Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Bakıda narahatlıq doğuran görüntü 6 ay sonra yenə yaşandı

Bakıda narahatlıq doğuran görüntü 6 ay sonra yenə yaşandı

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Bakıda SSRİ bayraqları ilə yürüş keçirməyə cəhd edən qrupun aşkarlanması cəmiyyətdə ciddi narahatlığa səbəb olub. Hadisənin fonunda İmişlidə Ağsaqqallar Şurası sədrinin 9 may tədbirləri zamanı imperializmin simvolu olan “Georgi lenti” ilə görüntülənməsi də xatırlanıb. Hazırkı proseslər ölkədə “SSRİ nostalgiyası” adı altında gizli fəaliyyətin mövcudluğu barədə suallar yaradıb.

SSRİ simvollarını təbliğ edənlərin niyyəti nədir? Belə hadisələr nədən xəbər verir?

Globalinfo.az-a danışan deputat Ceyhun Məmmədov deyib ki, bu cür addımlar qəbuledilməzdir:

Ceyhun Məmmədov

“Azərbaycan bu gün müstəqil və güclü dövlətdir, buna görə də belə məsələlərdə xüsusilə diqqətli olmalıyıq. Bir azərbaycanlının bu təbliğatı aparması və bu cür addımlar atması həm düşündürücü, həm də yolverilməzdir. Vətəndaşlarımız təxribat xarakterli təşəbbüslərə qoşulmamalıdırlar. Sözügedən hərəkətlər ciddi narahatlıq doğurur və ölkəmizin müstəqilliyinə qarşı atılmış addımdır. Görünən odur ki, bu cür şəxslər kənardan yönləndirilir və istifadə olunurlar.

Əvvəllər də bu cür təxribatların müxtəlif təzahürləri ilə rastlaşmışıq və dövlət buna qarşı sərt tədbirlər görüb. Gələcəkdə də analoji hallarla bağlı qəti mövqe nümayiş etdirmək lazımdır. Hər bir vətəndaş bu məsələlərdə məsuliyyətli davranmalı və Azərbaycan dövlətçiliyinə zidd addımlara yol verməməlidir”.

Politoloq Oqtay Qasımov isə bildirib ki, Azərbaycanda hələ də köhnə kommunist ideologiyasına inanan, onu təbliğ etməyə çalışan qüvvələrin olması təəssüf doğurur:

“SSRİ bayrağının qaldırılması, “Georgi lenti”nin taxılması və bu kimi simvolika ilə təbliğatın aparılması qanunla qadağan edilməlidir. Belə hallar ölkədə müəyyən şəbəkələrin formalaşdığını və lazım olan anda aktivləşdirildiyini göstərir. Burada söhbət klassik kommunist ideologiyasından deyil, Rusiya dövlətinin maraqlarına xidmət edən və sovet imperiyasının bərpasını hədəfləyən yanaşmadan gedir. Bu cür fəaliyyətlər Azərbaycanın müstəqilliyinə qarşı hörmətsizlik kimi qiymətləndirilməlidir. Hesab edirəm ki, hüquq-mühafizə orqanları bu hallara qarşı qanunun tələblərini ciddi şəkildə tətbiq etməlidir”.

Oqtay Qasımov

Politoloq qeyd edib ki, SSRİ simvolunun təbliği və bu ideologiyanın yayılması Azərbaycan dövlətçiliyini qəbul etməmək, ölkəni yenidən Rusiyanın təsiri altına qaytarmaq cəhdidir:

“Belə addımların qarşısı ən sərt şəkildə alınmalı, onların təkrarlanmasına imkan verilməməlidir. Təbliğat və maarifləndirmə işləri də gücləndirilməlidir. Bu ideologiyanın tarixən ölkəmizə fəsadlar gətirdiyi, Azərbaycanın uzun illər müstəmləkə vəziyyətində saxlanmasına səbəb olduğu aydın şəkildə izah edilməlidir. Əks halda, bu cür təşəbbüslər digər xarici təsir şəbəkələrinin də fəallaşmasına şərait yarada bilər. Keçmişdə Kommunist Partiyasının fəaliyyətinə icazə verilməsi və onun nümayəndələrinin mediada təbliğata çıxış imkanı əldə etməsi ciddi səhv idi. Belə yanlışlara bir daha yol verilməməlidir”.

Qeyd edək ki, sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən bir qrup şəxsin videogörüntüləri yayılıb. Noyabrın 26-da təşkilatçı şəxslər Abdulla İbrahimli, İbrahim Əsədli və yürüşdə iştirak etmiş digər şəxslər müəyyən olunaraq saxlanılıb və barələrində cinayət işi başlanılıb. Adı çəkilən şəxslərə məxsus ofis və mənzillərə baxış zamanı kommunist ideologiyasının təbliğinə yönəlik çox saylı materiallar, bayraqlar, radikallığı təbliğ edən kitab nüsxələri, CD-disklər və digər elektron cihazlar aşkarlanaraq götürülüb.

Ləman İmran
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 Noyabr 2025 08:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see653

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see328

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see312

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see307

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see300

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see297

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see277

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see276

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see269

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see268

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see254

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see252

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see230

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see220

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see220

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see219

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see213

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see209

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see205

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri