Icma.az
close
up
RU
Trendyolun dəstəyi ilə Azərbaycan rəssamlarının əsərləri Türkiyədə sərgiləndi

Trendyolun dəstəyi ilə Azərbaycan rəssamlarının əsərləri Türkiyədə sərgiləndi

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

‘’BASE 2024’’də Azərbaycan guşəsi 

Dünyanın aparıcı elektron ticarət platformalarından biri və Türkiyənin aparıcı e-ticarət platforması "Trendyol”un dəstəyi ilə azərbaycanlı gənc rəssamların əsərləri Türkiyənin ən önəmli mədəniyyət tədbirlərindən biri olan ‘’BASE 2024’’də sərgilənib.

27 noyabr -1 dekabr tarixlərində "Trendyol”un baş sponsorluğu ilə İstanbulda baş tutan sərgidə Türkiyə və Azərbaycandan olan gənc rəssamların əsərləri eyni məkanda sənətsevərlərə nümayiş etdirilib. 

Azərbaycanlı gənclərin rəsm əsərləri ‘’BASE 2024’’də "Qonaq ölkə Azərbaycan: Gənclərin təsviri incəsənət yaradıcılığına bir baxış” adlı xüsusi bölmədə yer alıb.  

Türkiyə universitetlərinin təsviri incəsənət fakültələrinin buraxılış sərgisi kimi tanınan ‘’BASE’’  bu il Azərbaycandan olan 14  gənc rəssamın  əsərinə ev sahibliyi edib.

Onların arasında Fatimə Babazadə, Fidan Əbilova, Fidan Cəfərli, Fidan Nazimqızı, Hüseyn Cəlil, İlham Salehli, Jalə Əzizova, Kəfiya Eyvazova, Nəzrin Mütəllifli, Nigar Süleymanova, Rəvan Cabbarlı, Rüqiyyə Əlili, Şafiq Osmanov və Ülviyyə Nəbizadənin əsərləri nümayiş olunub. Rəssamlar rəngkarlıqdan fotoqrafiyaya, naxışdan toxuculuğa qədər müxtəlif istiqamətlərdə öz əsərlərini təqdim ediblər.

Trendyol texnologiyanın gücündən istifadə edərək digər sahələrdə olduğu kimi, mədəniyyət və incəsənət sahəsində də müsbət təsir yaratmağı hədəfləyir. "Trendyol”un mədəniyyət sahəsində önəmli layihələrindən olan "Trendyol Sənət” Türkiyənin hər yerindən sənətsevərlərin əsərlərini bir araya gətirir. Layihə virtual dünyanın yaratdığı fürsətlərdən istifadə edərək sənətkarların zaman və məkandan asılı olmayaraq sənətə çıxışını təmin edir. Bu layihə ilə platforma 150-dən çox rəssam və 1000-ə yaxın sənət əsərini geniş auditoriyaya təqdim edir.

Trendyol artıq üçüncü ildir ki, BASE sərgisinə sponsorluq edir. Mədəniyyət və incəsənətə verdiyi dəstəklə seçilən şirkətin məqsədi yeni məzun olmuş rəssamların fəaliyyətlərini dəstəkləmək, onlara motivasiya vermək və əsərlərini geniş auditoriyaya çatdırmaqdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 06 Dekabr 2024 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see307

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see264

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see234

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see192

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see151

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see143

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see141

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see138

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see134

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see133

İdman etməyin faydaları

24 Oktyabr 2025 12:06see131

Tramp Kolumbiya və Meksikanın narkokartellərin nəzarəti altına keçdiyinə inanır

24 Oktyabr 2025 05:19see129

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see127

Flavinyo küsgündü: “Neftçi” ilə danışmışdıq ki...

24 Oktyabr 2025 11:12see125

“Daim təhlükə altındayıq” Sakinlərdən ŞİKAYƏT

24 Oktyabr 2025 18:31see124

“Toppuş bacı”nın qızı EFİRƏ ÇIXDI: “Dilarə xanım mənə anamı xatırladır” VİDEO

25 Oktyabr 2025 00:35see124

Gənclərdə ürək xəstəlikləri: Alimlər sağlam qalmağın yollarını araşdırıblar

25 Oktyabr 2025 07:44see123

Nazirliklərə məxsus avtomobillər satışa çıxarıldı QİYMƏTLƏR

24 Oktyabr 2025 19:31see121

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see120

Vüqar Bayramov: Təhsil sektorunda gender yanaşmanın nəzərə alınmasına ehtiyac var

24 Oktyabr 2025 16:31see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri