Icma.az
close
up
RU
Trump Venesuelada rejim dəyişikliyinə çalışır

Trump Venesuelada rejim dəyişikliyinə çalışır

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

“Donald Tramp bu gün Venesuelada narkotacirlərlə mübarizə adı altında açıq şəkildə rejim dəyişikliyinə çalışır. Onun atdığı addımların arxasında iqtisadi maraqlar dayanır. Əsas məqsəd Venesuelanın zəngin neft ehtiyatlarını nəzarətə götürməkdir”.

Bunu politoloq Şakir Ağayev “xalqcebhesi.az”a açıqlamasında bildirib.

Ekspertin sözlərinə görə, ABŞ bu siyasəti “narkokartellərə qarşı əməliyyat” kimi təqdim etsə də, gerçəkdə məqsəd Amerikaya tabe olan yeni hakimiyyət formalaşdırmaqdır: “Tramp administrasiyası Venesuelada mövcud rejimi dəyişmək istəyir. Bu addımlar narkoticarətlə mübarizə kimi göstərilsə də, əslində siyasi və iqtisadi məna daşıyır. Çünki Venesueladan ən ucuz nefti əsasən Çin alır və ABŞ bu yolla həm də Çinin iqtisadi gücünü zəiflətməyə çalışır. Yəni məqsəd təkcə Maduro hökumətini zəiflətmək deyil, həm də Çinə qarşı iqtisadi təzyiq alətini ələ keçirməkdir.”

Politoloq hesab edir ki, prosesin hərbi münaqişəyə çevrilməsi tamamilə istisna olunmur: “Hazırda dünyada o qədər xaotik vəziyyət hökm sürür ki, müharibə ehtimalını 50 faiz səviyyəsində qiymətləndirmək olar. Amma bu, çox riskli addım olardı. Venesuelada müharibə başlasa, bu, ABŞ üçün də asan olmayacaq. Latın Amerikası ölkələri arasında Venesuelanın müttəfiqləri var. Bundan başqa, Rusiya və Çin də dolayısı ilə Maduro hakimiyyətinə dəstək verə bilər. Hazırda ABŞ-ın əsas strategiyası hakimiyyəti zəiflətmək və daxildən çökdürmək üzərində qurulub. Tramp administrasiyası birbaşa müdaxilədən daha çox, siyasi və iqtisadi təzyiqlər vasitəsilə Venesuela hökumətini sarsıtmağa çalışır. Ancaq istisna deyil ki, gələcəkdə ‘narkotacirlərə qarşı əməliyyat’ adı altında hərbi addımlar da atılsın. Müasir dünyada bu cür təxribatların baş verməsi hər an mümkündür”.

Günel Elxan

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 24 Oktyabr 2025 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see429

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see286

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see273

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see261

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see255

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see247

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see245

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see230

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see225

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see218

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see217

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see217

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see216

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see215

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see214

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see197

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see191

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri