Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Sankt Peterburqda sülh və Zəngəzur dəhlizi (TRİPP) mesajı...

Sankt Peterburqda sülh və Zəngəzur dəhlizi (TRİPP) mesajı...

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

İrəvan Azərbaycanın regional inkişaf strategiyasını qəbul etdiyini bəyan edir

Region artıq keçmişin münaqişə yükünü deyil, gələcəyin əməkdaşlıq imkanlarını daşımağa başlayır

Artıq 5 ildir ki, yeni inkişaf mərhələsi yaşayan, yeni siyasi reallıqlara əsaslanan Cənubi Qafqaz özünün identikliyi ilə beynəlxalq münasibətlər sistemində önə çıxmaqdadır. Bu mərhələ regionun həyatında yeni - sabit, inkişafa yönəlik dövrün başlanğıcı kimi də qeyd edilə bilər. Bu gün yeni iqtisadi nizamın formalaşdığı zamanda Cənubi Qafqazın stabil və sabit məkan kimi şöhrət tapması, tanınması qlobal diqqəti bizim coğrafiyaya fokuslandırır.

Sirr deyil ki, son beş ildə Cənubi Qafqazda baş verən fundamental geosiyasi dəyişikliklər isə bölgədə sülhün alternativsiz olduğunu açıq şəkildə ortaya qoyub. 2020-ci il Vətən müharibəsi və ardınca həyata keçirilən lokal antiterror tədbirləri regionda onilliklər boyu mövcud olan qeyri-müəyyənlik, işğal və qarşıdurma mərhələsinə son qoyaraq tamamilə yeni siyasi reallıq formalaşdırdı. Bu reallıq tək Azərbaycan üçün deyil, bütövlükdə, Cənubi Qafqaz üçün inkişafın, əməkdaşlığın və təhlükəsizliyin yeni mərhələsinin əsasını qoydu.

Cənubi Qafqaz üçün yeni imkanlar, yeni əməkdaşlıq formatları və dayanıqlı inkişaf perspektivləri...

Son bir ildə baş verənlərə nəzər salsaq görərik ki, artıq sülh ideyası romantik çağırış deyil - sülh ideyası qlobal aləmdə də obyektiv zərurət kimi qəbul olunur. İstər bölgə dövlətləri, istərsə də beynəlxalq güclər Avrasiyanın yeni iqtisadi-siyasi konfiqurasiyasının məhz Cənubi Qafqazda sabitlik və əməkdaşlıq mühitinin formalaşmasından birbaşa asılı olduğunu həm qəbul edir, həm də təsdiqləyir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişdiyi bu strateji coğrafiyada sülhün möhkəmlənməsi ticarət, enerji, logistika və kommunikasiya imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir. Məhz bu səbəbdən regionda sülh təkcə yerli dövlətlərin deyil, qlobal güc mərkəzlərinin də maraq dairəsindədir.

Avqust ayında Vaşinqtonda keçirilən yüksək səviyyəli görüşlər sülh prosesinin real və geri dönməz mərhələyə keçdiyini göstərdi. Diplomatik müstəvidə əldə olunan razılaşmalar, tərəflərin açıq bəyanatları və praktiki addımlar sübut edir ki, artıq proses deklarativ səviyyəni geridə qoyub. Bu mərhələ Cənubi Qafqaz üçün yeni imkanlar, yeni əməkdaşlıq formatları və dayanıqlı inkişaf perspektivləri vəd edir. Ən diqqətçəkən məqam isə ondan ibarətdir ki, sülhün reallaşması faktını artıq Ermənistanın siyasi rəhbərliyi də açıq şəkildə etiraf edir.

Paşinyanın etirafı: mühüm və müsbət proseslər...

Yeri gəlmişkən, Ermənistanın baş naziri Nikol Paşinyan Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı Ermənistanla Azərbaycan arasında sülhün artıq bərqərar olduğuna əminliyini ifadə edib. O, Cənubi Qafqazda mühüm və müsbət proseslərin baş verdiyini bildirib. Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında əldə olunmuş sülh İrəvanla Moskva arasında ikitərəfli münasibətlərin gələcək inkişafı üçün yeni imkanlar açır.

Paşinyanın səsləndirdiyi fikirlər Cənubi Qafqazda formalaşmış yeni reallıqların rəsmi İrəvan tərəfindən qəbul edildiyinin növbəti nümayişidir. Paşinyanın bölgədə “mühüm və müsbət proseslərin baş verdiyini” bəyan etməsi, əslində, uzun illər Ermənistanın yürütmüş olduğu konfrontasiya siyasətinin iflasa uğradığının açıq etirafıdır. Onun Ermənistan-Azərbaycan sülhünün İrəvan-Moskva münasibətlərinin gələcək inkişafı üçün yeni imkanlar açdığını vurğulaması da təsadüfi deyil. Bu, Ermənistanın regionda təcrid vəziyyətindən çıxmaq və əvvəlki balanssız siyasətinin nəticələrini aradan qaldırmaq cəhdidir. Paşinyan artıq anlayır ki, Azərbaycanla sülh olmadan nə Rusiya ilə münasibətləri sağlam müstəviyə qaytarmaq, nə də regionda etibarlı tərəfdaş imici formalaşdırmaq mümkündür.

Əslində, bu açıqlama Ermənistanın regional siyasətində məcburi transformasiyanın göstəricisidir. Azərbaycan tərəfindən yaradılan yeni təhlükəsizlik və əməkdaşlıq arxitekturası İrəvanı reallıqları qəbul etməyə vadar edir. Bakı sülh gündəliyini ardıcıl və prinsipial şəkildə irəli sürməklə Ermənistana açıq seçim təqdim edir: ya regional əməkdaşlığa qoşulmaq, ya da tam geosiyasi dalana çevrilmə riski ilə üz-üzə qalmaq - artıq seçim İrəvanındır.

“Tarixi hadisə”: Bakının qətiyyətinin nəticəsi

Ermənistanın hökumət başçısı görüşdə, həmçinin Ermənistanla Azərbaycan arasında sülhün artıq reallaşdığını hesab etdiyini bildirib və dəmir yolu əlaqəsinin bərpa olunmasına diqqət çəkib. “Düşünürəm ki, bu, həqiqətən tarixi hadisədir. Sizin də qeyd etdiyiniz kimi, yeni imkanlar açılır”, - deyə o əlavə edib.

Nikol Paşinyanın Ermənistanla Azərbaycan arasında sülhün artıq reallaşdığını bildirməsi və dəmir yolu əlaqələrinin bərpasını “tarixi hadisə” kimi dəyərləndirməsi prosesin hansı mərhələyə çatdığını açıq şəkildə göstərir. Bu bəyanat, əslində, Azərbaycanın uzun illərdir müdafiə etdiyi kommunikasiya xətlərinin açılması konsepsiyasının haqlı və strateji baxımdan düzgün olduğunu bir daha təsdiqləyir. Aydındır ki, dəmir yolu əlaqələrinin bərpası təkcə iki ölkə arasında texniki-logistik məsələ deyil. Bu, regionun iqtisadi xəritəsini dəyişən fundamental addımdır. Azərbaycan bu prosesi zorakılıqla deyil, siyasi iradə, hüquqi əsaslar və beynəlxalq legitimlik çərçivəsində reallaşdırmağa nail olub. Bakının qətiyyəti və prinsipial mövqeyi nəticəsində Ermənistan nəhayət, başa düşüb ki, regional kommunikasiyaların açılması onun özü üçün də iqtisadi və siyasi baxımdan faydalıdır. Bu “tarixi hadisə”nin baş tutmasının əsas səbəbi Azərbaycanın liderlik rolu və strateji baxışıdır. Bakı sülhü güzəşt və ya diktə kimi deyil, qarşılıqlı maraqlar əsasında formalaşan rasional proses kimi təqdim edir. Nəticədə Ermənistan uzun müddət müqavimət göstərdiyi reallıqla barışmağa məcbur qalır. Bu, sülh prosesinin əsas uğur göstəricilərindən biridir.

Yeni regional gələcəyin konturları

N.Paşinyan, eyni zamanda, Ermənistanın ABŞ ilə “Beynəlxalq Sülh və Rifah naminə Tramp marşrutu” (TRIPP) layihəsi üzrə apardığı ikitərəfli danışıqların konstruktiv xarakter daşıdığını bildirib. O qeyd edib ki, bu layihənin həyata keçirilməsi Ermənistan-Rusiya münasibətlərinə dair bir sıra məqamlarla bağlıdır və MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində Rusiya Prezidenti ilə baş tutan görüşün bütün bu məsələlərin müzakirəsi üçün yaxşı fürsət olduğunu vurğulayıb.

Paşinyanın ABŞ ilə “Beynəlxalq Sülh və Rifah naminə Tramp marşrutu” (TRIPP) layihəsi üzrə aparılan danışıqları konstruktiv adlandırması bir daha onu göstərir ki, Cənubi Qafqaz artıq qapalı qarşıdurma zonası deyil, qlobal layihələrin kəsişmə nöqtəsinə çevrilməkdədir. Zəngəzur dəzlizinin (TRIPP) reallaşması regionun gələcək iqtisadi və nəqliyyat arxitekturasının formalaşmasına ciddi təsir göstərə bilər. Burada əsas məqam ondan ibarətdir ki, bu cür layihələrin uğuru birbaşa Azərbaycanla sülhün mövcudluğundan asılıdır. Ermənistan bunu artıq anlayır və sülh gündəliyinin gələcək perspektivini dərk edir.

Paşinyanın Rusiya ilə münasibətlər kontekstində bu layihəni müzakirə etməsi də Ermənistanın balans axtarışında olduğunu göstərir. Lakin bu balansın mərkəzində yenə də Azərbaycan faktoru dayanır. Bakı regionda elə bir yeni reallıq yaradıb ki, bütün güclər və tərəflər, beynəlxalq aktorlar bu reallıqla hesablaşmağa məcburdur. Zəngəzur dəhlizi (TRIPP) kimi təşəbbüslər də məhz bu yeni gələcəyin iqtisadi əsaslarını formalaşdıracaq.

Sülh artıq siyasi şüar deyil

Cənubi Qafqazda sülh artıq siyasi şüar deyil, formalaşmaqda olan real prosesdir. Bu prosesin mərkəzində isə Azərbaycanın qətiyyəti, prinsipial mövqeyi və uzaqgörən siyasəti dayanır. Regionda yeni münasibətlər sistemi məhz Bakının təşəbbüsləri əsasında qurulur və bu sistem qarşıdurmaya deyil, əməkdaşlığa əsaslanır. Ermənistanın sülhü etiraf etməsi, kommunikasiya xətlərinin açılmasını dəstəkləməsi və regional layihələrə maraq göstərməsi Azərbaycanın yaratdığı yeni reallıqların nəticəsidir. Bu, eyni zamanda, sübut edir ki, güc və hüquq balansını düzgün quran dövlət sonda istədiyi nəticəyə sülh yolu ilə nail ola bilir.

Sülh Cənubi Qafqazın gələcəyi üçün ən zəruri amildir. Bu gələcək sabitlik, inkişaf və rifah üzərində qurulur. Azərbaycanın formalaşdırdığı yeni münasibətlər sistemi isə bu gələcəyin əsas təminatçısı kimi çıxış edir. Region artıq keçmişin münaqişə yükünü deyil, gələcəyin əməkdaşlıq imkanlarını daşımağa başlayır.

Pərviz SADAYOĞLU

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:296
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 Dekabr 2025 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see326

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see265

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see261

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see254

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see252

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see239

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see232

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see230

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see228

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see226

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see223

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see219

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see217

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see212

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see208

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see194

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see193

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see189

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see181

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri