TRT də ciddi şərhçi səhvi: DÇ 2026 dan uzaqlaşdırıldı Video
Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.
TRT-də yayımlanan İran - Yeni Zelandiya oyunu zamanı baş verən ciddi şərhçi səhvi narazılıq doğurub.
QOL.az Türkiyə mediasına istinadən xəbər verir ki, DÇ-2026-nın G qrupunda keçirilən qarşılaşmanın şərhçisi Murat Ekrem Çimen ilk dəqiqələrdə komandaları bir-biri ilə səhv salıb.
Təxminən 4 dəqiqə ərzində İranın hücumları Yeni Zelandiyanın, Yeni Zelandiyanın hücumları isə İranın hücumları kimi təqdim olunub. Hadisə qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Bundan sonra TRT rəsmi açıqlama yayaraq tamaşaçılardan üzr istəyib. Kanal həmçinin hadisə ilə bağlı xidməti araşdırmaya başlanıldığını açıqlayıb.
Məlumata görə, 30 ildən çox təcrübəyə malik olan Murat Ekrem Çimen ABŞ-dakı dünya çempionatı yayım qrupundan çıxarılıb və turnirin qalan oyunlarında çalışmayacaq.
Türkiyə mətbuatının yazdığına görə, təcrübəli şərhçi baş verən hadisədən sonra sosial şəbəkə hesablarını bağlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 16 İyun 2026 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















