Icma.az
close
up
RU
Troya müharibəsinin alternativ sonu: Danışılmamış hekayə Roma mozaikasında ortaya çıxdı

Troya müharibəsinin alternativ sonu: Danışılmamış hekayə Roma mozaikasında ortaya çıxdı

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İngiltərədəki bir villanın döşəməsində aşkar edilən IV əsrə aid Roma mozaikası Axilles və Hektor arasındakı döyüşün əvvəllər məlum olmayan detallarını üzə çıxarıb. 

Qaynarinfo xəbər verir ki, fidiyə və cəsədlərin süründürülməsi səhnələrinin 800 il əvvəl itib-batan bir yunan faciəsinə aid olduğu müəyyən edilib və bununla da antik tarixə dair təsəvvürlər yenidən formalaşıb.

Ketton mozaikası kimi tanınan bu əsər Troya müharibəsinin tanınmış təsvirlərindən fərqli, itirilmiş bir versiyanı göstərir. Tədqiqatçılar mozaikanın Homerin "İliada"sına deyil, daha az tanınan başqa bir mənbəyə əsaslandığını bildirirlər.

Təxminən 10 metrə 5,3 metr ölçülərində olan mozaika böyük bir Roma villasının yemək otağının döşəməsini örtüb. Mozaika eramızın IV əsrində istifadə olunub, lakin ilkin araşdırmalar villanın daha əvvəl də yaşayış yeri ola biləcəyini göstərir.

Mozaikada yunan qəhrəmanı Axilleslə Troya şahzadəsi Hektor arasındakı qarşıdurmanı təsvir edən üç səhnə yer alır. İlk paneldə Hektorun Axillesin yaxın dostu Patroklosu öldürməsindən sonra baş verən döyüş təsvir olunur. İkinci səhnədə Axillesin Hektorun cəsədini döyüş arabasının arxasına bağlayaraq sürüməsi göstərilir. Üçüncü paneldə isə Axillesin Hektorun atası kral Priamosdan cəsədin çəkisi qədər qızıl fidyə alması əks olunub.

Başlanğıcda tədqiqatçılar mozaikin Homerin "İliada”sında təsvir olunan olayları anladığını düşünürdülər. Lakin Lester Universitetindən tarixçi Ceyn Masseqlia və komandası tərəfindən aparılan araşdırma göstərib ki, mozaikdəki bəzi elementlər Homerin versiyası ilə uyğun gəlmir.

Məsələn, "İliada”da Axilles Hektorun cəsədi üçün fidyə qəbul etməyəcəyini açıq şəkildə bildirir, mozaikada isə fidyənin qəbul edildiyi görünür. Həmçinin mozaikdə Axilles Hektorun cəsədini Patroklosun məzarı ətrafında sürüklədiyi halda, "İliada”da cəsəd Troya qalalarının ətrafında sürüklənir.

Tədqiqatçılar hesab edir ki, bu fərqlər eramızdan əvvəl V əsrin əvvəlində Afina dramaturqu Eskil tərəfindən yazılan və bu günə yalnız parçalarla gəlib çatan "Friklər” adlı faciədən qaynaqlanır. "Friklər” mozaikada hadisələri eyni şəkildə təsvir edən yeganə məlum mənbə kimi seçilir.

Mozaikanın ilham mənbəyini anlamaqda üslub xüsusiyyətləri də mühüm rol oynayır. Masseqlia bildirir: "Ketton mozaikada yalnız Eskilin versiyasını təsvir edən səhnələri tapmadıq, həm də ən üst panelin mozaikdən 800 il əvvəl Eskilin dövründən qalmış bir yunan saxsı qabı üzərindəki dizayna əsaslandığını müəyyən etdik".

Mozaikadakı digər elementlərin də Yunanıstan, Türkiyə və Qalyadan qalmış qədim gümüş məmulatlar, sikkələr və keramika nümunələrinin təsvirlərinə istinad etdiyi vurğulanır. Bu nəticələr Britaniyadakı Roma ustalarının klassik dünyadan təcrid olunmadığını, əksinə geniş ticarət şəbəkəsinin bir hissəsi olduqlarını göstərir. Tədqiqatçılar belə yazırlar: "Kettonda Roma Britaniyasının sənətkarlığını görürük, lakin dizayn mirası tamamilə Aralıq dənizi dünyasına bağlıdır".

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 12 Dekabr 2025 23:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see179

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see153

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see149

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri