Icma.az
close
up
RU
Trump Böyük Britaniya ticarət sazişini 8 mayda elan edə bilər NYT

Trump Böyük Britaniya ticarət sazişini 8 mayda elan edə bilər NYT

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

ABŞ prezidenti Donald Tramp cümə axşamı Britaniya ilə ticarət sazişini elan etməyi planlaşdırır.

Bizimyol.info xəbər verir ki, bu barədə çərşənbə günü "New York Times" (NYT) öz mənbələrinə istinadən məlumat yayıb.

Bu, Vaşinqtonun tariflərin tətbiqindən sonra bağladığı ilk ticarət sazişi olacaq. ABŞ və Böyük Britaniya arasındakı razılaşmanın təfərrüatları hələlik məlum deyil. "NYT" etiraf edir ki, tərəflər əvvəlcə çərçivə sazişini elan edəcəklər, sonra isə razılaşmanın yekun şərtləri üzərində işləməyə davam edəcəklər.

Nəşr qeyd edir ki, bundan əlavə, ABŞ İsrail və Hindistanla ticarət razılaşmaları əldə etməyə yaxındır, həmçinin Vyetnam, Koreya Respublikası və Yaponiya ilə danışıqlar aparır.

Trump daha əvvəl cümə axşamı üçün "böyük mətbuat konfransı" elan etmişdi. Ağ Ev rəhbərinin sözlərinə görə, o, “böyük və çox hörmətli ölkənin nümayəndələri ilə böyük ticarət sövdələşməsinə” həsr olunacaq. Tramp ABŞ-ın hansı ölkə ilə razılığa gəldiyini açıqlamayıb.

Mayın 6-da “Financial Times” yazıb ki, Vaşinqton və London bu həftə Britaniya avtomobillərinə və poladına Amerika tariflərini azaltmaq üçün razılaşma əldə etməyi planlaşdırırlar. Nəşrin məlumatına görə, sövdələşmə Böyük Britaniyadan ABŞ-a müəyyən həcmdə məhsulların idxalı üçün rüsumsuz kvotaları nəzərdə tutur. London ümid edir ki, ABŞ administrasiyası Britaniyanın avtomobil istehsalçıları və metallurqlarının məhsullarının idxalına qoyulan 25 faizlik tarifləri azaltmağa razı olacaq. Britaniya öz növbəsində Amerika texnologiya şirkətlərinə vergiləri azaltmağa və Amerika avtomobilləri, eləcə də kənd təsərrüfatı məhsullarına tariflərə yenidən baxmağa razılaşıb.

Tramp aprelin 2-də 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini açıqlayıb. 10%-lik universal tariflər aprelin 5-dən, fərdi tariflər isə aprelin 9-dan qüvvəyə minib. Amerika lideri daha sonra bir sıra ölkə və ərazilərə qarşılıqlı əsasda tətbiq edilən əlavə idxal rüsumlarını 90 gün müddətinə dayandırdığını bəyan edib. Ağ Evdən bildirilib ki, fasilə ticarət danışıqları ilə bağlıdır və bu müddət ərzində 10% universal tarif qüvvədə olacaq.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 08 May 2025 07:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri