Icma.az
close
up
RU
Tromb xəstəliklərini COVID peyvəndi aktivləşdirib? Kardioloqdan SENSASİON AÇIQLAMA

Tromb xəstəliklərini COVID peyvəndi aktivləşdirib? Kardioloqdan SENSASİON AÇIQLAMA

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son illər əhali arasında sağlamlıqla bağlı ən geniş yayılan problemlərdən biri də tromblaşmadır.
Tromblar, qan damarlarında yaranan qan laxtalarıdır və vaxtında müalicə edilmədikdə həyati təhlükə yarada bilər. Bu laxtalar, xüsusilə ürək və ağciyər damarlarında yaranarsa, ölümə səbəb olur. Ürək-damar xəstəlikləri və ağciyər emboliyası kimi ağır hallar, trombların səbəb olduğu həyati təhlükələri artırır. Bu səbəbdən trombların vaxtında aşkarlanması və düzgün müalicəsi, insanların sağlamlığını qorumaq üçün böyük əhəmiyyət daşıyır. Statistika göstərir ki, hər il tromboemboliyadan ölən insanların sayı xərçəngdən ölənlərin sayından daha çoxdur.

Azərbaycan isə dünyada ürək xəstəliklərindən ölümə görə ikinci yerdədir. Trombu yaradan səbəblər daha çox düzgün həyat tərzi sürməmək, zərərli vərdişlər, irsi olaraq da qiymətləndirilə bilər. Lakin cəmiyyətdə insanlar tərəfindən COVID-19 peyvəndinin də tromb xəstəliklərini aktivləşdirməsi yönündə fikirlər dolaşır, tez-tez müzakirə edilir.

İddialara görə, ölkəmizdə ürək xəstəliklərinin gəncləşməsi və ölüm hallarının artmasına səbəb koronavirusa qarşı vurulan vaksinlərdir. Məhz vaksinasiyadan sonra əksər insanlarda yeni xəstəliklərin baş qaldırması, ürəktutmaların, qəfil ölümlərin çoxalması barədə söyləntilər var.
Bu fikrin doğruluq payı varmı? Ümumiyyətlə, trombun yaranma səbəbləri nədir?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan kardioloq Şəmşir Vəliyev bildirib ki, ürək damar sistemi xəstəlikləri ölkəmizdə ölümün başlıca səbəblərindən biri hesab edilir:
“Damarın divarından qopmuş tromb qan axını ilə daha nazik damarlara düşə bilər ki, bu da infarkt, insult, tromboemboliyaya səbəb ola bilər”.
Onun sözlərinə görə, cəmiyyətdə və sosial şəbəkələrdə tez-tez səsləndirilən COVID-19 peyvəndinin tromplaşmaya səbəb olması fikri doğru deyil.
“Pandemiyadan sonra ürək-damar xəstəliklərinin sayı artdı. Buna da səbəb orqanizmdə baş verən dəyişikliklərdir. Tromb damarın divarını sanki yapışdırır ki, qanaxma yaranmasın. Bu orqanizmin qoruyucu mexanizmlərdən biridir.
Koaqlupatiya dəyişiklikləri orqanizmdə laxtalanma amillərinə təsir göstərir. Bu, həm infarkt, həm də beyin qan dövranının işemik insultu kimi xəstəliklərə gətirib çıxarır”,- deyə o fikrini yekunlaşdırıb.
Dərmanları təsdiq edən təşkilatlar və ictimai səhiyyə qurumları son iki il ərzində peyvəndlərin mənfi təsirlərini araşdırmaq üçün böyük səy göstəriblər. Tədqiqatlar göstərir ki, peyvəndlər xəstəliyin ağırlaşmasına və ölüm hallarının artmasına mane olur. İctimai səhiyyə qurumları bildirirlər ki, peyvəndlərin ciddi yan təsirlərinə nadirən rast gəlinir.
Britaniyanın Milli Səhiyyə Xidməti (NHS) də rəsmi açıqlamasında bu fikirdə olduğunu bəyan edib. ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) məlumatına görə, ən ciddi mənfi təsirlərin indiyə qədər məlum olan Pfizer peyvəndi vurulmuş gənclərdə miokardit və perikardit (ürək iltihabı): 12-15 yaş aralığında hər milyon dozaya 70,7 hal; 16-17 yaş aralığında hər milyon dozaya 105,9 hal; 18-24 yaş aralığında hər milyon dozaya 52,4 hal olaraq qiymətləndirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 02 Aprel 2025 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see257

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see247

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see203

Kürdəmirdə bir kəndə canavar hücumu: bu dəfə... FOTOLAR

25 Noyabr 2025 14:53see175

Yüksək Liqa: UNEC Murov AZ Terminal la münasibətlərə aydınlıq gətirəcək

25 Noyabr 2025 09:57see175

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see170

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see163

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see152

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see141

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see138

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see136

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see134

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see133

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see133

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see133

Qazaxıstan Xəzərdə yeni dəniz limanı tikməyi planlaşdırır

25 Noyabr 2025 21:48see130

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see127

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see126

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see124

Bloomberg : Hindistan Rusiya neftini almağın yolunu tapıb

26 Noyabr 2025 02:00see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri