Icma.az
close
up
RU
İdman zalında qəfil ölümlərin əsas səbəbi bu yanaşmadır Kardioloqdan AÇIQLAMA

İdman zalında qəfil ölümlərin əsas səbəbi bu yanaşmadır Kardioloqdan AÇIQLAMA

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Ürək, bəlkə də, insan bədənində ən maraqlı orqanlardan biridir. Bir tərəfdən saniyələr içində bütün həyatı dayandıra biləcək qədər güclüdür, digər tərəfdən də ən kiçik səhvdən təsirlənəcək qədər həssasdır. Biz bəzən şahid oluruq ki, ürək dayanır, amma tibbi müdaxilə ilə yenidən işləməyə başlayır. Bu, insan üçün böyük şansdır. Amma ikinci şansı qazanan adam əvvəlki həyat tərzinə eyni qaydada davam etməməlidir. Çünki ürəyin dayanması artıq təsadüf deyil, bu, çox ciddi bir xəbərdarlıqdır".
Bunu Demokrat.az-a açıqlamasında kordioloq Aytən Yüzbaşıyeva deyib:
O, bildirib ki, gizli və ya aşkar ürək xəstəliyi olan insanlar özlərini idman zalına atır, ağır məşqlərə başlayır:
"Hətta bədəni daha tez böyütmək, gücləndirmək üçün müxtəlif preparatlardan istifadə edirlər. Bu, çox təhlükəli yanaşmadır. Çünki əzələ böyüdükcə ürəyin yükü də artır. Ürək artıq zəifləyibsə, bu yüklə ayaqlaşmaq çox çətin olur. Bəzən elə idman zallarında qəfil ürək dayanması hadisələri ilə qarşılaşırıq və bunun əsas səbəbi də məhz bu yanlış düşüncədir".
Kordioloqun sözlərinə görə, sağlam qalmaq üçün idman etmək mütləqdir, amma idman yarış meydanı deyil:
"Məşq proqramı ürəyin imkanlarına uyğun, yüngül və tədricən artırılan formada olmalıdır. İnsan gücünü artırmaq istəyərkən ürəyini sınağa çəkir. Unutmaq olmaz ki, əzələlər gücləndikcə ürək də onlara qan göndərməlidir. Yəni ürəyin gücü əzələlərin gücü ilə uyğun gəlməlidir. Əgər ürək zəifdirsə, ağır idman, anabolik preparatlar, hətta enerji içkiləri belə ürəyə “son damla” ola bilər. Biz çox vaxt məhz bu səbəbdən idman zalında qəfil infarkt hadisələrinə rast gəlirik.
Ağır dəmir qaldırmaq, anabolik preparatlar və ya sürətli nəticə vəd edən üsullar ürək üçün ən böyük riskdir. Əslində bir cümlə ilə desək, insan bədənini yox, ürəyini gücləndirməyə çalışmalıdır. Çünki ürək dayananda nə əzələ, nə də bədən gözəlliyi heç bir şey ifadə etmir".
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 Oktyabr 2025 19:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see724

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see205

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see202

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see191

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see190

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see166

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see159

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see153

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see149

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see144

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see144

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see141

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri