Icma.az
close
up
RU
Tropik cənnətdə xaos: Havayda ilk sunami dalğaları qeydə alındı

Tropik cənnətdə xaos: Havayda ilk sunami dalğaları qeydə alındı

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Kamçatkada (Rusiya) baş verən güclü zəlzələdən sonra yaranan sunami təhlükəsi səbəbindən Havay adalarının sahil bölgələrində nəqliyyat kollapsı müşahidə olunur - minlərlə sakin və turist sahil zonalarını tələsik tərk edərək təpəliklərə doğru hərəkət edirlər. Adaların dərinliklərinə gedən yollar tıxaclarla iflic olub.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə sosial şəbəkələrdə kadrlar yayılıb.

Yerli mətbuatın məlumatına görə, ilk sunami dalğaları artıq qeydə alınıb. Ştatda həyəcan siqnalları işə salınıb və təxliyə prosesi başlayıb. Hotellərdə aşağı mərtəbələrdə qalanlar yuxarı mərtəbələrə yerləşdirilir, bir çoxu dəhlizlərdə çadırlar qurur.

View this post on Instagram

A post shared by Oxu.Az (@oxuaz)

Sosial şəbəkələrdə isə yerli sakinlər məşhur amerikalı aparıcı Opra Uinfrini tənqid edirlər. Onlar iddia edirlər ki, o, şəxsi yolunu ictimaiyyətin istifadəsinə açmaqdan imtina edir və bu da tıxacların daha da güclənməsinə səbəb olur. Opra Uinfriyə Maui adasında 518 hektar torpaq sahəsi məxsusdur.

Eyni zamanda, Havay ştatının paytaxtı Honoluluda çimərliklər boşalıb, insanlar Oahu adasının mərkəzinə doğru köçürülürlər. Qeyd edək ki, Honolulu yaxınlığında yerləşən Perl-Harborda ABŞ-nin Sakit Okeanın mərkəzində əsas dəniz bazası yerləşir.

Yeri gəlmişkən, ştatın müxtəlif adalarında bir çox Hollivud ulduzlarının mülkləri var. Bunlara Conni Depp, Metyu Makkonahi, Vudi Harrelson, Ouen Uilson, Pirs Brosnan, Klint İstvud, eləcə də iş adamları Mark Zukerberq və Ceff Bezos daxildir.

Qeyd edək ki, sunami təhlükəsi yalnız Havayla məhdudlaşmır. ABŞ-nin Kaliforniya və Oreqon ştatlarında, həmçinin Çinin şərq sahillərində, Tayvan, Yaponiya, Çili, Peru, Meksika, Ekvador və Solomon adalarında da sunami xəbərdarlığı elan olunub.

Xatırladaq ki, iyulun 30-da yerli vaxtla saat 11:24-də (Bakı vaxtı ilə 3:24) Sakit okeanda Kamçatka yaxınlığında 8.7 bal gücündə zəlzələ baş verib. Təkanların episentri Petropavlovsk-Kamçatskdan 161 km şərqdə, 32 km dərinlikdə yerləşib. Bu, 1952-ci ildən bəri regionda baş verən ən güclü zəlzələdir. Sunami təhlükəsi elan edilib, dörd metrə qədər hündürlükdə dalğalar qeydə alınıb. Artıq bir neçə nəfər xəsarət alıb, hələ itki yoxdur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://oxu.az
archiveBu xəbər 30 İyul 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri