Icma.az
close
up
RU
Sabiq nazirlərin pensiyası nə qədər olacaq? Özləri danışdı

Sabiq nazirlərin pensiyası nə qədər olacaq? Özləri danışdı

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

2026-cı ildə pensiya və sosial ödənişlər üçün ayrılan vəsaitlərin əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır. Bu konteksdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin Milli Məclisdəki son çıxışı diqqət çəkib. O bildirib ki, gələn il əmək pensiyalarının maliyyələşdirilməsinə yönəldilən xərclər 2025-ci illə müqayisədə 10,9% artacaq. Yəni pensiyaların təxminən 9,2% indeksasiyası gözlənilir və bunun nəticəsində orta aylıq pensiyanın 590 manata, yaşa görə pensiyanın isə 629 manata yüksələcəyi proqnozlaşdırılır. Aparılan dəyişikliklər cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Sadə vətəndaşlarla yanaşı, sabiq deputat və keçmiş nazirlərin də pensiyalarının artırılacağı bildirilib.

Onların ödənişləri nə qədər artacaq?

Globalinfo.az-a danışan sabiq maliyyə naziri Fikrət Yusifov deyib ki, bu məsələdə ayrı-seçkilik olmur:

Fikrət Yusifov

“Yəni burada vətəndaşın pensiyası əvvəllər hansı vəzifədə çalışmasından asılı olmayaraq, ölkədə mövcud olmuş infilyasiya səviyyəsinə uyğun olaraq indeksasiya edilir”.

Sabiq baş nazir Pənah Hüseyn bildirib ki, pensiyaların nə qədər artacağı barədə hələlik dəqiq məlumatı yoxdur:

Pənah Hüseyn

“Artımın konkret məbləği adətən fevral ayında məlum olur. Pensiya və təqaüdlər eyni qaydada artırılır. Fikrimcə, burada deyilən artım inflyasiya və digər illik iqtisadi göstəricilərin hesablanması ilə bağlı ümumi indeksasiyanı əhatə edir. Yazılanlara əsasən, bu artım bütün pensiya və təqaüdlərə şamil olunur”.

İqtisadçı Fuad İbrahimov isə qeyd edib ki, gələn ilin planlaşdırılan büdcə sənədlərində sabiq deputat və keçmiş nazirlərin ayrıca göstərilməsi ilə bağlı hər hansı müddəa yoxdur:

Fuad İbrahimov

“Bu qərarda artımın xüsusi olaraq deputatlara və ya keçmiş nazirlərə aid olması barədə xüsusi qeyd yoxdur. Planlaşdırılan artım bütün növ pensiya və təqaüdlərə şamil olunur. İndeksasiya da 9,2% səviyyəsində həyata keçiriləcək. Bunun çox və ya az olması ayrıca müzakirə mövzusudur, amma prinsip etibarilə hər kəsə tətbiq edilir. Pensiya və təqaüd hüququ olan bütün şəxslər bu artımdan faydalanacaqlar”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 Noyabr 2025 07:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri