Icma.az
close
up
RU
Trendyol COP29da

Trendyol COP29da

Icma.az bildirir, Sia Az portalına istinadən.

Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük e-ticarət platformalarından biri Trendyol özünün COP29 pavilyonunda dayanıqlılıq üzrə planlarını və məqsədlərini bölüşür. Eyni zamanda Türkiyənin Dayanıqlı Gələcək Platformasının pavilyonuna baş sponsorluq edən şirkət COP29 çərçivəsində dayanıqlılıq sahəsində fəaliyyət göstərən türk və azərbaycanlı elm adamlarını bir araya gətirərək dayanıqlılıq və iqlim müzakirələrinə dəstək olur.

BMT-nin İqlim Dəyişmələri üzrə 29-cu Tərəflər Konfransının 29-cu sessiyasında iştirak etməkdə ‘’Trendyol’’un əsas məqsədi buradakı aparıcı ekspertlər, təşkilatlar və şirkətlərlə təcrübə və fikir mübadiləsi aparmaq, həmçinin, dayanıqlılıq və sosial təsir sahəsində layihələrini təqdim etməkdir. Əldə olunan təcrübə iqlim dayanıqlılığı və dayanaqlı biznes təcrübəsini artırmaq üçün gələcək strategiyaların formalaşmasında mühüm rol oynayacaq.

Türkiyənin dayanıqlılıq üzrə yol xəritəsi və fəaliyyət planına malik ilk e-ticarət şirkətinin prioritet hədəflərindən biri ətraf mühitə, təbiətə və cəmiyyətə töhfə verməkdir. Şirkət "Birlikdə Transformasiya" şüarı altında həyata keçirdiyi layihələrini COP29 çərçivəsində ictimaiyyətə təqdim edir, ekoloji təşəbbüslərini vurğulamaqla sosial məsuliyyətli qurum kimi planlarını nümayiş etdirir.

“Trendyol”’un Dayanıqlılıq Hesabatı: 2025-ci ilə qədər qablaşdırma materiallarının 100%-i sertifikatlaşdırılacaq

Trendyol COP29 tədbiri çərçivəsində 2023-cü il üçün Dayanıqlılıq Hesabatını təqdim edib. Şirkət ətraf mühit və sosial təsir layihələri üzrə hədəflərindəki irəliləyişləri bölüşüb. ‘’Trendyol’’un dayanıqlılıq hesabatı dünya, insan və idarəetmə kateqoriyalarında 9 fərqli mövzunu əhatə edir. Hesabat şirkətin ətraf mühitə həssas yanaşmasını və cəmiyyətə uzunmüddətli töhfələr verən həllər təqdim etmə vədini nümayiş etdirir. Trendyol bu hesabatla öz məqsədlərinə doğru irəlilədiyini və dayanıqlılıq hədəfi istiqamətində əhəmiyyətli uğurlar əldə etdiyini vurğulayır.

2022-ci ildən Türkiyənin dayanıqlılıq üzrə yol xəritəsinə malik olan ilk e-ticarət şirkəti Trendyol Dayanıqlı Təsir Planı çərçivəsində Scope 1 və 2 emissiyalarını ümumilikdə 16% azaldıb. Bütün logistika şəbəkəsində qablaşdırma və tullantıların idarə edilməsinioptimallaşdıraraq, tullantıların 96,7%-ni təkrar emal edib və birdəfəlik plastik istehlakını 57% azaldıb. Həmçinin şirkət dayanıqlı qablaşdırma strategiyası ilə karqoqablaşdırmalarının 70%-ni təkrar emal edilmiş materiallardan istehsal edib. Şirkət 2025-ci ilə qədər bütün logistik mərkəzlərində sıfır tullantı sertifikatı almağı hədəfləyir. Bu hədəfdən sonra isə platforma pərakəndə qablaşdırma materiallarının 100%-nisertifikatlaşdırılmış mənbələrdən təmin edəcək.
Trendyol əməliyyatlarında və dəyər zəncirində karbon emisiyyalarını azaltmaqla 2040-cı ilə qədər karbon neytral olmağı və 2050-ci ilə qədər bütün dəyər zəncirində bu hədəfə çatmağı hədəfləyir.
Erdem İnan: ‘’Dayanıqlılığı bütün əməliyyatlarımızın mərkəzinə qoyuruq’’

“Şirkətimizin qlobal miqyasda genişlənməsi prosesində biz dayanıqlılığı bütün əməliyyatlarımızın mərkəzinə qoyuruq. Gələcək nəsillərə daha yaşana bilən dünya qoya bilmək üçün dayanıqlılıqla bağlı qlobal mübarizəyə töhfə vermək məsuliyyətimizin fərqindəyik. Bu il COP29-da 2023-cü il üzrə Dayanıqlılıq Hesabatımızı qlobal ictimaiyyətə elan etməklə fəaliyyət göstərdiyimiz hər bir bazarda dayanıqlı müsbət təsir yaratmaq üçün gördüyümüz işləri təqdim etdik. Biz həmçinin e-ticarət sektoru və dünya miqyasında e-ticarət ekosistemi üçün mühüm mərhələ olduğuna inandığımız “Birgə Transformasiya Akademiyası”nı elan etdik," - deyə Trendyol Qrupunun baş icraçı direktoru Erdem İnan bildirib.

‘’Trendyol’’un dayanıqlılıq layihələri COP29-da müzakirə edilib

COP29-da Yaşıl Zonada yeganə türk şirkəti olan Trendyol, eyni zamanda Türkiyədən öz pavilyonu ilə konfransda iştirak edən qeyri-hökumət təşkilatı Dayanıqlı Gələcək Platformasının əsas sponsorluğunu öz üzərinə götürüb. Şirkət COP29 çərçivəsində üç paneldə davamlılıq strategiyasını və layihələrini iştirakçılarla paylaşıb. Dayanıqlı Gələcək Platformasının pavilyonunda, Dr. ÖzlemTuğçeKeleşin moderatorluğu ilə, Trendyol Qrupun Korporativ Kommunikasiyalar Direktoru İremPoyraz, ‘’SustaineeConsultancy’’nin qurucusu EzgiEğribozlu və ‘’CabanaEducation and Consultancy’’nin nümayəndəsi Dr. İşılŞahan 2023-cü il Dayanıqlılıq Hesabatını və ‘’Trendyol’’un bu sahədəki hədəflərini müzakirə edib. “Esmiyor” platformasından Naz Yamanın moderatorluğu ilə keçirilən digər sessiyada isə, İremPoyraz və Türkiyədə BMT-nin İnkişaf Proqramının layihə koordinatoru Arzu KaraarslanƏzizoğlu ‘’Trendyol’’un Azərbaycanda və digər bazarlarda həyata keçirdiyi sosial təsir layihələrindən danışıb. Kapital Bankın icraçı direktoru Fərid Hüseynovun və PwC şirkətinin nümayəndəsi Xəyalə Eylazovanın qatıldığı və “Trendyol’’un Azərbaycandakı biznes partnyoru PAŞA Holdinqin pavilyonunda keçirilən “Rəqəmsallaşma vasitəsilə dayanıqlılıq” panelində İrəm Poyraz, ‘’Trendyol”-un "Birlikdə Transformasiya" yanaşmasını, rəqəmsallaşmanındayanıqlılıqdakı təsirini və “Birgə Transformasiya Akademiyası”ndan bəhs edib.

Trendyol qadınların səlahiyyətləndirilməsi, gənc sənətkarların və təşkilatların dəstəklənməsi üçün xüsusi proqramlar da həyata keçirir. BMT-nin İnkişaf Proqramı ilə birlikdə reallaşdırdığı "Sabahın kəndləri" layihəsi sahibkar və istehsalçı qadınların işini təşviq etməklə yerli məhsulların və sənətkarlıq nümunələrinin əhatə dairəsini genişləndirmək, “Trendyol”un texnoloji resurslarını kənd yerlərinə yaymaqla rəqəmsal boşluğu minimuma endirmək, məşğulluğu stimullaşdırmaq və kəndlərin inkişafına təkan vermək məqsədi daşıyır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 Noyabr 2024 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sərt ritorika davam edir, amma dialoq tam bitməyib ŞƏRH

15 May 2026 20:20see351

Bu gün Xalq artisti Arif Quliyevin doğum günüdür

16 May 2026 09:30see208

“Qarabağ” məşhur futbolçuları transfer edir RƏSMİ

16 May 2026 03:33see198

Dünyanın aparıcı şəhərlərinin yer aldığı beynəlxalq reytinqlərdə Bakının da olması müsbət göstəricidir RƏY

15 May 2026 18:16see192

Ronaldonun pəhrizinin effektivliyi...

16 May 2026 02:02see185

Tramp Tayvanın müstəqillik elanına qarşı çıxdı

16 May 2026 04:45see179

Köhnə binalar söküləndən sonra mənzillər BAHALAŞACAQ? AÇIQLAMA

16 May 2026 05:13see176

Bakı Xocalı Xankəndi Şuşa avtobus reysinin ilk sərnişinləri yol salınıb

16 May 2026 02:12see167

“Çinin sərt kredit siyasəti bir sıra ölkələri iqtisadi asılılıq vəziyyətinə salıb” Politoloq

15 May 2026 18:35see165

“Liverpul” yenə uduzdu

16 May 2026 01:42see165

Nə xəstəlikdirsə, müalicə effekt vermir

15 May 2026 20:39see165

İtaliya ordusunun minaaxtaran gəmiləri Hörmüz boğazına doğru yola çıxıb

16 May 2026 04:58see164

Kral III Msvati Bakıya gəldi

17 May 2026 01:55see162

İran səfirliyindən “Avroviziya“ diplomatiyası“: Ermənistan sevgisini yenə gizlədə bilmədilər FOTO

16 May 2026 17:32see160

Bu əsasda daha çox gəminin keçidinə icazə veririk SEPAH

16 May 2026 01:50see158

Fransanın təyyarədaşıyan gəmisi Ərəb dənizinə çatıb

15 May 2026 19:21see158

Rusiya Çin tərəfindən iqtisadi cəhətdən mənimsənilməkdən qaça bilməz...

15 May 2026 19:23see158

Ağcaqanadlar niyə məhz sizi dişləyir? Səbəbi maqnit təsiri ola bilər

16 May 2026 07:08see156

Yaxınlarınıza nəsə olsa, bilin ki, bizim bəddualarımızın nəticəsidir

16 May 2026 18:48see155

BMT dən İsrailə sərt ittiham: Sülhməramlılara maneələr törədir

15 May 2026 23:38see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri