TRİPP Zəngəzur dəhlizi reallığa çevrilməkdədir
Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"ABŞ dövlət katibi Marko Rubionun dünən (8 avqust) verdiyi bəyanatda deyilir ki, Amerika hökuməti Cənubi Qafqaz və Orta Asiyada Transxəzər Ticarət Marşrutu (Orta Dəhliz) boyunca özəl sektor investisiyalarının təşviqi üçün fonda 201 milyon dollar vəsait ayırıb. Bu, o deməkdir ki, artıq TRİPP (orta dəhliz) layihəsi reallaşmağa başlayır".
Adalet.az xəbər verir ki, bunu siyasi şərhçi Qulu Məhərrəmli deyib.
"Bir il əvvəl ABŞ prezidenti D.Trampın ev sahibliyi ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Ağ Evdə bir araya gəlmişdilər. Onların imzaladığı Birgə Bəyannamədə Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu - TRIPP təşəbbüsü yer almışdı. Bu marşrut Azərbaycanı Naxçıvan eksklavı ilə Ermənistanın cənubundan keçməklə birləşdirməlidir.
Azadlıq radiosu ABŞ-nin dövlət katibi M.Rubioya istinadən bildirir ki, son bir ildə Birləşmiş Ştatlar bu təşəbbüsü reallaşdırmaq üçün Ermənistan və Azərbaycanla çiyin-çiyinə çalışıb: “Dəmir yollarını, avtomobil yollarını, enerji və rəqəmsal infrastrukturu modernləşdirəcək multimodal tranzit marşrutu olan TRIPP artıq reallığa çevrilmək üzrədir".
Ermənistanla ABŞ-nin iyunun əvvəlində imzaladığı sazişə əsasən ABŞ-Ermənistan birgə müəssisəsi yaradılacaq və o, Ermənistan-İran sərhədi boyunca inşa ediləcək dəmir və avtomobil yollarını, enerji xətlərini, eləcə də digər infrastruktur obyektlərini ən azı 49 il müddətinə idarə etmək hüququ qazanacaq. "TRIPP Development Company"nin (TDC) 74 faiz payı ABŞ hökumətinə məxsus olacaq", - deyə o bildirib.
Vasif ƏLİHÜSEYN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 11 Avqust 2026 16:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















