Icma.az
close
up
RU
TRIPP də ABŞ hərbçiləri yerləşdiriləcək? Ekspertdən İDDİALARA CAVAB

TRIPP də ABŞ hərbçiləri yerləşdiriləcək? Ekspertdən İDDİALARA CAVAB

Icma.az, Sherg.az saytına istinadən bildirir.

“Əməkdaşlıq platformasından geosiyasi qarşıdurma nöqtəsinə çevrilə bilər”

Hazırda Cənubi Qafqazda müzakirə olunan ən mühüm strateji məsələlərdən biri TRIPP marşrutudur. Azərbaycanın “Zəngəzur dəhlizi” adlandırdığı, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə isə “Trump Route for International Peace and Prosperity” adını alan bu layihə artıq sadəcə nəqliyyat infrastrukturu kimi deyil, regionun geosiyasi və iqtisadi mənzərəsini dəyişə biləcək strateji təşəbbüs kimi qiymətləndirilir.

Lakin layihənin Ermənistan ərazisindən keçməsi və burada ABŞ-ın mümkün rolunun gündəmə gəlməsi İranı narahat edir. Son günlər İran rəsmilərinin səsləndirdiyi sərt bəyanatlar göstərir ki, Tehran TRIPP-i yalnız iqtisadi və nəqliyyat layihəsi kimi deyil, həm də milli təhlükəsizlik və regional geosiyasi maraqları baxımından ciddi məsələ kimi qəbul edir.

 İranın TRIPP-ə etirazı yalnız diplomatik narazılıqla məhdudlaşmır. Tehran layihənin xüsusilə ABŞ-ın iştirakı ilə reallaşması ehtimalını Cənubi Qafqazda öz təhlükəsizlik maraqlarına təsir göstərə biləcək amil kimi qiymətləndirir. Bu isə TRIPP məsələsini regional nəqliyyat layihəsindən daha geniş geosiyasi müzakirənin mərkəzinə çevirir.

TRIIP layihəsi ətrafında cərəyan edən prosesləri şərh edən siyasi şərhçi Əhməd Şahidov Sherg.az-a bildirib ki, Azərbaycan layihənin reallaşdırılması istiqamətində öz üzərinə düşən işləri praktiki şəkildə həyata keçirir. Xüsusilə Naxçıvan istiqamətində dəmir yolu və avtomobil infrastrukturu üzrə işlərin sürətləndirilməsi Bakının layihəyə verdiyi strateji əhəmiyyəti göstərir: “Ermənistan tərəfində isə proses hələ daha çox hüquqi, institusional və hazırlıq mərhələsindədir. ABŞ və Ermənistan arasında TRIPP-in icrası ilə bağlı mexanizmlər formalaşdırılır, Ermənistan ərazisindən keçəcək dəmir yolu xətti üzrə mühəndislik məsələləri də gündəmdədir”.

Əhməd Şahidov TRIPP-lə bağlı son günlər yayılan bir iddiaya da aydınlıq gətirib. O bildirib ki, marşrutun Ermənistan ərazisindən keçən hissəsində ABŞ hərbi kontingentinin yerləşdirilməsi və təhlükəsizliyin ABŞ ordusu tərəfindən təmin olunması barədə hazırda konkret razılaşma və ya rəsmi qərar yoxdur:

“ABŞ-ın TRIPP-də mühüm iqtisadi, investisiya və idarəetmə rolunun olması avtomatik olaraq Amerika hərbçilərinin Ermənistan ərazisində yerləşdirilməsi anlamına gəlmir. Ermənistan layihənin öz ərazisindən keçən hissəsində suverenliyini qoruyur və prosesin Ermənistanın hüquqi çərçivəsi daxilində həyata keçirilməsi nəzərdə tutulur”.

Ekspertin fikrincə, İranın TRIPP-ə münasibətini yalnız nəqliyyat layihəsinə etiraz kimi qiymətləndirmək düzgün olmaz. Burada əsas amillərdən biri ABŞ-ın Cənubi Qafqazda artan siyasi və iqtisadi roludur: 

“İran uzun illərdir öz sərhədlərinə yaxın ərazilərdə ABŞ hərbi bazalarının və ya hərbi qüvvələrinin yerləşdirilməsinə həssas yanaşır. Bu baxımdan Tehran üçün əsas məsələ TRIPP-in özündən daha çox ABŞ faktorudur. İran hesab edir ki, ABŞ-ın regiondakı iqtisadi və siyasi təsirinin artması gələcəkdə təhlükəsizlik və hərbi təsir imkanlarının genişlənməsinə gətirib çıxara bilər. Üstəlik, TRIPP İran sərhədinə yaxın ərazidən keçir. Hər nə qədər ABŞ hərbçilərinin TRIPP marşrutu üzərində yerləşdirilməsi ilə bağlı konkret qərar olmasa da, İranın narahatlığı daha çox mümkün gələcək ssenarilərlə bağlıdır. Geosiyasətdə dövlətlər yalnız mövcud təhdidlərə deyil, potensial risklərə də reaksiya verirlər. Əgər Tehran gələcəkdə TRIPP-i milli təhlükəsizliyinə qarşı real təhdid kimi qəbul etsə, bu, vəziyyətin daha təhlükəli mərhələyə keçməsinə səbəb ola bilər. Belə halda marşrutun infrastrukturu və onunla əlaqəli obyektlər potensial təxribat və hücumların hədəfinə çevrilə bilər. Bu isə artıq yalnız Azərbaycan, Ermənistan və ya İran arasında məsələ olmayacaq, daha geniş regional eskalasiya riski yaradacaq”.

Şahidovun sözlərinə görə, TRIPP ABŞ-ın siyasi dəstəyi ilə həyata keçirilən beynəlxalq strateji layihəyə çevrildiyi üçün ona qarşı mümkün hərbi təhdid Vaşinqtonun da reaksiyasına səbəb ola bilər. Bu isə Cənubi Qafqazı ABŞ-İran qarşıdurmasının yeni müstəvisinə çevirmək təhlükəsi yaradır: “İranın əsas narahatlığı da məhz bundan ibarətdir. Tehran istəmir ki, ABŞ Cənubi Qafqazda, xüsusilə İran sərhədinə yaxın ərazidə uzunmüddətli və strateji mövcudluq qazansın. Bununla yanaşı, TRIPP-in yalnız geosiyasi rəqabət prizmasından qiymətləndirilməsi də doğru deyil. Layihənin əsas məqsədlərindən biri Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat bağlantısının yaradılması, Azərbaycan-Türkiyə əlaqələrinin gücləndirilməsi, Orta Dəhlizin imkanlarının genişləndirilməsi və Mərkəzi Asiya ilə Avropa arasında yeni nəqliyyat bağlantısının formalaşdırılmasıdır. Azərbaycan üçün bu layihənin strateji əhəmiyyəti çox böyükdür. Naxçıvanla birbaşa quru bağlantısının yaradılması, Türkiyə ilə nəqliyyat əlaqələrinin daha da gücləndirilməsi və Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarının genişlənməsi mühüm nəticələrdir. Ermənistan üçün isə uzun müddət kənarda qaldığı regional iqtisadi proseslərə yenidən inteqrasiya imkanı yaranır. 

Düzgün və təhlükəsiz şəkildə həyata keçirildiyi təqdirdə TRIPP yalnız Azərbaycan, Ermənistan və Türkiyə üçün deyil, Mərkəzi Asiya ölkələri və hətta İran üçün də müəyyən iqtisadi imkanlar yarada bilər. Burada əsas şərt isə təhlükəsizlikdir. TRIPP heç bir ölkəyə qarşı hərbi platformaya çevrilməməlidir. Layihənin mahiyyəti nəqliyyat, ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsidir. Onun ABŞ və İran arasında qarşıdurmanın yeni cəbhəsinə çevrilməsi isə bütün region üçün ciddi risklər yarada bilər”.

Əhməd Şahidov hesab edir ki, hazırda əsas məsələ TRIPP-in reallaşıb-reallaşmayacağı deyil, layihənin hansı siyasi və təhlükəsizlik modeli əsasında həyata keçiriləcəyidir:

“Azərbaycan öz ərazisində infrastrukturu inkişaf etdirir, Ermənistan layihənin hüquqi və praktiki icrasına hazırlaşır, ABŞ isə əsas strateji və iqtisadi tərəfdaş kimi çıxış edir. İran isə ABŞ-ın öz sərhədlərinə yaxın regionda təsirinin genişlənməsindən ehtiyat edir. Bu şəraitdə bütün tərəflərin maksimum ehtiyatlı davranması vacibdir. TRIPP Ermənistanın suverenliyinə hörmət, Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmalar və region ölkələrinin təhlükəsizlik narahatlıqları nəzərə alınmaqla həyata keçirilsə, Cənubi Qafqazda sülh və iqtisadi əməkdaşlığın mühüm sütunlarından birinə çevrilə bilər. Əks halda, yanlış təhlükəsizlik hesablamaları və mümkün təxribatlar layihəni əməkdaşlıq platformasından geosiyasi qarşıdurma nöqtəsinə çevirə bilər. Bu baxımdan TRIPP-in gələcəyi yalnız tikinti və infrastruktur işlərindən deyil, həm də layihənin regionda necə qəbul olunacağından asılıdır. Hazırda qarşıda duran əsas məsələ məhz bu iki ssenaridən hansının reallaşacağının müəyyən edilməsidir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Avqust 2026 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri