konfransda iştirak edən qeyri-hökumət təşkilatı Dayanıqlı Gələcək Platformasının əsas sponsorluğunu öz üzərinə götürüb. Şirkət COP29 çərçivəsində üç paneldə davamlılıq strategiyasını və layihələrini iştirakçılarla paylaşıb. Dayanıqlı Gələcək Platformasının pavilyonunda, dr. Özlem Tuğçe Keleşin moderatorluğu ilə, "Trendyol" Qrupun korporativ kommunikasiyalar direktoru İrem Poyraz, "Sustainee Consultancy"nin qurucusu Ezgi Eğribozlu və "Cabana Education and Consultancy"nin nümayəndəsi dr. İşıl Şahan 2023-cü il Dayanıqlılıq Hesabatını və "Trendyol"un bu sahədəki hədəflərini müzakirə edib. "Esmiyor" platformasından Naz Yamanın moderatorluğu ilə keçirilən digər sessiyada isə, İrem Poyraz və Türkiyədə BMT-nin İnkişaf Proqramının layihə koordinatoru Arzu Karaarslan Əzizoğlu "Trendyol"un Azərbaycanda və digər bazarlarda həyata keçirdiyi sosial təsir layihələrindən danışıb.

"Kapital Bank"ın icraçı direktoru Fərid Hüseynovun və "PwC" şirkətinin nümayəndəsi Xəyalə Eylazovanın qatıldığı və "Trendyol"un Azərbaycandakı biznes partnyoru "PAŞA Holdinq"in pavilyonunda keçirilən "Rəqəmsallaşma vasitəsilə dayanıqlılıq" panelində İrəm Poyraz, "Trendyol"un "Birlikdə Transformasiya" yanaşmasını, rəqəmsallaşmanın dayanıqlılıqdakı təsirini və "Birgə Transformasiya Akademiyası"ndan bəhs edib.

"Trendyol" qadınların səlahiyyətləndirilməsi, gənc sənətkarların və təşkilatların dəstəklənməsi üçün xüsusi proqramlar da həyata keçirir. BMT-nin İnkişaf Proqramı ilə birlikdə reallaşdırdığı "Sabahın kəndləri" layihəsi sahibkar və istehsalçı qadınların işini təşviq etməklə yerli məhsulların və sənətkarlıq nümunələrinin əhatə dairəsini genişləndirmək, "Trendyol"un texnoloji resurslarını kənd yerlərinə yaymaqla rəqəmsal boşluğu minimuma endirmək, məşğulluğu stimullaşdırmaq və kəndlərin inkişafına təkan vermək məqsədi daşıyır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://sitat.info
archiveBu xəbər 22 Noyabr 2024 18:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri