TŞ katibi Ərdoğan Paşinyan görüşünü inkar etmədi
Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Nikol Paşinyanın yaxın vaxtlarda prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Türkiyəyə gedəcəyini inkar etməyib.
Yenisabah.az “Azadlıq” radiosuna istinadla xəbər verir ki, qurum rəsmisi görüşün gündəliyini açıqlamayıb.
Armen Qriqoryan səfərin tarixini də dəqiqləşdirməyib və bildirib ki, bu barədə məlumatı baş nazirin dəftərxanası verəcək.
İyunun 5-də baş nazir Paşinyan Türkiyə prezidenti Ərdoğanla telefon danışığı aparıb.
Onlar Ermənistan-Türkiyə münasibətləri və regional hadisələrlə bağlı məsələləri müzakirə edib, dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.
Baxış sayı:115
Bu xəbər 13 İyun 2025 18:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















